Makron ABŞ-nin Qrenlandiyaya görə rüsum tətbiqini qəbuledilməz adlandırıb
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı vəziyyətə görə rüsumlar tətbiq etmək qərarını qəbuledilməz adlandırıb.
"Report"un məlumatına görə, müvafiq açıqlama Fransa liderinin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
O qeyd edib ki, Paris Avropa daxilində və onun hüdudlarından kənarda dövlətlərin suverenliyi və müstəqilliyi prinsipinə sadiqdir.
"Biz məhz bu mövqedən Ukraynanı dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik. Elə bu səbəbdən də biz Danimarka tərəfindən Qrenlandiyada təşkil olunan təlimlərə qoşulmaq qərarı verdik. Bu qərarı dəstəkləyirik. Çünki burada Arktikanın və Avropamızın sərhədlərinin təhlükəsizliyi məsələsi gündəmdədir.
Heç bir hədə və ya təhdid bizi nə Ukraynada, nə Qrenlandiyada, nə də dünyanın başqa bir yerində bu kimi vəziyyətlərdə təsir altına sala bilər.
Rüsumların tətbiqi ilə bağlı hədələr bu kontekstdə qəbuledilməz və yolverilməzdir. Əgər bu təsdiqlənərsə, avropalılar vahid və koordinasiyalı şəkildə reaksiya verəcəklər. Biz Avropa suverenliyinin qorunmasını təmin edəcəyik", - deyə Makron vurğulayıb.
O bildirib ki, bu mövzuda Avropa tərəfdaşları ilə danışıqlar aparmaq niyyətindədir.
Qeyd edək ki, Tramp daha əvvəl səkkiz Avropa ölkəsinə qarşı rüsumların tətbiqini elan etmişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 591 Tarix: 18 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
00:13 120 Oktyabrın 1-dən bahalaşır - 25 manatdan UCUZ OLMAYACAQ
Oktyabrın 1-dən Azərbaycanda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit genişzolaqlı internet tarifləri vahid minimum həddə - 25 manata keçiriləcək. Dəyişiklik mobil rabitə və mobil internet paketlərinə şamil edilmir, yalnız fiber-optik və ADSL kimi sabit xətt xidmətlərini əhatə edir. Rəsmi iza
00:29 140 Azərbaycan alüminium məmulatları istehsalını avqustda 2 dəfədən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 48 min 628 ton alüminium məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,8 % çoxdur. Təkcə avqustda isə ölkədə 4 min 856 ton alüminium məmulatları istehsal edilib
19.09.2026 133 Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində qəhvəyi ayıların mütəmadi olaraq şəhər ərazisinə daxil olması və insanlara hücum etməsi səbəbindən komendant saatı tətbiq olunub. xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb. Qərara əsasən, Baykalsk sakinləri və şəhərə gələn qonaqla
19.09.2026 163 Bu şəxslərə XOŞ XƏBƏR: Gediş haqqı daha az olacaq
Artıq tələbələr "Bakıkart" üzrə gediş haqqını "Tələbəplus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. "Bakupost" xəbər verir ki, bu barədə Təhsilin İnkişafı Fondu məlumat yayıb. Bonus həm fiziki "Tələbəplus" kartı, həm də QR-ödənişləri zamanı keçərlidir
00:33 134 Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19.09.2026 138 Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
00:27 132 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. BİG.AZ paylaşımı təqdim edir:
19.09.2026 133 Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO
Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər
19.09.2026 222