Uşaqlar arasında xəstəlik yayılıb - "Antibiotikin təsiri yoxdur"

Uşaqlar arasında xəstəlik yayılıb - "Antibiotikin təsiri yoxdur"Son günlər uşaqlar və körpələr arasında yüksək temperaturla müşahidə olunan xəstəlik yayılıb.

Həkim, pediatr Şəlalə Poluxova Lent.az-a açıqlamasında bildirib ki, sözügedən viruslar yeni yaranmayıb, hər il payız və qış fəslində mövcud olub:

"Son zamanlar uşaqlar və körpələr arasında yüksək hərarət, boğaz ağrısı, öskürək, bəzən isə ürəkbulanma və qusma ilə müşayiət olunan kliniki hallara rast gəlinir. Bu əlamətlər hər il payız-qış mövsümündə gördüyümüz vəziyyətdir. Havaların soyuması, qapalı məkanlarda daha çox vaxt keçirmək virus infeksiyalarının daha tez yayılmasına səbəb olur. İnsanlar çox təşvişə düşür ki, yeni xəstəlik yayılıb, əslində isə bu hər il yayılan, hamımızın bildiyi qrip və qripəbənzər virus infeksiyalarıdır. Burada kəskin respirator virus qrupu adı altında bir çox ad çəkə bilərik, eləcə də, qrip, paraqrip, influenza, rinovirus, adenovirus, metapneumovirus, respirator sinsitial virus və s. Havalar isinənə kimi - may, iyun ayınadək bu viruslar aktiv olurlar.

Bu haldan qorunmaq üçün təəssüf ki, xüsusi bir vasitə yoxdur, sadəcə gigiyenik tədbirlərə riayət etmək lazımdır. Uşaqlara hələ körpəlikdən əlyuma vərdişini aşılamaq lazımdır. Bundan əlavə uşağa mövsümə uyğun vitamin, minerallarla zəngin meyvə-tərəvəzdən ibarət qida rasionu hazırlamaq, zərərli yeməklərdən maksimum uzaqlaşdırmaq mütləqdir. Yuxu rejiminin düzgün olması və uşağın ən çox vaxt keçirdiyi mühitdə otağın havasını tez-tez havalandırmaq viruslardan qorunmağa kömək edir. Bunlara əməl edilmədiyi halda hansısa profilaktik vitamin və ya pereparat istifadəsinin elə də rolu yoxdur".
Uşaqlar arasında xəstəlik yayılıb - "Antibiotikin təsiri yoxdur"Pediatr qeyd edib ki, influenza virusuna qarşı peyvəndlərin xüsusi rolu var:

"Hər il sentyabr-oktyabr aylarında mövsümi olaraq qrip peyvəndini tövsiyə edirik. Bu peyvəndi həm özəl, həm də dövlət xəstəxanalarında vurdurmaq olur. Peyvəndin üstün tərəfi odur ki, ən ağır əlamətlə keçirilən, temperaturun düşmək bilmədiyi influenza virusu ya çox yüngül keçirilir, ya da ümumiyyətlə ona yoluxma baş vermir.

Antibiotikin heç bir təsiri yoxdur

Sadaladığımız əlamətlər varsa, antibiotik dərmanın uşağa faydası olmur. Virus infeksiyalara antibiotiklərin heç bir təsiri olmur. Təəssüf ki, valideynlərin etdiyi ən böyük səhv doğru olmayan dozalarla uşağa antibiotik qəbul etdirməkdir. Bu, uşağın immun sistemini daha da zəiflədə, ağırlaşmalar yarada bilər. Həmin haldan sonra həkimə müraciət etdikdə isə xəstəxanada yatmaq tələb olunur. Ona görə də valideynlərə tövsiyəmiz odur ki, özbaşına evdə heç bir antibiotik müalicəsinə başlamasınlar, çünki həqiqətən də onun heç bir faydası yoxdur. Virus öz-özündən məhdudlaşan, 3-7 gün ərzində yüksək hərarətlə müşayiət olunan, zamanla isə bu əlamətlərin keçib getdiyi haldır. Yalnız qrip virusunda, əgər temperatur heç bir şəkildə enmirsə, ilk 48 saat ərzində antivirus dərmanla onu müalicə etmək olur. Lakin onu da spesifik testlərdən sonra uşağın ümumi klinik vəziyyəti və həkim müayinəsi əsasında bu qərar verilir. Hər qrip olan uşağa antivirus müalicə başlanılmır. Digər viruslarda isə sadəcə simptomatik müalicə aparılır, uşağın lazımi maye qəbulu və istirahət rejiminə əməl olunması tələb olunur. Həmin uşaqlar bağçaya, məktəbə getməməli, dincəlməlidirlər. Bu tədbirlərə riayət edilsə, virusların yayılmasının qarşısı alınacaq.

Uşaqlarda sözügedən əlamətlər yarandıqda ilk növbədrə həkimə müraciət etmək lazımdır. Müraciət ilk 48 saat ərzində olduqda və qrip virusu aşkarlandıqda, buna qarşı tədbir görmək mümkündür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 903   Tarix: 29 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib - Foto

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktor

00:42 266
.

Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları

15:30 0
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək

"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i

18:30 0
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

13:12 70
.

Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb

Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə

14:30 0
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

14:20 0
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.

TƏCİLİ! Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

16.11.2026-cı il tarixində saat 09:00-dan Balakənin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar 16.11.2026-cı il tarixində saat 09:00-dan işlər yekunlaşanadə

01:50 447
.