Dünyanın ən uzun adlı şəhəri: Göydələnlər paytaxtının adında 111 hərf var
Dünyanın ən uzun adına sahib şəhər çoxlarının təsəvvür etdiyi kimi qədim bir dil ənənəsini qoruyan kiçik bir kənd deyil. Əksinə, 11 milyondan çox insanın yaşadığı və hər il təxminən 22 milyon turist qəbul edən, sürətlə böyüyən bir göydələn metropoludur.
Qaynarinfo xəbər verir ki, Tailandın paytaxtı kimi tanınan və parlaq məbədləri, fəal küçə bazarları və gecə həyatı ilə məşhur olan bu şəhər dünyanın böyük bir hissəsində Banqkok adı ilə tanınır. Bu adın dilçilik mənşəyi dəqiq bilinməsə də, bir nəzəriyyəyə görə su ilə əlaqəsinə görə "ada kəndi" mənasını verən "Banq ko" sözündən gəldiyi ehtimal edilir. Başqa bir nəzəriyyə isə adın, "kənd və ya bölgə" mənasına gələn bang ilə "vəhşi gavalı" mənasında olan makok sözlərinin birləşməsindən yarandığını irəli sürür.
Lakin bu mürəkkəb mənşənin xaricində, yerli əhalinin çoxu öz ana dilində bu adı işlətmir. Hətta paytaxtdan kənarda yaşayan bəzi tailandlılar, "Bangkok" sözünü heç eşitməmiş ola bilər. Tailandlıların əksəriyyəti üçün paytaxtın adı sadəcə "Krung Thep" (กรุงเทพฯ) və ya bir qədər uzun forması ilə "Krung Thep Maha Makhon"dur; yəni "Mələklərin Böyük Şəhəri".
Bu ad, Tailand dili ilə bağlı məsələlərdə çalışan hökumət qurumu olan kral cəmiyyətinin tövsiyəsi ilə 2022-ci ildə yarı rəsmi ad statusu alıb. Lakin hökumət bunun yalnız üslubi bir dəyişiklik olduğunu, ənənəvi adın əcnəbilər üçün çətin tələffüz oluna bildiyini bildirib və Latın qrafikasında "Banqkok" yazılışının tamamilə qəbul edilə biləcəyini vurğulayıb.
111 hərfli mərasim adı və mahnısı
Əgər kral cəmiyyətinin paytaxt üçün seçdiyi bu ad sizə kifayət qədər möhtəşəm görünmürsə, şəhərin daha uzun, mərasimlərdə istifadə olunan tam adı da mövcuddur: 111 hərfdən ibarət olan bu ad Ginnesin Rekordlar Kitabına düşüb.
Latın qrafikasına çevrilmiş forması belədir:
Krung Thep Mahanakhon Amon Rattanakosin Mahinthara Ayuthaya Mahadilok Phop Noppharat Ratchathani Burirom Udomratchaniwet Mahasathan Amon Piman Awatan Sathit Sakkathattiya Witsanukam Prasit.
Bu uzun ad təxminən belə mənalar verir:
Mələklər şəhəri, ölümsüzlük şəhəri, dünyanın böyük şəhəri, qızıl dövrün şəhəri, böyük sarayın şəhəri, uca şəhər, qızıl sarayın şəhəri, qızıl çağın şəhəri.
Şəhər sakinlərinin bu qədər uzun bir mətni əzbərləməsinin çətin olduğunu düşünürsünüzsə, narahat olmayın: Tailandlı uşaqlar bu uzun adı yadda saxlamağa kömək edən xüsusi ritmik bir nəğmə öyrənirlər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 943 Tarix: 02 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 117 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə
22:11 0 Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
20:45 0 Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini
14:20 0 Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı
Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı
21:30 0 Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd
18:10 0 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi
22:26 0 Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub. "Report" ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib. "Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,6
16:20 0 Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
17:09 0