"Mental dəyərlər" adı altında əzilən qadın... "Bakirə qadın anlayışı olmalı deyil" – PSİXOLOQDAN AÇIQLAMA
Ölkədə qadınlar əsrlərdir nənə-bablarımızın formalaşdırdığı "mental dəyərlər" adı altında əzilir. Elə br gün yoxdur ki, mətbuatda qadınlara qarşı zorakılıq, cinayət xəbərləri verilməsin. Bölgələrdə 15-16 yaşlı qızların özlərindən 2 dəfə böyük 30-35 yaşında oğlanlara "ərə" verilməsi adi hal alıb.
Birdə bölgələrdə absurd "bakirə qız" adəti hələdə qalmaqdadır. Yəni mini ilə min hoqqadan çıxmış oğlan evliliyə gəldikdə isə təmiz bakirə qız axtarışına düşür. Evlənmədən əvvəl saysız-hesabsız münasibət yaşayan, "kişidir, olar" damğası ilə hər hoqqanı edən oğlan, sabah evlilik planı quranda qəfil "namus müfəttişi"nə çevrilir.
Mövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, bu ənənələri nəhayət ki, yox etmək zamanı gəlib. Onun sözlərinə görə, əgər bir kişi evlilik öncəsinə qədər, istədiyi kimi gəzməyi özünə haqq bilirsə, o zaman evlənəcəyi qadından bakirəlik tələb etməsi nə etikdir, nə də məntiqli: "Bu, ikiüzlülüyün klassik formasıdır. Əgər insan öz davranışına görə, dəyər ölçüsü qoymursa, başqasına sərhəd çəkmək, nə isə tələb etmək haqqını itirmiş olur. Zehni kasad olan cəmiyyətin beyni, cinsiyyətə fokuslanır. Mənəviyyatı olmayan insanın müdafiə yeri cinsiyyətdir. Kişiyə olar, qadına yox misalı. Belə bərabərhüquqluluq olmur. Yetkin kişi özünə həm yaşda, həm başda bərabər tərəfdaş axtarar. Azyaşlı qız uşaqları ilə, yaxud özündən 10-15 yaş kiçik yaşlı qızla evlənib, özündən zəifdən həyat yoldaşı düzəltməyin adı "üstün görünmək" kompleksi və qorxudan doğan nəzarət ehtiyacıdır.
Əgər münasibətlər qarşılıqlı hörmət üzərində qurulursa, qaydalar hər iki tərəf üçün eynidir. Qadından tələb olunan dəyərlərin eynisi, kişi üçün də keçərlidir. Məntiqdən ac olan bəzi "kişilər" o dəqiqə əsgərlik məsələsini ortaya atırlar ki, onda qadınlar da əsgərlik çəksin. Bir deyən yoxdur ki, kişilik əsgərlik kağızında yox, evinin içindəki üzərinə götürdüyü məsuliyyətlə ölçülür.
Dövlət sabah İsrail kimi əsgərliyi qadınlar üçün də, tətbiq etsə, qadınlar da əsgərlik çəkəcək. O zaman cinsiyyətlərini önə çıxarmaq üçün, nəyi bəhanə gətirəcəklər? Münasibətində, evinin içində bərabərlik yarada bilməyən kişi, dövlət xidmətində bərabərlik istəyə bilməz. Bakirəliyə önəm vermək, kişinin qadından böyük yaş fərqi ilə evliliyinin mental dəyərlərlə heç bir əlaqəsi yoxdur. Mental dəyər adı ilə gizlənən patriarxizm, yəni kişinin mərkəzdə olduğu,qərarların kişi tərəfindən verildiyi sistemdir. Əgər mental dəyərlər həqiqətən də, həqiqi dəyərlər olsaydı, inanıram ki, bu kişilərə də tətbiq olunardı. Kim bahalı dəyərdən imtina edər ki?… Deməli, bu dəyər deyil. Cinsiyyət asimmetriyasıdır, yəni qadın və kişinin eyni cəmiyyətdə, amma fərqli qaydalarla qiymətləndirilməsidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 715 Tarix: 02 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı
ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla
20:15 0 Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
17:00 0 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
22:15 0 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15:20 0 Balıq bazarında bahalaşma var - Video
Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard
18:50 0 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları
22:28 0 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
22:00 0 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır
2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is
17:10 0 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 107