Ağdərədə 55 yaşlı kişi minaya düşdü - Vəziyyəti ağırdır- Yenilənib
Ağdərə rayonunun Şıxarx kəndi ərazisində mina hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Bildirilir ki, 1970-cı il təvəllüdlü kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
***
TƏBİB-dən verilən məlumata görə, Ağdərə rayonunun Şıxarx qəsəbəsi yaxınlığında minaya düşmə səbəbilə xəsarət alan 1970-ci il təvəllüdlü şəxs (kişi) 03.12.2025-ci il tarixində saat 17:10 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.
Bildirilib ki, partlayış travması, sağ baldırın aşağı 1/3 travmatik amputasiyası diaqnozu təyin olunan pasiyent üzərində hazırda əməliyyat icra olunur, vəziyyəti ağırdır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 577 Tarix: 03 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəhərin kommunal xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir - FOTO
Ardıcıl iki gündür yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərdə suyun kollektorlar vasitəsilə axıdılmasında çətinliklər müşahidə olunur. BİG.AZ xəbər verir ki, 27 mart səhər saatlarından başlayaraq Bakı Şəhər İcra Hakimiyyəti, paytaxtın rayon icra qurumları və digər kommunal xidmətlər gücləndirilmi
28.03.2026 390 Tramp NATO üzvlərinə ultimatum verdi
ABŞ Prezidenti Donald Trampın komandası müdafiə xərclərini ÜDM-in 5%-inə çatdırmayan NATO ölkələrinə hərbi dəstək vermək niyyətində deyil. xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Daily Telegraph" nəşri məlumat yayıb. Buna görə həmin ölkələr alyansın qərarlarına qatılmaq imkanında
28.03.2026 228 Qızıl rekord həddə yaxınlaşır
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin qiyməti 2,62% artaraq 4 524,3 ABŞ dollarına bərabər olub. COMEX-d
28.03.2026 310 KİV: İranın Səudiyyədə ABŞ aviabazasına hücumları nəticəsində 29 amerikalı hərbçi yaralanıb
Son bir həftə ərzində İranın ABŞ-nin Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasına hücumları nəticəsində 29 amerikalı hərbçi yaralanıb. "Report" xəbər verir ki, bu barədə "Times of Israel" mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, bu həftənin əvvəlind
28.03.2026 301 Nepalın sabiq baş naziri həbs edildi
Nepalın sabiq baş naziri Xadqa Prasad Şarma Oli, eləcə də ölkənin keçmiş daxili işlər naziri Rameş Lehak saxlanılıblar. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Xəbərə əsasən, bu həbslər ötən ilin sentyabrında Z nəslinin korrupsiyaya qarşı keçirdiyi aksiyalar zamanı onlarla insanı
10:15 178 Azərbaycanın sənaye müəssisələrinin kərə yağı ehtiyatı 3 dəfə artıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 min 882,9 ton kərə yağı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 10 % azdır. Martın 1-nə sənaye müəssisələrinin anbarlarında 67,3 ton kərə yağı ehtiyatı yaranıb
28.03.2026 228 Azərbaycanda pensiya yaşı dəyişir? - BELƏ OLA BİLƏR…
Azərbaycanda pensiya ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bəzi kişilərin 5 il daha tez təqaüdə çıxmasına imkan yarada bilər. Belə ki, yeni qaydalara əsasən, əvvəllər yalnız qadınlara tətbiq olunan güzəştli pensiya hüququnun müəyyən hallarda kişilərə də şamil olunması nəzərdə tutulur. "Yen
00:09 474 Ağsuda qadını öldürüb otlaq sahəsinə atan şəxslər həbs edildilər
Martın 23-də Ağsu rayonunda yerləşən otlaq sahədə 1983-cü il təvəllüdlü Zahirə Şükürovanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. xəbər verir ki, bu barədə Ağsu Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, aparılan araşdırmalarla martın 22-də Ağsu rayon sakinlər
28.03.2026 337 Paşinyan Rusiyaya səfər etməyi planlaşdırır
Ermənistanın Baş naziri Nikol Paşinyan tezliklə Rusiyaya səfər etməyi planlaşdırır. "Report"un Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, o, bunu İrəvanda sakinlərlə görüşündə deyib. "Mən tezliklə Rusiyaya gedəcəyəm. Əlaqələrimiz davam edir", - o qeyd edib
28.03.2026 216