Paşinyanın debatdan qaçması: daxili siyasi qorxu və ya sülh hesablaması?
"Paşinyanın keçmiş prezidentlərlə debata çıxmayacağını bildirməsi, paralel şəkildə isə "sülhə dair bütün sənədlər hazırdır" bəyanatı verməsi və Konstitusiyanın dəyişdirilməsi üçün ictimai çağırış etməsi ilk baxışdan sülh iradəsi kimi təqdim edilə bilər. Lakin siyasi realizm nöqteyi-nəzərindən bu çıxışlar daha çox daxili siyasi hesablamaların təsiri altında formalaşmış addımlar təsiri bağışlayır. Paşinyan yaxşı anlayır ki, Ermənistan cəmiyyətində sülh mövzusu hələ də son dərəcə həssasdır və keçmiş prezidentlərlə açıq debat bu mövzunu onun üçün nəzarətdən çıxara bilər. Bu baxımdan debatdan imtina siyasi risklərin minimuma endirilməsi cəhdidir".
Bunu BiG.AZ-a açıqlmasında politoloq Tural İsmayılov bildirib.
O, qeyd edib ki, "Sənədlər hazırdır" tezisi texniki baxımdan qismən həqiqətə uyğun ola bilər, çünki son illər sülh müqaviləsinin baza prinsipləri, kommunikasiya xəritələri və sərhəd məsələləri üzrə çərçivələr formalaşıb. Lakin siyasətdə sənədin mövcudluğu onun avtomatik icrası demək deyil. Əsas məsələ həmin sənədlərin Ermənistan daxilində hansı hüquqi və siyasi müqavimətlə qarşılaşacağıdır. Paşinyan məhz bu müqaviməti neytrallaşdırmaq üçün Konstitusiya dəyişikliyini gündəmə gətirir. Bu addım sülhə doğru könüllü konsensusdan çox, məcburi transformasiya cəhdini xatırladır:
"Konstitusiyanın dəyişdirilməsi çağırışı Paşinyanın sülh prosesində həm ən zəif, həm də ən riskli halqadır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının "hüquqi" izləri qalmaqdadır və Azərbaycan bu məsələdə haqlı olaraq qəti mövqe tutur.
Paşinyanın sülh ritorikasına nə dərəcədə inanmaq olar sualına gəlincə, burada iki ayrı səviyyəni qeyd etmək lazımdır. Birincisi, Paşinyan obyektiv olaraq Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı qəbul etməyə məcburdur və bu reallıqdan geri dönüşün mümkünsüzlüyünü anlayır. Bu baxımdan onun sülh xətti taktiki deyil, məcburi strateji seçimdir. İkincisi isə Paşinyanın daxili siyasi mübarizə fonunda bu xətti nə qədər müdafiə edə biləcəyidir. Ermənistanda revanşist qüvvələr hələ də tam sıradan çıxmayıb və Paşinyan onların təzyiqi altında manevr etmək məcburiyyətindədir.
Azərbaycan isə bu tip bəyanatlara emosional deyil, hüquqi və nəticəyönlü yanaşır. Bakı üçün Paşinyanın çıxışları, jestləri və siyasi ritorikası deyil, yalnız imza, ratifikasiya və real icra mexanizmləri önəmlidir. Azərbaycan artıq bir dəfə "söz başqa, əməl başqa" siyasətinin acı nəticələrini yaşadığından ehtiyatlı davranır. Buna görə də Paşinyanın bəyanatları müəyyən siyasi niyyətin mövcudluğunu göstərsə də, bu niyyətin etibarlı nəticəyə çevrilməsi hələlik sual altındadır.
Nəticə etibarilə, Paşinyanın ritorikasını tam səmimi sülh iradəsi kimi deyil, Azərbaycanın təzyiqi altında formalaşmış məcburi siyasi kurs kimi qiymətləndirmək daha real görünür. Ona inanmaq yox, onu hüquqi öhdəliklər və konkret addımlar fonunda yoxlamaq doğru yanaşmadır. Azərbaycan da məhz bu xətti seçib: sözə yox, sənədə və icraya inanmaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 663 Tarix: 04 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
17:09 0 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
19:03 211 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca
11:22 138 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
13:20 27 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"
12:00 139 Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq
18:10 0 İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 107 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143