Bəyannamə daha sadə və səhvsiz – sahibkarlar üçün rahatlıq

Bəyannamə daha sadə və səhvsiz – sahibkarlar üçün rahatlıq"Sadələşdirilmiş vergi ödəyiciləri 12 aylıq dövriyyəsi 200 000 manatı aşmayan, əsasən pərakəndə ticarət və əhaliyə xidmət sahəsində fəaliyyət göstərən kiçik sahibkarlıq subyektləridir. Bu sahibkarların böyük hissəsi bizneslərinin davamlılığını təmin etməyə çalışır, lakin mühasib xidmətlərinə əlavə xərc çəkmək istəmir və ya buna imkanları yoxdur. Buna görə də onlar rüblük sadələşdirilmiş vergi bəyannamələrini vergi orqanlarının xidmət şöbələrinə müraciət etməklə və ya tanıdıqları mühasiblər vasitəsilə elektron qaydada doldurub göndərirdilər".

Bunu BiG.AZ-a açıqlamasında vergi eksperti Mehdi Bababyev bildirib.

O, qeyd edib ki, sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni hazır tərtib olunmuş formada əldə edib, razılaşdıqları halda təsdiq edib göndərə bilərlər. Bu xidmətin üstünlükləri kifayət qədərdir: bəyannamə vergi orqanının məlumat bazasına əsaslanaraq avtomatik hazırlanır və səhv rəqəm daxil edilməsinin qarşısını alır. Burada elektron qaimə-fakturalar, alış aktları, əməkhaqqı bəyannamələri, gömrük bəyannamələri, yeni nəsil onlayn kassa və POS terminallarından olan məlumatlar istifadə olunur. Bəyannamənin tərtib edilməsi prosesi asanlaşdırılır, vaxt qənaət olunur və vergi uyğunsuzluğu ilə bağlı bildirişlər minimuma endirilir:

"Bununla belə, bu xidmətdən sui-istifadə olunmamalıdır. Bəzi sahibkarlar vergi orqanının bəyannaməni hazırladığını görərək gəlir və xərclərin uçotunu aparmaqdan və sənədləşməni qanuna uyğun həyata keçirməkdən yayınmaq istəyə bilərlər ki, bu, düzgün deyil. Sadələşdirilmiş vergi ödəyiciləri mütləq şəkildə mühasibat uçotu qanunvericiliyinə uyğun olaraq uçot aparmalı və müvafiq sənədləşməni təmin etməlidirlər.

Eyni zamanda, vergi orqanının bazasında olmayan bəzi gəlirlər də mövcuddur. Məsələn, məzənnə fərqindən gələn gəlirlər, cərimə gəlirləri, silinmiş kreditor borclarından yaranan gəlirlər və satışdan kənar digər gəlirlər. Belə gəlirlər bəyannamənin müvafiq sətirlərində vergi ödəyicisi tərəfindən əlavə edilməli və təsdiqlənməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 279   Tarix: 03 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda avtomobildən 6500 manat oğurlayan şəxsi polis saxladı

Bakıda avtomobil qarət olunub. -ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Gecə saatlarında naməlum şəxs yaşayış binasının həyətindəki "Mercedes" markalı avtomobildən 6 500 manat oğurlayıb. Avtomobil sahibi bu barədə polisə müraciət edib. Nəsimi Rayon Polis İdarəsini

06.12.2025 137
.

Kartof yükündə gizlədilən külli miqdarda dərmanın ölkəyə gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəf Mərkəzi tərəfindən tətbiq olunan müasir risk analizləri, rəqəmsal hədəfləmə alqoritmləri və real-vaxt nəzarət sistemləri hesabına xüsusilə külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşıs

06.12.2025 113
.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin "2PointZero" şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, "International Holding Company"nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin "Internationa

06.12.2025 146
.

Merts ABŞ prezidentinin Qəzza planını dəstəklədi

Almaniya Kansleri Fridrix Merts bu gün İsrailə səfəri ərəfəsində Fələstin Prezidenti Mahmud Abbasla telefonda danışıb. TASS-a istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Almaniya hökumətinin rəsmi təmsilçisi Ştefan Kornelius jurnalistlərə bildirib ki, müzakir

06.12.2025 119
.

SEVİNDİRİCİ XƏBƏR! Gələn il pensiyalar bu qədər artacaq

"Azərbaycanda orta aylıq əmək haqqı bu ilin ilk 10 ayında 9.5 faiz artaraq 1087 manata çatıb. Neft sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində daha yüksək əməkhaqqı qeydə alınıb. Maaşlardak

00:11 113
.

Tulin Ələkbərova HƏBS EDİLDİ

Kikboks üzrə tanınmış məşqçi Tulin Ələkbərova və onun tələbəsi Abbas Rəhimli barəsində həbs qətimkan tədbiri seçilib. -ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılaraq, hər iki şəxs barəsində qərar qəbul edili

06.12.2025 317
.

Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub?

2025-ci il avqust ayının 22-də Binəqədi rayonu, Binəqədi şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən 19 yaşlı Xaliv İbrahimovun ailəsi baş verənlərlə bağlı bir sıra məqamları Baku TV-yə açıqlayıb. Ailənin sözlərinə görə, "Kəpəz Hospital"a məxsus təcili tibb

06.12.2025 231
.

Qubada qadın ZƏHƏRLƏNDİ: "Azəriqaz" işçisinə cəza verildi

Qubada "Azəriqaz" əməkdaşı zəhərlənmə faktına görə cəzalandırılıb. BİG.AZ -a istinadla xəbər verir ki, rayonun Zərdabi qəsəbə sakini olan qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Lakin xoşbəxtlikdən, qadın xilas olunub. Belə ki, o, özünü pis hiss edən kimi hamamdan çıxı

06.12.2025 186
.

Azərbaycan Türkiyədən dəri idxalına çəkdiyi xərclərini 25 % azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 11,534 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,9 % azdır. Noyabrda Türkiyə Azərbaycana 550,3 min AB

06.12.2025 125
.

TOP MP3