Nikaha məcbur etməyə görə cəza: cərimə və azadlıqdan məhrum etmə

Nikaha məcbur etməyə görə cəza: cərimə və azadlıqdan məhrum etmə"Erkən nikahlarla bağlı qanunvericiliyin pozulmasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur.

On altı yaşına çatmayan şəxslərin evliliyə dair sövdələşməyə cəlb olunması inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən, 16 yaşına çatmayan şəxslərin evliliyə daxil olması üzrə sövdələşməyə valideynlər, onları tərbiyə edən şəxslər və ya yetkinlik yaşına çatmış şəxs tərəfindən cəlb olunması min manatdan iki min manatadək cərimə və ya pozuntunu törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək inzibati həbs ilə nəticələnir".

Bunu BiG.AZ-a açıqlamasında vəkil Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, bu hallar üzrə inzibati protokol Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ya Daxili İşlər Nazirliyi tərəfindən tərtib olunur və baxılması üçün məhkəməyə təqdim edilir. Qeyd edək ki, inzibati məsuliyyət yalnız zərərçəkmiş şəxslə pozuntu törədən yetkinlik yaşına çatmış şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır:

"Bundan əlavə, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsi də inzibati məsuliyyətə səbəb olur. İXM-nin 189-2.1-ci maddəsinə əsasən, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək, hüquqi şəxslər altı min manatdan doqquz min manatadək cərimə edilir. Təkrar pozuntu isə daha yüksək məbləğdə cərimə ilə cəzalandırılır.

Həmçinin, dini kəbinkəsmə yolu ilə erkən evlilik fiziki şəxslər üçün min manat, təkrar pozuntu üçün iki min manat cərimə və ya on beş gündən bir ayadək inzibati həbs ilə nəticələnir.

Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə isə cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 176-1.1 və 176-1.2-ci maddələrinə əsasən, nikah yaşına çatmayan şəxsi erkən evliliyə cəlb etməyə görə iki min manatdan üç min manatadək cərimə və ya iki ilədək azadlıqdan məhrum etmə, daha ağır hallarda isə üç min manatdan dörd min manatadək cərimə və ya dörd ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili də cinayət məsuliyyəti yaradır. CM-nin 176-2-ci maddəsinə əsasən, erkən evliliyin valideynlər, onları tərbiyə edən şəxslər və ya yetkinlik yaşına çatmış şəxslər tərəfindən təşkil edilməsi iki min manatdan üç min manatadək cərimə və ya iki ilədək azadlığın məhdudlaşdırılması, yaxud iki ilədək azadlıqdan məhrumetmə ilə nəticələnir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 681   Tarix: 04 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

17:09 0
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 211
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 139
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.