Körpənin ölümündə ittiham olunan tanınmış həkimlə bağlı qərar verildi

Körpənin ölümündə ittiham olunan tanınmış həkimlə bağlı qərar verildiGöygöl Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Əmirxan Movlayevlə bağlı açılan cinayət işində yekun qərar verilib.

Teleqraf-ın məlumatına görə, Göygöl Rayon Məhkəməsinin hökünə əsasən, Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunan 70 yaşlı həkim 2 il müddətinə azadlqıdan məhrum edilib. Onun cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

Əmirxan Movlayevlə bağlı cinayət işi ötən il Göygöl RMX-na 39 qızdırma ilə gətirilən üç aylıq körpənin sonradan ev şəraitində ölməsi ilə bağlı olub.

Məhkəmədə ifadə verən həkim ittihamları qəbul etməyib. Ekspert rəyi ilə razılaşmadığını bildirən pediatr qoyulan diaqnozun heç bir əlaməti olmadığını bildirib:

"Pnevmoniya diaqnozu qoyulsa da, bunu hər kəs bilir ki, bu halda uşaqda göyərmə, öskürək, ayrı əlamətlər olmalı idi. Ekspert ölüm səbəbini pnevmaniya, bağırsaqda xoralı emperit kimi göstərib, onlar necə baxır, xoralı emperit bir günə bunu edə bilərdi? Ekspert diaqnozunda peritanit yazıb, bu isə ayıbdır. Heç olmasa insanda məntiqi düşüncə olar. Ekspert deyir ki, ekspertizanı tək keçirib, axı bu bir nəfərin işi deyil və yarım saat ərzində bunları etməsi mümkün olmaz. Maraqlıdır, hər üç rəydə yazılıb ki, təqsirləndirilən şəxs xəstəni müayinə edib, klinik diaqnoz təyin edib və digər yardımları göstərib. Sonra da valideyinlərinə xəstəxanada qalmalarını təklif edib, ancaq onlar uşağın vəziyyəti yaxşı olması ilə əlaqədər qalmaqdan imtina ediblər. Bu, xəstələrin qəbul kitabında da qeyd olunub. Başa düşə bilmirəm, deyirlər, xəstəxanada qalmayıblar, bəs nə üçün ittiham olunuram? Nə dərəcədə məntiqə uyğundur ki, uşağı yoxlamışam, qarınının yumşaq olmasını və ciyərlərində sərt tənəffüs eşidilməsini görmüşəm. Ekspert rəyində qeyd olunan xəstəliklər olsa idi, uşağın üzündə, dodaqlarına baxanda bunu müəyyən edərdim. Ekspert rəyi tamamilə başdan-ayağa qərəzlidir".

Məhkəmədə körpənin anası Türkan Məmmədova (soyad şərti) bildirib ki, Əmirxan həkim müayinə zamanı tibb bacısına uşağa iynə vurulmasını tapşırıb, sonra hərtərəfli uşağı yoxlamağa başlayıb və yarım saat – 1 saat gözləmələrini, uşağın qızdırmasının düşəcəyini deyib:

"Yarım saat sonra uşağın qızdırması düşdü. Həkim "qalmaq isdəyirsizmi" deyə soruşdu, biz də dedi ki, gedirik evə, nəsə olsa, yenidən gələrik. Həkim dərmanlar yazdı, evə gəlib dərmanı verdikdən sonra uşaq qaytarmağa başladı, körpənin vəziyyəti pisləşdi və yenidən xəstəxanaya yollandıq. Əmirxan həkim amoxilin və siafen dərmanları yazmışdı. Dedi ki, bu dərmanlar antibiotik tərkiblidir. Əmirxan həkim bir gün xəstəxanada qalmağı təklif etdi, amma qızdırması düşdüyü üçün evə getməyə qərar verdik".

Ananın sözlərinə görə, 4 iyun 2024-cü il tarixə qədər uşağın hər hansı ciddi problem olmayıb:

"Uşağın qızdırması 37 olduqda heç bir şey etmədim, körpə bir gün elə qaldı. İlk gündən Əmirxan həkimdən şikayətçi deyiləm, gələcəkdə də olmayacam".

Qeyd edək ki, Əmirxan Mövlayev 1973-1979-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1980-1987-ci illərdə Xanlar Mərkəzi Rayon Uşaq xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1987-2023-cü illərdə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim-pediatr vəzifəsində işləyib. 2023-cü ildən tibb müəssisəsinin Uşaq şöbəsinin müdiri vəzifəsində çalışır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 868   Tarix: 04 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

17:09 0
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 211
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 139
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.