Vidadi Mustafayev Yekaterinburqda saxlanıldı

Vidadi Mustafayev Yekaterinburqda saxlanıldıYekaterinburqda azərbaycanlı iş adamı Vidadi Mustafayev saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə "URA.RU"ya hüquq-mühafizə orqanlarına yaxın bir neçə mənbə məlumat verib.

Məlumata görə, V. Mustafayev məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirakı ilə keçirilən əməliyyat zamanı tutulub. Onun Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsi ilə dələduzluqda şübhəli bilindiyi qeyd olunub.

Portal yazır ki, azərbaycanlı iş adamına qarşı iddialar onun keçmiş hüquqşünasının yazdığı ərizədən sonra ortaya çıxıb. İddia olunur ki, həmin şəxs hüquq-mühafizə orqanlarına iş adamının torpaq maxinasiyalarına qoşulduğu barədə məlumat verib.

Hadisə ilə bağlı araşdırma davam edir.

Qeyd edək ki, bu bu ilin sentyabrında Vidadi Mustafayevin Şahin Şıxlinskinin yerinə Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan icmasına və "Uraldakı azərbaycanlıların mədəniyyət, gənclər və idman Mərkəzi"nə yeni rəhbər təyin olunması ilə bağlı informasiya yayılmışdı. Daha sonra isə Diasporla İş üzrə Dövlət Komitəsi sözügedən şəxsin Azərbaycan diasporuna heç bir aidiyyətinin olmadığını qeyd etmişdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 817   Tarix: 01 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Azərbaycan əlverişli, lakin eyni zamanda geosiyasi baxımdan olduqca mürəkkəb bir coğrafi mövqedə yerləşir" - MÜŞFİQ CƏFƏROV

"Azərbaycan əlverişli, lakin eyni zamanda geosiyasi baxımdan olduqca mürəkkəb bir coğrafi mövqedə yerləşir. Ölkənin həm şimal, həm də cənub qonşuları hazırda aktiv hərbi münaqişələr və ya müharibə şəraitində olan dövlətlərdir. Rusiya 2022-ci ilin fevral ayından bəri Ukrayna ilə genişmiqyaslı müharib

10:49 174
.

Bakıda 13 yaşlı qızı hamilə qoyan şəxsə bu cəza verildi

Bakıda yetkinlik yaşına çatmayan şəxslə münasibətdə olan 18 yaşlı oğlan cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bir müddət əvvəl Binəqədi rayonu Xocasən qəsəbə sakini, 14 yaşı hələ tamam olmamış Z.Abdulovanın (ad və soyadlar şərtidir) hamilə olması müəyyənləşib

10:57 245
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:45 173
.

Şənbə günü hava belə olacaq

Sentyabrın 19-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 20-23, gündü

14:14 166
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

17:11 109
.

ABŞ-İran müharibəsində son vəziyyət - Vaşinqton yeni qərar ərəfəsindədir

ABŞ İran ərazisinə yeni zərbələr endirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp müharibənin sona çatmasının mümkün olduğunu bildirsə də, eyni zamanda İranla bağlı mühüm qərar vermək ərəfəsində olduğunu açıqlayıb. Axios-a verdiyi müsahibədə Tramp qarşıdakı mərhələdə hərb

16:17 162
.

2027-ci ildə Bakının İslam Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Görüşünə ev sahibliyi etməsi əhəmiyyətli hadisə olacaq

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın tarixi-mədəni irsi ilə müasir dünyada həyat

11:45 289
.

Sağlamlığımız üçün əsas təhlükəli məhsul: ucuzdur, həm də...

Həkimlər orqanizm üçün ciddi təhlükə yarada bilən məhsulun adını açıqlayıblar. Mütəxəssislərin fikrincə, onun ucuz və asan əldə olunması problemi daha da ağırlaşdırır. xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-dan olan tədqiqatçılar müəyyən ediblər ki, şəkərli qazlı içkilərin həddindən artıq istehlak

19:00 1
.

Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO

Bakıda yol nişanlanmasına müəmmalı müdaxilə edilib. Hərəkətin intensiv olduğu paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qoşa xəttin bir hissəsi qara boya ilə qırıq xəttə çevrilib. Nəticədə sürücülər buradan dönməyə başlayıblar. Məqsəd də ərazidəki müşahidə kameralarının sürücülərə cərimə yazmamasın

15:30 153
.