Azərbaycanda kərə yağı adı altında satılan marqarin... Üstəlik qiymətidə günü-gündən bahalaşır-QİDA EKSPERTİ AÇIQLADI

Azərbaycanda kərə yağı adı altında satılan marqarin... Üstəlik qiymətidə günü-gündən bahalaşır-QİDA EKSPERTİ AÇIQLADIAzərbaycan dünyada kərə yağının ən baha olduğu ölkələrdən biridir. Məsələn, Fransada kərə yağının bir kiloqramının qiyməti 17-21 AZN arasında dəyişir. Türkiyədə isə kərə yağının bir kiloqramının qiyməti 13-15 AZN arasında dəyişir. Kərə yağının qiyməti Gürcüstan və Ermənistanda da Azərbaycanla müqayisədə ucuzdur.

Ölkəmizdə kərə yağının bir kiloqramının qiyməti 23-31 AZN arasında dəyişir. Üstəlik qiymətlər hər ay sürətlə bahalaşır. Bəs qiyməti baha olan kərə yağının keyfiyyəti necə yüksəkdirmi? Təssüfki bunuda deyə bilmirik. Çünki bir müddət bundan əvvəl Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi yoxlamalar supermarketlərdə satılan bir çox kərə yağının tərkibinə kərə yağı adı altında palma yağının qatıldığını üzə çıxarmışdı Bəs istehlakçılar əsl kərə yağını marqarindən necə ayırd etsin?
Azərbaycanda kərə yağı adı altında satılan marqarin... Üstəlik qiymətidə günü-gündən bahalaşır-QİDA EKSPERTİ AÇIQLADIMövzu ilə bağlı qida eksperti Elşən Cəfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, bazarda həm keyfiyyətli, həm də istehlakçıları çaşdıra bilən çoxlu məhsullar mövcuddur. Onun sözlərinə görə, kərə yağı seçimi ilə bağlı ən vacib məqamlar və istehsalçıların tez-tez gizlətməyə çalışdığı nüanslar var:

"1. Qablaşdırma əsas göstəricilərdən biridir

Kərə yağı mütləq folqa qablaşdırmada olmalıdır.
Plastik və ya dəmir qablarda yağ oksidləşir, tərkibindəki yağ turşuları zədələnir və keyfiyyəti sürətlə aşağı düşür hem de şeffav qaizlarda olmaz gün şuasi kicirmeyen qablaşdirma olmalidir.

2. Məhsulun istehsal yeri

Azərbaycan istehlakçılarının psixologiyasında belə bir yanaşma qalıb:
"Rus dilində yazılıbsa – keyfiyyətlidir."
Bu Sovet dövründən qalan nostalji yanaşmadır. Bəzi istehsalçılar da bunu bilərəkdən istifadə edir və:
Məhsulu Mehtiabad, Masazır, Sumqayıt kimi yerlərdə istehsal etsələr də, rus adına bənzər brend seçir, rusca yazılar qoyur və bununla alıcıda "keyfiyyətlidir" təəssüratı yaradırlar.
Bu isə istehlakçının aldadılması deməkdir.

3. QOST və TÜ standartları arasında istehsal və keyfiyyət fərqi

Keyfiyyətli kərə yağı GOST standartına uyğun hazırlanmalıdır.
Lakin yerli bazarda bir çox məhsul TÜ Texniki Şərtlərlə istehsal olunur.

Bu nə deməkdir?

