Süni intellekt hətta santexnikləri də əvəz edəcək: "xaç atası"nın izahı

Süni intellekt hətta santexnikləri də əvəz edəcək: "xaç atası"nın izahıMütəxəssislər hesab edirlər ki, gələcək nəsillər konkret peşə bacarıqlarını deyil, başqa keyfiyyətləri öyrənməlidir.

Bu gün milyonlarla insanın işini əlindən ala biləcək süni intellektlə bağlı narahatlıqlar getdikcə artır. Davamlı texnoloji tərəqqinin qurbanına çevrilməmək üçün ona uyğunlaşmaq lazımdır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Monreal Universitetinin informatika kafedrasının professoru Yoşua Benjio, maşın öyrənməsi və neyron şəbəkələr sahəsindəki yenilikçi tədqiqatları sayəsində süni intellektin "xaç atası" kimi tanınan alim, bu yaxınlarda verdiyi müsahibədə yeni dövr üçün karyera məsləhətlərini bölüşüb.

"Çalışın yaxşı insan olasınız. Düşünürəm ki, maşınlar işlərin böyük hissəsini yerinə yetirə bilsə belə, bu tərəfimiz qorunub qalacaq", - alim bildirib.

Alim əmindir ki, zamanla süni intellekt texnologiyasına malik androidlər santexnik peşəsi kimi fiziki işləri də yerinə yetirə biləcəklər, baxmayaraq ki, bu, daha uzun vaxt apara bilər.

Məhz buna görə də, peşə bacarıqları mövzusunda Benjio həmişə aktual və tələbatlı qalacaq insani keyfiyyətlərə üstünlük verməyi tövsiyə edir.

"Əgər mən xəstəxanada olsam, narahatlıq və ya ağrı hiss etdiyim zaman əlimi tutan bir insanın olmasını istəyərəm. Düşünürəm ki, digər bacarıqlar getdikcə daha çox avtomatlaşdıqca, insan toxunuşunun dəyəri daha da artacaq", - o qeyd edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 635   Tarix: 30 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakının mərkəzi küçəsi Formula 1 həftəsində açıq olacaq

Formula 1 günlərində Bakının mərkəzində yeni tranzit dəhliz təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Qran-Prisinin keçirildiyi günlərdə şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətinin daha rahat təşkili üçün əlavə imkanlar yaradılır. Səhər və axşam saatlarında bir sıra əsa

12:31 174
.

Rus ordusu bu gün də iki kəndi işğal etdi

Rusiya ordusu Donetsk vilayətinin Verolyubovka və Zolotoy Kolodez yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

18.09.2026 244
.

Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam

Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətin

14:20 207
.

1700 illik nadir "Odisseya" parçası tapıldı

Niderlandda qədim əlyazmaları araşdıran tədqiqatçı kitabxana kolleksiyasındakı kitabların birinin arasında Homerin "Odisseya" əsərindən təxminən 1700 il əvvələ aid nadir fraqment aşkar edib. "Qafqazinfo" xəbər verir ki, Radboud Universitetindən yunan dili üzrə mütəxəssis doktor Mar

18.09.2026 227
.

Pensiya alanların NƏZƏRİNƏ - Pensiyalar 10 faiz ARTDI...

Bu ilin 8 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (488 milyon manat) çox olmaqla 5 milyard 22 milyon manat vəsait yönəldilib. xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. 1 sentyabr 2026-cı il tarixə pensiyaların orta aylıq məbləğ

16:49 79
.

Macarıstanın 63 milyard avroluq müqaviləsi ləğv olunur - Madyar Orbandan qisas alır?

Macarıstanın yeni hökuməti ölkənin əvvəlki rəhbərliyi dövründə bağlanmış və Avropada ən böyük hesab edilən 63 milyard avroluq kommersiya müqaviləsini ləğv etməyi planlaşdırır. xəbər verir ki, bu barədə baş nazir Peter Madyar məlumat verib. Söhbət 2022-ci ildə 35 il müddətinə imzalanmış və dəyəri 23 trilyo

17:20 0
.

Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Sumqayıtda arvadını küçənin ortasında öldürməkdə ittiham olunan Habil Bağırovun məhkəmə araşdırması başa çatıb. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Habil məhkəmədə özünü təqsirli bilib, arvadı Aygünü öldürdüyün

14:57 149
.

Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ediləcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astana şəhərinin akimi Jenis Kasımbekə ictimai binaların divarlarına qraffiti çəkən şəxslərlə bağlı sərt tədbirlər görülməsi barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə Akorda məlumat yayıb. Tokayev qeyd edib ki, Qazaxıstan şəhərlərind

15:30 121
.

Azərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT

Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. BİG.AZ -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabit

17:19 0
.