"Atəşkəs Suriyada "dövlət içində dövlət" modelinə yol açır"-POLİTOLOQ
"Suriya hökumət qüvvələri ilə YPG/SDQ arasında atəşkəs razılaşması formal olaraq silahlı toqquşmaların dayandırılması və mülki əhalinin təhlükəsizliyinin təminatı baxımından müsbət addım kimi görünə bilər. Lakin razılaşmanın bəzi spesifik bəndləri Suriyanın dövlət suverenliyi üçün ciddi risklər yaradır".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, razılaşmanın 1-ci bəndinə əsasən, Suriya hökumət qüvvələri ilə YPG/SDQ arasında bütün cəbhələrdə dərhal və hərtərəfli atəşkəs elan olunur, Fərat çayının şərqindəki SDQ hərbi birləşmələri geri çəkilir:
"Atəşkəs yalnız müharibə aparan tərəflər üçün nəzərdə tutulduğundan, Suriya hökumətinin beynəlxalq səviyyədə tanınmış ərazisində fəaliyyət göstərən silahlı qurumla rəsmi razılaşma imzalaması faktiki olaraq SDQ-ni siyasi-hərbi tərəf kimi tanıyır və onu daxili silahlı qrup statusundan çıxarır. Razılaşmanın 5-ci və 10-cu bəndləri SDQ-nin Suriya Müdafiə və Daxili İşlər nazirliklərinin strukturlarına inteqrasiyasını və mərkəzi hökumət strukturlarında yüksək rütbəli vəzifələrə namizədlərin təqdim edilməsini nəzərdə tutur. Formal olaraq bu, dövlət nəzarətinin bərpası kimi görünə bilər. Lakin praktikada bu addım dövlət aparatının daxilinə SDQ-nin transferi deməkdir və "dövlət içində dövlət, ordu içində ordu" modelinin formalaşmasına yol açır. Beləliklə, SDQ gələcəkdə muxtariyyət və ya müstəqillik elan etsə, Suriya dövləti onlara qarşı effektiv tədbir görməkdə ciddi çətinliklərlə üzləşə bilər. 11-ci və 12-ci maddələr kürdlərin mədəni və vətəndaşlıq hüquqlarının tanınmasını, həmçinin SDQ-nin "suverenliyi və regional sabitliyi təmin etmək" adı altında bəzi şəxsləri Suriyadan çıxarmaq öhdəliyini ehtiva edir. Bu maddələr selektiv və manipulyativ istifadə riski daşıyır; PKK ilə əlaqəsi olan və ya olmayan şəxslər arasında fərq qoymaq Suriya hakimiyyəti üçün çətin olacaq və vətəndaşlıq institutunun təhlükəsizliyini zəiflədəcək. 13-cü maddə ABŞ-ın Suriyadakı hərbi və siyasi varlığının davamını və SDQ-nin himayəsini təsdiqləyir. Maddəyə əsasən, Suriya dövləti ABŞ-la koordinasiya çərçivəsində İŞİD-ə qarşı mübarizəni davam etdirməli olacaq. Praktikada bu əməkdaşlıq SDQ-nin güclənməsinin əsas səbəbi olub və Vaşinqtonun Suriyada hələ də aktiv olduğunu göstərir. Həmçinin, SDQ-nin qorunması ABŞ maraqları ilə birbaşa bağlıdır və bu quruma qarşı hər hansı təzyiq Vaşinqtonla qarşıdurma yaratmaq potensialı daşıyır. Razılaşma həm Suriya üçün, həm də Türkiyə üçün strateji mesaj verir. Dəməşq baxımından ölkənin suveren qərarvermə imkanları məhdudlaşır, Ankara üçün isə ABŞ-ın YPG/SDQ-ni regional təhlükəsizlik arxitekturasının ayrılmaz elementi kimi qorumaqda israrlı olması açıq göstəricidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 858 Tarix: 19 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 139 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg
00:37 297 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 322 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 305 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək
14:27 0 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 288 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 249