Psixoloji işsiz təhsil: Azərbaycan məktəblərində böhran

Psixoloji işsiz təhsil: Azərbaycan məktəblərində böhran"Təhsilin əsas məqsədi Azərbaycan dövləti qarşısında məsuliyyətini dərk edən, insan hüquq və azadlıqlarına hörmət edən, Azərbaycançılıq ideyasına sadiq, müstəqil və yaradıcı düşünən şəxsiyyət və vətəndaş formalaşdırmaqdır. Təəssüf ki, bu məqsəddən uzaqlaşmışıq. Bu gün təhsil sisteminin əsas hədəfi uşağın məktəbi bitirib ali təhsil almasıdır, halbuki məktəbin missiyası uşağı şəxsiyyət və vətəndaş kimi formalaşdırmaqdır.

Əgər tərbiyə işi düzgün qurulmayıbsa, şəxsiyyət və vətəndaş yetişməsini gözləmək mümkün deyil. Məktəblərdə psixoloji iş olmadan tərbiyə işini qurmaq mümkün deyil. Azərbaycanda məktəblərdə psixoloji iş 1990-cı illərin əvvəllərindən dayandırılıb və 2010-cu ildən bu proses davam edir. 2019-cu ildən isə vəziyyət daha da pisləşərək məktəblərdə psixoloji iş demək olar ki, ləğv edilib. Bu gün nəticələr göz qabağındadır".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.

O, qeyd edib ki, Ümumtəhsil məktəblərində psixoloji işin təşkili ilə bağlı Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli qərarı mövcuddur. Qərara görə, 1000 nəfərə qədər şagirdi olan məktəbdə 1, 3000 nəfərə qədər şagirdi olan məktəbdə 2, 3000-dən çox şagirdi olan məktəbdə isə 3 psixoloq ştatı müəyyən edilib. Həmçinin, 30 aprel 2020-ci il tarixli 157 nömrəli qərarla psixoloji işin təşkili qaydaları müəyyən olunub:

"Lakin bu qərarlar kağız üzərində qalmaqdadır. Hazırda məktəb psixoloqlarının maaşı texniki işçilərlə bərabərdir. Psixoloji işlə bağlı yüz minlərlə vəsait təlimlər adı altında xərclənib, lakin məktəb psixoloqlarına faydası olmayıb. Psixoloqların kabinetləri və müvafiq əyani vəsaitləri yoxdur. Təkcə yalançı təlimlər üçün xərclənən vəsaitlə 100-dən çox məktəb üçün psixoloji əyani vəsait alınması mümkündür.

Bundan əlavə, məktəb rəhbərləri də psixoloji işi düzgün bilmir və psixoloqlara texniki və ya yoxlama işlərini tapşırırlar. Azərbaycan Təhsil Nazirliyində də psixoloji işin mahiyyəti yetərincə anlaşılmayıb. Bu halda məktəblərdə psixoloji işin təşkili mümkün deyil.
Psixoloji işsiz təhsil: Azərbaycan məktəblərində böhranÖlkənin aparıcı psixoloqu Əbdül Əlizadə də qeyd edir ki, psixoloji işi təşkil etmədən tərbiyə işini qurmaq mümkün deyil. Təhsil sahəsini idarə edən şəxslər təhsilin təməlini dağıdaraq irəliləyirlər. İlk olaraq psixoloji iş dağıdılıb və nəticədə məktəblərdə ciddi sosial problemlər, zorakılıq halları ortaya çıxıb.

Nə etməliyik? İlk növbədə, təhsilə bazar gözü ilə baxan şəxsləri uzaqlaşdırmalı və bu sahəyə peşəkar insanları cəlb etməliyik. Məktəblərdə psixoloji və tərbiyə işi düzgün qurulmalıdır. Tərbiyə işini qurmaq olmadan millətin gələcəyini formalaşdırmaq mümkün deyil. Psixoloji iş düzgün təşkil olunmadan tərbiyə işində də uğur əldə etmək mümkün olmayacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1672   Tarix: 03 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 117
.

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə

22:11 0
.

Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb

"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə

20:45 0
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

14:20 0
.

Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı

Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı

21:30 0
.

Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd

18:10 0
.

Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi

22:26 0
.

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6

16:20 0
.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

17:09 0
.