Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.

"Report" xəbər verir ki, dövlətimizin başçısı "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. 36 il əvvəl doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Azərbaycanın mərd övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə tarixi səhifə yazdılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur.

Qanlı 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ilə bağlı məsələ ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin səhəri günü - 1990-cı il yanvarın 21-də Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, bu qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi. Dahi şəxsiyyət bu hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan edərək, onun törədilməsini kobud siyasi səhv kimi qiymətləndirdi. Xalqımızın başına gətirilən müsibəti dünyaya çatdıran Ümummilli Lider 20 Yanvar faciəsinin Azərbaycanın ovaxtkı rəhbərlərinin xalqımıza qarşı xəyanəti nəticəsində baş verdiyini və bunun cinayət olduğunu dəfələrlə bəyan edib. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu olduğunu bir daha nümayiş etdirib.

1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul olundu. Bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.

Azərbaycan xalqı 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla yad edir. Vətənimizin azadlığı uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri, doğmaları da hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Onların pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı qanunvericilik bazası yaradılıb.

Ulu Öndərin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Çünki Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi və suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı qürurla dalğalanır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri gedir, Böyük Qayıdış Proqramı uğurla icra olunur.

Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar faciəsi qurbanlarının qanının yerdə qalmadığını sübut edir.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edibPrezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 873   Tarix: 18 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

13:40 0
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 252
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 266
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 297
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq

Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını

01:14 312
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.