Əcəmi Naxçıvaninin 900 illiyi qeyd ediləcək

Əcəmi Naxçıvaninin 900 illiyi qeyd ediləcəkƏcəmi Naxçıvaninin 900 illiyi qeyd ediləcək.

"Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, 2026-cı ildə Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi tamam olur:

"Əcəmi Naxçıvani orta əsrlər Azərbaycan memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş böyük sənətkardır. Onun fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət, elm, ticarət və sənət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olmuşdur. Əcəmi Naxçıvaninin yaradıcılığı XII əsr Azərbaycan mədəni-ictimai fikrinin yüksəlişinin aydın təzahürlərindəndir. Naxçıvan şəhərindəki ehtişamlı abidələrdən Əcəmi dühasının məhsulu olan Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi İslam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilən, misilsiz gözəlliyə malik ölməz sənət inciləridir. Əcəminin parlaq irsi məktəb rolunu oynamış, sonrakı əsrlərdə də Azərbaycan və Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərmişdir.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə keçirilmişdir. Qüdrətli memarın 900 illiyinin UNESCO çərçivəsində qeyd olunan yubileylər siyahısına daxil edilməsi bütövlükdə Azərbaycan xalqının çoxəsrlik mədəniyyətinin zənginliklərinin beynəlxalq miqyasda daha geniş tanıdılmasında mühüm addımdır".

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan memarlığının görkəmli siması Əcəmi Naxçıvaninin 900 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 519   Tarix: 30 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp CNN, MS NOW və Politico-nun Ağ Evdə yayımını qadağan etdiyini bildirib

ABŞ prezidenti Donald Tramp cümə günü günortadan sonra CNN, MS NOW və Politico-nu Ağ Evdən "qadağan" etdiyini bildirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, o, bunun "dərhal qüvvəyə mindiyini" bildirib, lakin administrasiyasının bu addımı atdığına dair heç bir əlamət yoxdur. Məsəl

09:30 233
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

16:49 79
.

Putin elektron səs verdi - Təxribatdan qorxdu

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçirilən seçkilərdə elektron qaydada səs verib. xəbər verir ki, Rusiya lideri səsvermədə artıq altıncı dəfə elektron formatdan istifadə edib. Putin səsini Kremlin kabinetindən verib. Bu gün Rusiyada bütün seçki məntəqələri fəaliyyətə başlayıb. Mərkəz

18.09.2026 270
.

Azərbaycan asfalt istehsalını 95 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 100,5 min ton asfalt istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 94,8 % azdır. Təkcə avqustda isə ölkədə 24 min ton asfalt istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 51

15:40 109
.

Sabahın havası açıqlandı

Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec

13:40 145
.

Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq

Qlobal istiləşmənin təsiri ilə Yer atmosferindəki su buxarının miqdarı rekord həddə çatıb. Mütəxəssislər bunun güclü yağışlar, tropik siklonlar və yüksək temperaturla bağlı riskləri artıra biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, Avropa İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə

18.09.2026 309
.

Elçin Yusubov Rumıniyada: Qarabağ şəhərləri ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

Rumıniyanın Baia Mare şəhəri ilə Xankəndi şəhəri arasında qardaşlaşma şəhərlər sazişin imzanması haqqında niyyət protokolunun imzalanması ilə əlaqədar Rumıniyada rəsmi səfərdə olan Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov 1

13:41 144
.

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək - Katz

Qəzzada artıq başa düşürlər ki, HƏMAS yolu uğursuzluğa düçar olub. xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrail Katz özünün X səhifəsində yazıb. "Baş nazir Benyamin Netanyahu ilə birlikdə həyata keçirdiyim siyasət aydın prinsipə əsaslanır: cihadçı terror təşkilatları qarşısında İsrail onları

18.09.2026 323
.

Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var

Füzulidə avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar var. "Report"un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mirzəcamallı kəndində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobilli idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan 1991-ci i

16:20 101
.