Türkiyə Gültəkin Hacıbəylini niyə Bakıya göndərmir?
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli 29 noyabrda İstanbulda polis bölməsinə aparılıb və noyabrın 30-u səhər saatlarında Arnavutköy deportasiya məntəqəsinə yerləşdirilib. Onun Azərbaycana deport ediləcəyi bildirilsə də, indiyə qədər bu addım atılmayıb.
BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı İstanbulda yaşayan və adının açıqlanmasını istəməyən hüquq müdafiəçisi Axar.az-a açıqlama verib.
Onun sözlərinə görə, Arnavutköy deportasiya məntəqəsi olduqca böyük yerdir və deport edilməsi nəzərdə tutulan müxtəlif ölkələrin vətəndaşları ora göndərilirlər.
"Əgər şəxs deport olunmasına etiraz edirsə, ona 15 gün müddətində özünü müdafiə etmək hüququ verilir. Ehtimal ki, Gültəkin Hacıbəyli deport olunmasına etirazını bildirib və bu istiqamətdə hüquqi prosedurlar işə düşüb. Onun vəkilləri 15 gün ərzində Gültəkin Hacıbəylinin niyə deport olunmamasının gərəkdiyini sübut etməlidirlər", - mənbə bildirib.
Qeyd edək ki, Gültəkin Hacıbəyli Türkiyəyə 25 sentyabrda getdiyini, 3 aylıq müddətin 25 dekabrda tamam olduğunu (Azərbaycan vətəndaşları Türkiyədə vizasız 3 aylıq qalma hüququna malikdir), eyni zamanda, 2 illik müvəqqəti yaşama icazəsini əsas gətirərək, deportasiya olunmasını qanunsuz saymışdı.
Miqrasiya məsələləri üzrə ekspertlər isə bildirirlər ki, Gültəkin Hacıbəyli siyasi sığınacaq üçün müraciət etmədiyindən, onun Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusuna cavab olaraq deportunda qanunsuzluq yoxdur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 785 Tarix: 03 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar (SİYAHI)
Onlar bir vaxtlar mahnıları, televiziya çıxışları, gözəllik titulları və ya sosial şəbəkələrdəki paylaşımları ilə tanınırdılar. Ancaq sonradan adları tam fərqli yöndə hallandı. Kimisi dələduzluq, kimisi ölümlə nəticələnən qəza, insan alveri, kimisi isə digər cinayət işləri ilə bağlı həbs olundu. Bəzilər
14:42 405 Tək yaşayanların ən çox olduğu 10 ölkə
Dünyada həyat tərzinin dəyişməsi ilə tək yaşayan insanların sayı artır. Xüsusilə inkişaf etmiş ölkələrdə fərdi həyat tərzinə üstünlük verənlərin sayı ildən-ilə yüksəlir. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, bu tendensiyanın əsas səbəbləri sosial rifah sisteminin inkişafı
19:15 152 Abbas Bağırovdan restorana etiraz: Müştəriyə hörmətsizlik edirlər
Əməkdar artist Abbas Bağırov Hacıkənddə fəaliyyət göstərən restorandakı xidmətdən narazılığını ifadə edib. "Yeni Sabah" xəbər verir ki, o, sosial şəbəkə hesabında "Roofs" restoranı ilə bağlı paylaşım edib. Müğənni məkanda xidmət səviyyəsinin onu qane etmədiyini bildirib. O, sifarişləri
20:15 131 Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar - 11 nəfər ittiham edilir
Qanunsuz zəbt etdikləri dövlət torpaqlarını satmaqda ittiham olunan 11 nəfər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo" xəbər veri
11:58 219 Atların əslində haradan gəldiyi ilə bağlı yeni FAKT
Yeni genetik araşdırma uzun illər Avropadan yayıldığı hesab edilən atların əslində Şimali Amerika mənşəli genlər daşıdığını və Çindən keçərək Avropaya çatdıqlarını ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, araşdırma qədim atların qitələr arasında yayılması və təkamülü ilə bağlı indiyədə
18:30 162 İndoneziya sahillərində 6,2 bal gücündə zəlzələ olub
İndoneziya sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, yeraltı təkanların episentri təxminən 101 min nəfərin yaşadığı Ternate şəhərindən 115 kilometr şimalda yerləşib. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, zəlzələnin ocağı 121 kilometr dərinlikdə qeydə alınıb. Hazırd
15:36 198 İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu
İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Azərbaycan vətəndaşı Batumidə saxlanılıb. Gürcüstanın Daxili İşlər Naziriliyinə istinadən xəbər verir ki, hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş prosedurlar həyata keçirilir. Saxlanılan şəxs bir sıra ağır cinayətlər törətdiyinə gör
20:00 131 Əliyev Lukaşenkonu təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Aleksandr Qriqoryeviç. Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularım
12:03 205 Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
Azərbaycanda iyulun 4-də 36 dərəcə isti gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-2
13:52 207