Ayın qaranlıq üzünün sirri açıldımı?
Yer kürəsinin sədaqətli peyki Ay tarix boyu həmişə eyni üzünü bizə tərəf çevirsə də, arxa tərəfində daha mürəkkəb bir hekayə gizlənir.
Qaynarinfo xəbər verir ki, Çinin "Chang’e-6" missiyası çərçivəsində Ayın uzaq tərəfinə həyata keçirilən tarixi səfər, bu sirli bölgədən Yerə ilk dəfə gətirilən qaya nümunələri ilə nəticə verməyə başlayıb. Alimlər bu nümunələri araşdırdıqca, Ayın niyə iki fərqli xarakterə sahib olduğunu, yəni niyə bir üzünün düz ovalarla, digərinin isə nəhəng kraterlərlə örtülü olduğunu anlamağa bir addım da yaxınlaşıblar.
Ay Yer ilə "cazibə kilidi" vəziyyətində olduğu üçün biz onun yalnız bir tərəfini görə bilirik. "Qaranlıq üz" adlandırılan uzaq tərəf isə əslində Günəş işığını bizim gördüyümüz tərəf qədər alır. Lakin kosmik dövrün başlanğıcı ilə məlum olub ki, bu iki üz bir-birinə heç də bənzəmir. Bizim tərəfdəki tünd rəngli "Ay dənizləri" uzaq üzdə demək olar ki, mövcud deyil. Üstəlik, Ayın görünməyən üzündəki qabıq daha qalındır və təəccüblü şəkildə elektrik keçiriciliyi də daha yüksəkdir.
Bu fərqləri izah etmək üçün indiyədək "iki ayrı Ayın toqquşması" və ya "cırtdan planetlə toqquşma" kimi çoxsaylı nəzəriyyələr irəli sürülmüşdü. Lakin "Chang’e-6" missiyasından əldə edilən son məlumatlar günahkarı daha aydın şəkildə göstərir.
Nəhəng toqquşmanın isti izləri
Pekin mərkəzli tədqiqat qrupu Ayın hər iki üzündən götürülmüş qaya nümunələrini müqayisə edərkən kalium və dəmir izotopları arasında ciddi fərqlər aşkar edib. Qızdırıldıqda asanlıqla buxarlanan kaliumun yüngül izotopları sürətlə itir. Uzaq tərəfdən gətirilən süxurlarda isə daha ağır kalium izotoplarına rast gəlinib. Bu fakt həmin bölgənin keçmişdə son dərəcə güclü istilik təsirinə məruz qaldığını və yüngül maddələrin buxarlanaraq yalnız ağır elementlərin geridə qaldığını sübut edir.
Mütəxəssislər bu nəhəng istilik mənbəyinin Ayın cənub qütbündə yerləşən "Aytken hövzəsi"ni (SPA) formalaşdıran məşhur böyük toqquşma olduğuna inanırlar.
Araşdırmaya görə, bu qədim toqquşma Ayın daxili hissəsindəki mantiyanı təxminən 2500 dərəcədən yuxarı qızdıracaq qədər böyük enerji yaradıb. Bu inanılmaz temperatur bir tərəfdən kaliumun buxarlanmasına səbəb olub, digər tərəfdən isə istilik yaradan elementlərin Ayın daxilində qeyri-bərabər şəkildə paylanmasına yol açıb. Yəni Ayın asimmetrik quruluşu milyardlarla il əvvəl aldığı bu nəhəng zərbənin birbaşa nəticəsi kimi formalaşıb.
Alimlər bu nəticənin Ayın təkamülünü anlamaq baxımından kritik mərhələ olduğunu vurğulasalar da, qəti qənaətə gəlmək üçün fərqli bölgələrdən gətiriləcək yeni nümunələrin gözlənildiyini bildirirlər. "PNAS" jurnalında dərc olunan bu tədqiqat Ayın sadəcə daş kütləsi olmadığını, şiddətli bir keçmişin canlı sübutu olduğunu bir daha ortaya qoyur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 944 Tarix: 19 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 139 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg
00:37 297 Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib. Bazardak
00:09 322 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü
Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada
14.11.2026 305 Zelenskidən Meloniyə ironik cavab: "Axı bunu sən istəmirdin"
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) Dublində keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşləri zamanı İtaliyanın Baş naziri Corcia Melonini açıq şəkildə tənqid edib. -ın xəbərinə görə, bu barədə İtaliyanın "Il Fatto Quotidiano" qəzeti məlumat verib. Nəşr Zelenskini
10:45 155 Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Xidmətdən BİG.AZ-a bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər yağış tədricən kəsiləcək
14:27 0 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117 İkinci əl avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR - VİDEO
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisd
00:13 288 Tramp özü ilə birlikdə milyarderi də Çinə aparacaq
İş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampı Çin səfərində müşayiət edəcək. -ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi Birləşmiş Ştatlar rəsmisinə istinadən məlumat yayıb. Səfər çərçivəsində ABŞ liderinin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) və Cənub-Şərqi Asiy
14.11.2026 249