Xaçmazda torpaq qalmaqalı – Alınmış sahə başqa şəxsin adına rəsmiləşdirilib
Xaçmaz rayonunun Qoçaqlı kənd sakini Vüsal Başaratovun iddiasına görə, bacısı Gülnar Başaratovaya məxsus torpaq sahəsi başqa şəxsə sənədləşdirilib.
Onun Qaynarinfo-ya bildirdiyinə görə, Gülnar Başaratova 2018-ci ildə Xaçmaz Rayon Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında 4 sot torpaq sahəsi alıb. 2022-ci ildə həmin sahə üzrə onun adına çıxarış və texniki pasport verilib.
Başaratovun sözlərinə görə, çıxarış üçün müraciət zamanı ərazidə elektron xəritələrdə sürüşmə qeydə alınıb: "Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Kərim bəyin iştirakı ilə torpağa baxış keçirildi, faktiki koordinatlar müəyyən olundu və xəritədə düzəliş ediləcəyi bildirildi. Lakin bu günədək həmin dəyişikliklər elektron bazada əksini tapmayıb".
Vətəndaşın sözlərinə əsasən, 2025-ci ildə məlum olub ki, torpaq sahəsi başqa bir şəxsin adına rəsmiləşdirilib: "Gülnar Başaratovaya məxsus torpaq sahəsi Nuruyeva Könül Nurəddin qızının, həmin ərazidə tikilmiş ev isə Museyibov Müslim Tofiq oğlunun adına keçib.
Əldə etdiyim məlumata əsasən, Könül Nuruyeva təxminən iki il əvvəl həmin sahəyə çıxarış almaq istədikdə, əvvəlcə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən imtina verilib. Sonradan isə həmin sahəyə çıxarış almağa nail olub.
Bələdiyyə mülkiyyəti yenicə özəlləşdirildiyinə görə, Könül Nuruyeva 5 il ərzində torpaq sahəsini nə sata, nə də bağışlaya bilərdi. Buna baxmayaraq, o, torpaq sahəsini qanunsuz olaraq Museyibov Müslim Tofiq oğluna satıb. Hazırda torpaq sahəsi Könül Nuruyevanın, üzərindəki ev isə Museyibov Müslim Tofiq oğlunun adına rəsmiləşdirilib. Halbuki, Azərbaycan qanunvericiliyinə görə, torpaq və onun üzərindəki tikili fərqli şəxslərin adına ola bilməz.
Massivdə sürüşmə qeydə alındıqda, dəyişikliklərin aparılması üçün müvafiq akt yerli bələdiyyə və icra nümayəndələrinin, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarının və çəpər qonşularının iştirakı ilə tərtib olunmalıdır. Lakin akt hazırlanarkən çəpər qonşusu olan Gülnar Başaratovanın iştirakı təmin edilməyib".
Vüsal Başaratov iddiaları ilə bağlı sənədləri redaksiyamıza təqdim edib. O, məsələ ilə əlaqədar Baş Prokurorluğa müraciət etdiyini də bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 626 Tarix: 02 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı
ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla
20:15 0 Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
17:00 0 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
22:15 0 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15:20 0 Balıq bazarında bahalaşma var - Video
Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard
18:50 0 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları
22:28 0 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
22:00 0 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır
2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is
17:10 0 Alen Simonyan vəzifəsini itirir?
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu
12:10 107