Epşteynin kabus adasından ilk - Fotolar

Epşteynin kabus adasından ilk - FotolarABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Demokrat üzvləri onlarla azyaşlı qızın istismar edildiyi şəbəkə ilə bağlı ittiham olunan Ceffri Epşteynin şəxsi adası "Little Saint James"dən əvvəllər yayımlanmamış foto və videolar paylaşıblar.

"Qafqazinfo" xəbər verir ki, demokrat nümayəndə Robert Qarsiya görüntüləri komitənin "X" hesabında paylaşaraq yazıb:

"Epşteynin xüsusi adasının əvvəllər heç vaxt görünməmiş foto və videolarını əldə etdik. Bu görüntülər onun qapalı qapıları arxasında baş verən dəhşətli mənzərəni göstərir. Özünüz görün. Ört-bas əməliyyatına son verib sağ qalanlar üçün ədaləti təmin edənə qədər mübarizəmizi dayandırmayacağıq".

Paylaşılan videolarda yataq otağı və vanna otağı hissələri, stomatoloji klinikadakı kreslo və müxtəlif ofis etiketləri (məsələn, "NY Office", "Rich Office", "Mike Cell") yer alır.

Epşteynin adası ABŞ Vircin adalarında yerləşir, "Little Saint James" və "Great Saint James" adlarından ibarətdir. "Little Saint James" 1998-2019-cu illərdə Epşteynin mülkiyyətində olub. Yerli əhali arasında adaya "Epstein adası", "Günah adası" və "Pedofil adası" kimi adlar verilib.

Epşteyn adada siyasətçilər və iş adamları da daxil olmaqla, çoxsaylı qonaqları qəbul edib. Dava sənədlərində Şahzadə Endryu, ABŞ-nin keçmiş prezidenti Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-nin keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild və vəkil Alan Dershovitz kimi tanınmış şəxslərin adı çəkilir.

Uzun müddətdir gözlənilən Epşteyn sənədlərinin açıqlanmasına dair qanun layihəsi Konqresin hər iki palatasında qəbul olunub. ABŞ Baş prokuroru Pam Bondi 19 noyabrda sənədlərin 30 gün ərzində açıqlanacağını elan edib, ABŞ Prezidenti Donald Tramp isə layihəni təsdiqləyib.

Ən kiçiyi 14 yaşında olmaqla, 18 yaşından kiçik onlarla qızı cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkun Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ABŞ Ədliyyə Nazirliyi ilə apardığı araşdırmada məşhur şəxslərin "müştəri siyahısı"na dair heç bir dəlil tapmadığını açıqlayıb. Məhkəmədə hökumət rəsmilərinin, məşhurların və iş adamlarının cinayətlərində iştirakının gizlədilməsi məqsədilə öldürüldüyü iddia edilən Epşteynin, əslində, kamerasında intihar etdiyi qənaətinə gəlinib.
Epşteynin kabus adasından ilk - FotolarEpşteynin kabus adasından ilk - FotolarEpşteynin kabus adasından ilk - FotolarEpşteynin kabus adasından ilk - FotolarEpşteynin kabus adasından ilk - FotolarEpşteynin kabus adasından ilk - FotolarEpşteynin kabus adasından ilk - FotolarEpşteynin kabus adasından ilk - FotolarEpşteynin kabus adasından ilk - FotolarEpşteynin kabus adasından ilk - Fotolar


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 740   Tarix: 04 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

17:09 0
.

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB

Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo

19:03 211
.

Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. BİG.AZ -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbayca

11:22 138
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 27
.

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur. xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında"

12:00 139
.

Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB

"Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək". xəbər verir ki, bunu "Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma" İctimai Birliyinin sədri Elşən Uluxanlı -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Milli Qəhrəman sabah saat 14:00-da İkinci Fəxri xiyabanda dəfn olunacaq

18:10 0
.

İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini

12:30 99
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.

Rəşad Məcidə ağır itki

Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq

11:46 143
.