"Administrator üzümü çevirib baxdı və nalayiq ifadə işlətdi" - Video

"Administrator üzümü çevirib baxdı və nalayiq ifadə işlətdi" - VideoBakıda 15 yaşlı Nigar Mustafayeva əylənmək üçün getdiyi qorxu evində yıxılaraq xəsarət alıb, başına 11 tikiş qoyulub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "Xəzər Xəbər"ə müraciət edən yeniyetmə özü məlumat verib.

O qeyd edib ki, hadisə bir neçə gün öncə paytaxtın Səbail rayonunda yerləşən "Phobia Games" adlı əyləncə mərkəzində baş verib.

Belə ki, Nigar Mustafayeva rəfiqəsi ilə getdiyi məkanın girişində ödəniş etdikdən sonra yaşlarına uyğun kateqoriyanı seçiblər. Bütün olanlar da obyektin müşahidə kameralarının yaddaşına düşüb:

"Aktyor qışqırdı ki, 5 saniyəniz var. Biz qaçanda heç 5 saniyə olmamışdı. Orada rəf var idi və qapısı açıq idi. Hansı ki, əslində bağlı olmalı idi. Onlar tərəfindən itələndiyim üçün başım həmin rəfə dəydi. Mən huşumu itirib yıxıldım. Bundan sonra administrator gəlib üzümü çevirib baxdı və nalayiq ifadə işlətdi".

Daha sonra Nigar Mustafayevanın rəfiqəsi təcili yardım çağırıb. Zərərçəkmişin valideynlərinin sözlərinə görə, hadisədən sonra məkanın rəhbərliyi nə onlarla əlaqə saxlayıb, nə də qızın vəziyyəti ilə maraqlanıb.

Məsələ ilə bağlı "Phobia Games"in əməkdaşı bildirib ki, burada aktyorlar heç bir halda kimisə itələmir və yaxud yıxmır:

"Həmin an aktyor öz vəzifəsini yerinə yetirir və qorxudur. Xanım da vəlvələyə düşüb qaçır və diqqətsizlikdən başı rəfə dəyib yıxılır. Hadisədən sonra rəhbərlik onlarla hər an əlaqə saxlayıb və xanıma xəstəxana xərclərinin qarşılanmasını deyib. Lakin qarşı tərəfdən tələb çox olduğu üçün biz onlarla razılaşa bilmədik".

Zərərçəkmişin valideynləri hadisə ilə bağlı polisə də müraciət ediblər.

Daxili İşlər Nazirliyinin əməkdaşı Lumu İsrafilli bildirib ki, tərəflər polisə dəvət edilərək ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsi müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar davam etdirilir.

Ətraflı videomaterialda:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1022   Tarix: 02 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı

ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla

20:15 0
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

17:00 0
.

HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı

22:15 0
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 0
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

18:50 0
.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

22:28 0
.

İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk

22:00 0
.

Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır

2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is

17:10 0
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.