Üçüncü Dünya müharibəsi qapıdadır: 2026-cı ildə bəşəriyyəti nə gözləyir?

Üçüncü Dünya müharibəsi qapıdadır: 2026-cı ildə bəşəriyyəti nə gözləyir?Başa vurduğumuz 2025-ci il dünya tarixinə irimiqyaslı, lokal müharibələrlə yaddaqalan il kimi düşəcək. İl ərzində dünyanın əksər yerlərində gərginliklər yaşandı. Bunların arasında şübhəsiz ki, İranla İsrail arasında yaşanan müharibə ilk yerdə dayanır. Bu müharibə üç ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsini də kölgədə qoydu. 12 günlük müharibə İranın nüvə obyektlərini yerlə bir etməklə yanaşı, onun hərbi qüdrətini də xeyli zəiflətdi. Müharibəyə ABŞ-nin müdaxiləsi isə son oldu. Başa çatmaqda olan il Hindistan-Pakistan, Əfqanıstan-Pakistan, Kamboca-Tailand münaqişələrinin yaşanması ilə də yadda qaldı. Rusiya-Ukrayna müharibəsinə gəldikdə, müharibə nəinki səngidi, əksinə, Avropada müharibə hazırlıqları artdı. ABŞ Prezidenti Donald Tramp müharibəni dayandırmaq üçün bir ilə yaxındır ki, səylər göstərir. Lakin hələlik konkret nəticə yoxdur. ABŞ və Avropa İttifaqı (Aİ) arasında Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları da pik həddə çatıb.

İl ərzində ancaq İsraillə HƏMAS arasındakı savaş səngiyib. Amma hələlik Qəzza bölgəsində də inkişafa doğru hər hansı bir irəliləyiş yoxdur.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Gələn il üçün beş müharibə ssenarisi

Bəs 2026-cı ildə bəşəriyyəti nə gözləyir? Yeni təqvim ilindən gözləntilər çoxdur. Ən böyük gözlənti, qeyd etdiyimiz kimi, Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlıdır. Bu müharibə təkcə iştirakçı tərəflərə deyil, ümumilikdə bütün dünyaya ciddi təsir edir. Hərbi ekspertlər 2026-cı il üçün beş mümkün müharibə ssenarisini araşdırıblar: Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-Rusiya qarşıdurması, Çinin Tayvana qarşı addımları, ABŞ-nin Venesuela və ya İrana potensial hücumları, Şimali Koreyanın Cənubi Koreyaya gözlənilməz hücumu. Ekspertlər əmindirlər ki, çəkindirmə gücü, müttəfiqlik və ABŞ-nin müharibədən kənarda qalmaq istəyi 2026-cı ildə Üçüncü Dünya müharibəsinin başlayıb-başlamayacağını müəyyən edəcək.
Çinin iqtisadiyyatı ABŞ iqtisadiyyatını geridə qoyacaq

Gələcək dünya mənzərəsini proqnozlaşdırmaq da Qərbin ekspert icması üçün aktual mövzulardan birinə çevrilib. London Avropa İslahatlar Mərkəzinin xarici siyasət şöbəsinin direktoru M.Leonardın fikrincə, 2026-cı ildə Çinin iqtisadiyyatı ABŞ iqtisadiyyatından daha böyük olacaq. Hindistan ayrı-ayrılıqda istənilən Avropa dövlətindən daha böyük iqtisadi gücə sahib olacaq. Rusiya, Braziliya və İndoneziya inkişaf etdikcə xammal və intellektual kapitala maraq artacaq. Neft, su və mütəxəssislər uğrunda qlobal toqquşmalar baş verəcək. Ekspertlərin fikrincə, 2026-cı ildə bir deyil, ən azı dörd yeni dünya nizamı olacaq. Ən vacib güc qütbü ABŞ qalacaq. Lakin hətta o da, xüsusilə Hindistanı cəlb etmək mümkün olacağı təqdirdə, yalnız şərti dominantlıq təmin edə biləcək.

Qəzza sektorunda humanitar böhran

Yaxın Şərqdə atəşkəsin əldə edilməsinə baxmayaraq, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) humanitar vəziyyətin ağır olaraq qaldığını xəbərdarlıq edir. 2025-ci il dekabrın 1-dən 2026-cı il aprelin 15-dək təxminən 1.6 milyon insan ərzaq təhlükəsizliyinin böhran səviyyəsi ilə üzləşəcək. Onlardan 571 min nəfər fövqəladə vəziyyətdə, təxminən 1.9 min nəfər isə fəlakətli vəziyyətdə olacaq. BQXK qeyd edir ki, döyüşlər yenidən başlasa və humanitar yardım dayandırılsa, bütün Qəzza sektoru 2026-cı ilin aprel ayının ortalarına qədər aclıq təhlükəsi ilə üzləşə bilər. 2026-cı il oktyabrın ortasına qədər münaqişə bölgəsində təxminən 101 min uşağın kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi, onlardan 31 mindən çoxunun ağır vəziyyətdə olacağı proqnozlaşdırılır.
Silahlanma yarışı davam edəcək

Silahlanma yarışı 2026-cı ildə davam edəcək və ümumi hərbi xərclər 3 trilyon dollara yaxınlaşacaq (2025-ci ildəki 2.8 trilyon dollarla müqayisədə). Lakin bu xərclərin artım tempi, yalnız ortaya çıxan sərt büdcə məhdudiyyətləri və yarışın əsas iştirakçılarının hərbi-sənaye potensialının məhdudiyyətləri səbəbindən yavaşlamağa meyilli olacaq.