Tərkib istehsalçının öz istədiyi kimi formalaşdırılır

Texnoloji proseslərə ciddi nəzarət yoxdur

Məhsulun real tərkibi və təhlükəsizliyi sual altına düşür

Keyfiyyət ikinci plana keçir, əsas məqsəd ucuz istehsal olur

4. Yağın rəngi və qoxusu

Keyfiyyətli kərə yağı:

Həddindən artıq sarı olmamalıdır bu, boya qatıldığını göstərir

Yüngül süd və qaymaq iyi olmalıdır

Aşırı dərəcədə "südlü-şirin" qoxu varsa çox güman ki, marqarin ətirləndiricisidir

5. Evdə sadə testlər

Evdə bir neçə sadə üsulla yağı yoxlamaq mümkündür:

İsti suda sınaq (40–45°C)

Keyfiyyətli yağ tez və bərabər şəkildə əriyir və:

Maye şəffaf olur

Süd zərdabı təbii şəkildə ayrılır

Bitki yağları və palma yağları isə:

Üzərində "yağlı ləkələr" buraxır

Bulanıq qat əmələ gətirir

Suya homogen qarışmır

Soyuducuda sınaq

Soyuducuda (dondurucuda yox!) çox bərkiyib "daş kimi olursa", bu, tərkibində bitki yağları olduğuna işarədir.

6. Palma yağının keyfiyyəti Azərbaycan bazarındakı real vəziyyət

Dünya üzrə palma yağının keyfiyyəti fərqlidir.

Asiya ölkələrində (İndoneziya, Malayziya)

Yüksək keyfiyyətli, hətta faydalı hesab edilən çeşidləri var.

Lakin Azərbaycan bazarına nə gəlir?

Təəssüf ki, çox vaxt aşağı keyfiyyətli, istehsalçı ölkədə istifadəsi qadağan olunan, kimyəvi maddələrlə təmizlənmiş, qoxusu və dadı dəfələrlə yox edilmiş, qara, qatranabənzər "jmiх" adlanan palma yağı gətirilir.

Bu məhsul əsasən:

Ucuz istehsal üçün

"Kərə yağı" adı ilə qarışdırılıb

Tərkib gizlədilərək
satılır.

Avropa Birliyində isə…

Avropada ciddi standart var:

Palma yağının perekislik göstəricisi 0.5-dən yüksək olmamalıdır

Bu göstəricini keçən yağ ölkəyə buraxılmır.

Azərbaycan istehsalçıları isə:

Nə gətirəcəklərinə

Nə miqdarda istifadə edəcəklərinə
özləri qərar verirlər.

7. Etiket oxumağın vacibliyi

İstehlakçılar çox vaxt qablaşdırmada yalnız "82.5%" yazısını görür və elə bilir ki, bu, həqiqi kərə yağıdır.

Lakin bəzi istehsalçılar:

Məhsulu "82.5% yağlılıq" kimi göstərib

Altında kiçik şriftlə "bitki yağlı yağ məhsulu" və ya "spred" yazır

Bu isə təmiz istehlakçını aldatmaqdır.

Etiketdə diqqət etməli olduğunuz:

"Kərə yağı" ifadəsi

"Bitki yağları yoxdur"

Tərkib: yalnız krem / südlü yağ olmalıdır

8. İrandan və digər ölkələrdən gətirilən şübhəli yağlar

Hazırda bazarda İran istehsalı çoxlu ucuz yağlar var. Onların əksəriyyəti:

Boya

Dad gücləndiricisi

Bitki yağları

Süddən kənar əlavələr ilə hazırlanır və etibarlı hesab olunmur.

Eyni zamanda Qazaxıstandan gətirilən, yerli istehlakçıların imtina etdiyi yağlar da Azərbaycanda satışa çıxarılır.

9. Media və blogerlər məsuliyyət məsələsi

Təəssüf ki, Azərbaycan sosial mediasında bir çox influencer və bloqqer:

Məhsulu araşdırmadan

Tərkibini analiz etmədən

Sadəcə reklam müqabilində

şübhəli məhsulları reklam edir.

Bu isə istehlakçının sağlamlığı üçün risk yaradır.

Reklam edərkən hər kəs anlamalıdır:
"Mən nəyi və kimi reklam edirəm?"


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3710   Tarix: 02 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı

ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla

20:15 0
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

17:00 0
.

HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı

22:15 0
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15:20 0
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

18:50 0
.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

22:28 0
.

İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk

22:00 0
.

Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır

2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is

17:10 0
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 107
.