Sədərəkdə tarixi görüş: Bakıdan İrəvana qatar xətti açılacaq?

Sədərəkdə tarixi görüş: Bakıdan İrəvana qatar xətti açılacaq?Ermənistan itirdiklərini bərpa etmək üçün Azərbaycanla münasibətlərinə sanki yeni prizmadan baxır. Uzun illər İrəvanla münasibətləri məhdud saxlayan Türkiyənin də mövqeyi bu məqamda diqqət çəkir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib ki, iyun ayının əvvəlində Ermənistanda seçki keçiriləcək. Bu, mühüm addım olacaq: "Biz görürük ki, Nikol Paşinyan hazırda ictimai rəy sorğularında öndədir. Biz onun bu məsələdə oynadığı konstruktiv rolu səmimi şəkildə dəstəkləyirik. Bu yanaşma, bu iradə qorunub saxlanılmalıdır".

Bir türk diplomatın erməni siyasi liderinə dəstək ifadə etməsi özlüyündə ciddi tarixi hadisədir. Bu mənada belə bir açıqlama region üçün önəmli diplomatik siqnaldır. Belə ki, Ermənistanın baş nazirinin siyasi mövqeyi Türkiyə tərəfindən konstruktiv qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, Paşinyanın da son vaxtlar verdiyi bəyanatlar normallaşma prosesini irəli aparmağa yönəlib. Ermənistanın baş naziri sülh prosesinin önəmli komponentlərindən biri olan kommunikasiyaların açılması məsələsində olduqca maraqlı görünür. Əlbəttə, bu maraqların arxasında iqtisadi mənfəətlər də dayanır.

Nikol Paşinyan bildirib ki, Ermənistanda müəyyən dəmir yolu hissələrinin bərpası ilə bağlı məsələlər gündəmdədir. Konkret olaraq bu, İcevan, Yerasx və Axurik xətlərinə aiddir:

"Bunlar Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yollarıdır. Hazırda aktiv siyasi proseslər davam edir. Bu dəmir yollarının açılması ilə bağlı hansısa siyasi qərarların olduğunu deyə bilmərəm, amma hesab edirəm ki, vəziyyət o nöqtəyə çatıb ki, hazırlıq işləri aparılmalıdır".

Təsadüfi deyil ki, yaxın zamanda Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçiriblər. Ekspertlər bildirirlər ki, adıçəkilən xətt Zəngəzur dəhlizinin əhəmiyyətli seqmentidir. Bu dəmir yolu Ermənistanın Naxçıvanı blokadaya saldığı vaxtdan - 1993-cü ildən bu günə qədər işləməyib. Analitiklər güman edirlər ki, Ermənistan ərazisində yerləşən bu yol illər ərzində texniki cəhətdən yararsız vəziyyətə salınıb. Ekspertlərin fikrincə, Füzulidən Zəngilana, Zəngilandan Ordubada, Ordubaddan isə Naxçıvana qədər olan hissə nə qədər vacibdirsə, Sədərəkdən Yerasxa qədər olan hissə də Zəngəzur dəhlizinin vacib elementidir.

Politoloq Aydın Quliyevin sözlərinə görə, Sədərəkdən Yerasxa qədər olan dəmir yolu kiçik bir sahədir: "Bu, təxminən 50-60 kilometrlik hissədir. Bu hissənin bərpa edilməsi artıq Azərbaycandan, Ordubaddan birbaşa İrəvana qədər dəmir yolu ilə getməyin, yük daşımağın mümkünlüyü deməkdir. Sovet dövründə Bakıdan Naxçıvana işlədiyi kimi, Bakıdan İrəvana da dəmir yolu işləyirdi. Həmin qatar Naxçıvan üzərindən keçərək İrəvana gedirdi. Ona görə də Sədərək-Yerasx dəmir yolunun bərpası artıq o deməkdir ki, Ermənistana dünyanın istənilən yerindən, xüsusilə Rusiyadan gələn yükləri Azərbaycan və Naxçıvan üzərindən daşımaq mümkün olacaq".

Qeyd edək ki, Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsində infrastrukturun texniki vəziyyətinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar. Hələlik dəmir yolunun bərpası və açılması ilə bağlı hər hansı siyasi qərar qəbul edilməyib.(oxu.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 795   Tarix: 18 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çin və ABŞ ticarət şurasının ilk iclasında rüsumların azaldılmasını müzakirə ediblər

Çin və ABŞ birgə ticarət şurasının ilk iclasını keçirərək ümumi dəyəri təxminən 60 milyard dollar (hər tərəfdən 30 milyard dollar olmaqla) olan mallar üzrə idxal rüsumlarının qarşılıqlı azaldılmasını müzakirə ediblər. "Report" xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi noyabrın 14-d

11:00 139
.

Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü

Dağıstanda sambo üzrə Rusiya çempionatının bürünc mükafatçısı, 31 yaşlı Məhəmməd Davudov güllələnərək qətlə yetirilib. xəbər verir ki, bu barədə "Mash na sporte" "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, banket zallarından birində keçirilən tədbirdə iştirak edən idmançı binada

14.11.2026 305
.

Konfet kişinin ağzında partladı, öldü

Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya

13:40 0
.

Azərbaycan 9 ayda Türkiyəyə 8 milyard kubmetrdən çox qaz nəql edib

Bu ilin yanvar-sentyabr Azərbaycandan Türkiyəyə cəmi 8 milyard 113,03 milyon kubmetr həcmində təbii qaz göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Hesabata əsasən, bu göstəric

14.11.2026 252
.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 266
.

Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birg

00:37 297
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Gələn il orta aylıq əməkhaqqı bu qədər artacaq

Cari ilin 9 ayında əhalinin gəlirləri real ifadədə 3,7% artaraq 72711,7 mln. manat təşkil edib. Orta aylıq əməkhaqqı cari ilin yanvar-avqust aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən real ifadədə 1,4% artaraq 1173,0 manata bərabər olub. "Unikal" xəbər verir ki, bu barədə Hesablama Palatasını

01:14 312
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.