Sfenksi həqiqətən misirlilər yaradıb və o nə üçün lazım olub? - Alimlərin izahı
Misir deyildikdə ilk assosiasiyalardan biri Giza piramidaları və Sfenksdir. Piramidaların nə üçün lazım olduğu hamıya məlumdur - bunlar Misir hökmdarları üçün nəhəng məqbərələr və o dünyaya keçid qapılarıdır. Bəs Sfenks nə üçündür? Bu suala isə hamı cavab verə bilmir.
Qaynarinfo xəbər verir ki, "Sky History"in yazdığına görə, Sfenks - Giza yaylasında, məşhur piramidaların yanında yerləşən, 78 metr uzunluğunda və 20 metr hündürlüyündə əhəngdaşından yonulmuş bir heykəldir. Bu gün qəbul olunmuş nəzəriyyəyə əsasən, onu təxminən 4500 il əvvəl hakimiyyət sürmüş çar Xefrenin dövründə yaradıblar.
Qeyd etmək vacibdir ki, bu heykəl başqa yerdən gətirilməyib. O, əslində, əhəngdaşından ibarət təbii qayalığın alətlərlə yonulması nəticəsində meydana çıxıb və insan başlı şir formasını alıb.
Onu niyə yaratdıqları ilə bağlı bir neçə nəzəriyyə mövcuddur. Onlardan birinə görə, Sfenks Xefrenin öz simasını daşıyır və onun vəzifəsi çarın dəfn kompleksini qorumaqdır. Xefrenin piramidası da elə burada, Gizada yerləşir.
Tarixçi Bettani Hyuz Sfenksi "fironun məzarına nəzarət edən nəhəng keşikçi it" kimi təsvir edib.
Burada bir məqama diqqət çəkilir: ən doğrusu, "Böyük Sfenks" deməkdir. Çünki Misirdə bu kimi heykəllər tək deyil. Sfenks adlı mifoloji varlıq qədim misirlilər üçün mühüm simvol idi. Onlar üçün Böyük Sfenks tam anlaşılan bir işarə idi və piramidaların yanındakı mövcudluğu faraon məzarlarına müdaxilənin yolverilməzliyi barədə sərt xəbərdarlıq sayılırdı.
Xefren dövrünə aid edildiyini təsdiqləyən arxeoloji dəlillər mövcuddur. Lakin bu dəlillər tam etibarlı hesab edilmir və müxtəlif şəkildə şərh olunmağa açıqdır. Buna görə bəzi misirşünaslar heykəlin daha qədim dövrlərdə yaradıldığına dair əlamətlərə işarə edirlər.
Tarixçi Robert Şox Sfenks üzərində Gizanın digər abidələrində görünməyən su eroziyası izlərini müəyyən etdiyini iddia edir. Onun fikrincə, bu izlər heykəlin piramidalardan çox əvvəl, "iqlimin daha mülayim və yağıntıların daha çox olduğu bir dövrdə" yonulduğunu göstərir. Buna görə Şox əmindir ki, Sfenksi qədim misirlilərdən daha əvvəl mövcud olmuş bir sivilizasiya yaradıb.
Lakin bu nəzəriyyə də qüsursuz deyil. Sfenksdəki su eroziyası Nilin daşması ilə də əlaqəli ola bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 517 Tarix: 06 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPaşinyandan rus dili ilə bağlı gözlənilməz açıqlama
Ermənistanın Baş naziri Nikol Paşinyan əlavə olaraq rus dili kurslarına qatılır. xəbər verir ki, Sputnik Armenia-nın məlumatına görə, o, bunu hökumətin iclasında ixtisaslarını artıran məmurlar üçün bonusların müzakirəsi zamanı açıqlayıb. "Niyə yalnız ingilis dili? Məsələn, mən hazırda Dövlət İdarəçili
11:48 206 Nəzakət Teymurova qızının çalışdığı işdən danışdı
Xalq artisti Nəzakət Teymurova qızı Nigarla bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" proqramına açıqlamasında övladının musiqi ilə həvəskar şəkildə məşğul olduğunu, əsas fəaliyyətinin isə başqa sahə ilə bağlı olduğunu bildirib. "Qızımın səsi var, şeir
16:16 256 Bizon "13 həftə, 13 avtomobil" lotereyasını uğurla yekunlaşdırdı - 13 qalib avtomobilinə qovuşdu
Azərbaycanın aparıcı içki markalarından biri olan "Bizon"un yay mövsümündə həyata keçirdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası başa çatıb. Kampaniya çərçivəsində 13 həftə ərzində hər həftə bir avtomobil oynanılıb və nəticədə 13 iştirakçı "Changan Q05" avtomobilini
17:30 152 Türk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
17:11 161 Hörmüz boğazında naməlum mərmi tankerə dəyib, yanğın baş verib, UKMTO bildirib
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin cümə günü səhər verdiyi məlumata görə, Hörmüz boğazında üzən neft tankerinə naməlum mərmi düşüb və nəticədə gəmidə yanğın baş verib. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO bildirib ki, hadisədən sonra bütün heyət üzvlərinin sağ-salama
15:42 169 Tahir Gözel bu bankın rəhbəri oldu
"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "Qafqazinfo" "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gözel bankın Müşahidə Şurasının yeni sədri seçilib. O bu vəzifədə qardaşı Əhməd Gözeli əvəz edib. Ə.Gözel 2022-ci ildən "Azərbaycan Sənay
11:30 293 2027-ci ildə Bakının İslam Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Görüşünə ev sahibliyi etməsi əhəmiyyətli hadisə olacaq
"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın tarixi-mədəni irsi ilə müasir dünyada həyat
11:45 317 Mauro İkardi İngiltərənin bu klubuna gedir?
"Qalatasaray"dan ayrıldıqdan sonra azad agent olan Mauro İkardinin Premyer Liqaya transferi ilə bağlı xəbərlər yayılıb. İtaliya mediası xəbər verir ki, "Tottenhem" 32 yaşlı hücumçunu azad transferlə transfer etməyi düşünür. -ın məlumatına görə, karyerası ərzində "İnter"
19:30 108 Şagirdlərin qalmaqallı videoları: Problem ailədədir, yoxsa məktəbdə?
Məktəblərin açılmasından cəmi bir neçə gün keçməsinə baxmayaraq, sosial şəbəkələrdə bəzi şagirdlərin müəllimlər və məktəb kollektivi haqqında qeyri-etik ifadələr işlətdiyi görüntülər müzakirələrə səbəb olub. Bu cür paylaşımlar bir tərəfdən yeniyetmələrin sosial şəbəkələrdə davranış mədəniyyəti məsələsin
19:45 127