Siyasi qütbləşmə artacaq?

Proqnozlara görə, ABŞ-də siyasi qütbləşmə tarixdə görünməmiş səviyyəyə çatıb. Respublikaçılar və demokratlar ölkənin keçmişi barədə tamamilə fərqli hekayələr təqdim edirlər. 2026-cı ilin noyabrında keçiriləcək aralıq seçki ölkənin gələcək vizyonunun necə formalaşacağına yön verəcək. Ekspertlər hesab edirlər ki, demokratlar Nümayəndələr Palatasında üstünlük qazansalar belə, Trampın idarəetmə tərzi, tarif maneələri, sərt bəyanatları davam edəcək. May ayında Cerom Pauellin yerinə təyin olunacaq yeni FED sədrinin qlobal bazarların gələcəyində həlledici rol oynaya biləcəyi bildirilir. Əgər FED-in qərarları siyasi təsir altına düşərsə, qlobal maliyyə sistemi kəskin və dağıdıcı bir münaqişə ilə üzləşə bilər.

Süni intellektin təsiri necə olacaq?

ABŞ-də süni intellekt infrastrukturu üçün ayrılan böyük investisiyalar hələlik iqtisadiyyatın zəif nöqtələrini arxa plana keçirib. Lakin əsas sual süni intellektin növbəti mərhələdə hansı təsirləri yaradacağıdır. Dəmir yolu, elektrik enerjisi və internet kimi tarixi nümunələr göstərir ki, yeni texnologiyalar bəzən çökmə dövrlərini də özü ilə gətirir. Lakin bu, texnologiyanın məhvinə deyil, əksinə, dünyanı silkələyən iqtisadi qarışıqlığa yol açır. "The Economist"ə görə, 2026-cı ildə süni intellektin xüsusilə orta təbəqə və universitet məzunlarına təsiri ən çox müzakirə edilən və cəmiyyətləri iki yerə bölən mövzulardan olacaq.

Avropanı gözləyən böhran

2026-cı il proqnozlarına görə, Avropa uzun illərdir rastlaşmadığı qədər ciddi bir sınaqla üz-üzə qalacaq. Qitə müdafiə xərclərini artırmalı, ABŞ ilə strateji münasibətləri qoruyub saxlamalı, eyni zamanda sürətlə böyüyən büdcə kəsirlərini cilovlamalıdır. Sərt qənaət tədbirlərinin ifrat sağçı qüvvələri daha da gücləndirə biləcəyi ehtimalı Brüsseldə narahatlıq yaradır. Yaşıl transformasiya, azad ticarət və müdafiə investisiyalarını eyni vaxtda həyata keçirmək Avropanın imkanlarını həddindən artıq yükləyə bilər. "The Economist"in qiymətləndirməsinə görə, müdafiə xərclərinin artırılması müəyyən qədər iqtisadi artımı stimullaşdıra bilər, lakin bu, qitənin problemlərinə davamlı həll vəd etmir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1945   Tarix: 01 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilməsi nəzərdə tutulur. Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Məlumata görə, müntəzəm və ekspre

16:10 134
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

16:49 178
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

13:40 161
.

TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA

Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il

15:30 175
.

Azərbaycan asfalt istehsalını 95 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 100,5 min ton asfalt istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 94,8 % azdır. Təkcə avqustda isə ölkədə 24 min ton asfalt istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 51

15:40 130
.

Macarıstanın 63 milyard avroluq müqaviləsi ləğv olunur - Madyar Orbandan qisas alır?

Macarıstanın yeni hökuməti ölkənin əvvəlki rəhbərliyi dövründə bağlanmış və Avropada ən böyük hesab edilən 63 milyard avroluq kommersiya müqaviləsini ləğv etməyi planlaşdırır. xəbər verir ki, bu barədə baş nazir Peter Madyar məlumat verib. Söhbət 2022-ci ildə 35 il müddətinə imzalanmış və dəyəri 23 trilyo

17:20 124
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. BİG.AZ paylaşımı təqdim edir:

18:26 94
.

Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. "Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Həsənriz kəndində qeydə alınıb. Belə ki, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Mütəllimov Raqif Allahyar oğlu Həsənriz kəndində elektirik xətti çəkərkən cərəyanın vurmas

16:50 132
.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

12:31 186
.