Həyatımızda dəyişikliklər etməyə başlamaq üçün niyə bazar ertəsini gözləyirik?

Həyatımızda dəyişikliklər etməyə başlamaq üçün niyə bazar ertəsini gözləyirik?Bir çox insan həyatında vacib dəyişiklikləri bazar ertəsinə təxirə salır və bunu yeni vərdişlərə başlamaq üçün simvolik cəhətdən daha asan hesab edir. Psixoloqlar bildirirlər ki, bu davranışın elmi əsasları var və "təzə başlanğıc effekti" adlanan fenomenlə əlaqəlidir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə şəxsi inkişaf və davranış elmi üzrə psixologiya mütəxəssisləri, Uorton Biznes Məktəbinin tədqiqatçıları məlumat veriblər.

Psixoloqların sözlərinə görə, insanlar dəyişiklikləri bazar ertəsi, ayın əvvəli və ya doğum günü kimi simvolik tarixlərə saxlamağa meyllidirlər. Bunun səbəbi "zaman orientirləri" adlanan anlayışdır. Bu orientirlər insanlara həyatı müəyyən "bloklara" bölməyə, "köhnə mən"lə "yeni mən" arasında psixoloji sərhəd çəkməyə imkan verir. Belə psixoloji ayrım dəyişikliklərə başlayarkən nəzarət və özünə inam hissini gücləndirir.

"Təzə başlanğıc" effekti

Alimlər "fresh start effect" adlanan hadisəni təsvir edirlər. Bu effektə görə yeni tarixlər insanı dəyişikliklərə daha çox təşviq edir. Psixoloq Coanna Pits Google istifadəçilərinin davranışlarını araşdıraraq müəyyən edib ki, Yeni il bayramları zamanı "dieta" ilə bağlı axtarışlar 82 faiz artır, həftənin əvvəlində bu göstərici əlavə olaraq 14 faiz yüksəlir, dövlət bayramları isə dəyişikliklərlə bağlı axtarışları təxminən 10 faiz daha aktiv edir.

Bu cür simvolik orientirlər vacib həyat qərarlarında da rol oynayır. Məsələn, marafonlara ilk dəfə qoşulanlar arasında tez-tez 29, 39 və ya 49 yaşlı insanlar olur. Yəni "yuvarlaq" yaş hədləri də psixoloji başlanğıc nöqtəsi kimi çıxış edir. Lakin mütəxəssislər vurğulayırlar ki, ilkin impuls sadəcə "qığılcım"dır və sistemli yanaşma olmadan tez sönür.

"Bazar ertəsi"nin işləməsi üçün əsas qaydalar

Mütəxəssislər dəyişikliklərin davamlı olması üçün bir neçə əsas prinsipi önə çəkirlər.

Daxili mənanı tapın. Professorlar Kənnon Şeldon və Endryu Eliot bildirirlər ki, məqsəd yalnız o zaman işləyir ki, insan üçün həqiqətən mənalı olsun və cəmiyyət tərəfindən zorla qəbul etdirilməsin. Avtonomiya hissi motivasiyanın davamlılığını artırır.

Real gözləntilər qurun. Mark Qrifits "yalan ümid sindromu"ndan çəkinməyi tövsiyə edir. Bir həftəyə dil öyrənmək mümkün deyil, amma bir dərsi keçmək realdır. Ayıq və ölçülü yanaşma məyusluğun qarşısını alır.

Motivasiyadan çox intizam vacibdir. Motivasiya başlanğıc üçün lazımdır, lakin irəliləyişi təmin edən məhz intizamdır. Uilyam Klark intizamı emosional vəziyyətdən asılı olmayaraq planları yerinə yetirmək bacarığı kimi izah edir.

Səhvləri təcrübə kimi qəbul edin. Psixoloq Kerol Dvek vurğulayır ki, uğursuzluqlar hökm deyil, öyrənmə prosesinin bir hissəsidir. Sürüşmələri normal mərhələ kimi qəbul edən insanlar uğura daha çox yaxınlaşırlar.

Bir məqsədə fokuslanın. Sara Miln və onun həmkarları qeyd edirlər ki, detallı planlaşdırma "harada", "nə vaxt" və "necə" uğur şansını xeyli artırır. Eyni anda bir neçə məqsədə yönəlməkdən qaçmaq və əsas hədəfə diqqət yetirmək vacibdir.

Ekspertlər bazar ertəsi, bayramlar və ya doğum günləri kimi simvolik başlanğıcların verdiyi enerjidən tramplin kimi istifadə etməyi tövsiyə edirlər. Lakin əsas rol sistemi, aydın planı və ardıcıl hərəkətləri qorumaqdır. Uğuru təqvimdəki gün yox, insanın öz məqsədlərinə şüurlu münasibəti və onlar üzərində hər gün işləmək istəyi müəyyən edir.

Psixoloqların fikrincə, "təzə başlanğıc" effektindən düzgün istifadə etmək emosional tükənmə riskini azaldır və ən çətin dəyişiklikləri belə gündəlik həyatın bir hissəsinə çevirməyə kömək edir.

Növbəti bazar ertəsi yenidən cəhd etmək üçün yaxşı fürsətdir, amma bu dəfə elmi yanaşma və realist məqsədlərlə.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 800   Tarix: 19 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 139
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 297
.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak

00:09 322
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini

10:45 155
.

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək

14:27 0
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.

İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO

Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd

00:13 288
.

Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq

İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy

14.11.2026 249
.