Ramiz Mehdiyevlə bağlı qüvvələrin aktivliyi təhlükəsizlik xidmətlərinin diqqət mərkəzindədir - RƏY

Ramiz Mehdiyevlə bağlı qüvvələrin aktivliyi təhlükəsizlik xidmətlərinin diqqət mərkəzindədir - RƏYRusiya-Ukrayna müharibəsinin gələcək perspektivləri regional güc balansında ciddi dəyişikliklərə səbəb ola biləcək amillərdən biridir. Təhlilçilərin qeyd etdiyi kimi, münaqişədən sonrakı dövrdə Rusiyanın Cənubi Qafqaz regionunda öz nüfuz dairəsini yenidən qurmaq cəhdləri gözlənilir. Bu strategiya regiondaki kiçik və orta ölçülü dövlətlər üçün yeni təhdidlər yarada bilər.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O qeyd edib ki, Azərbaycan isə son illərdə həm enerji təhlükəsizliyi, həm də regional əməkdaşlıq sahəsində müstəqil xarici siyasət yeritməklə diqqət çəkir:

"Ölkənin Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığının genişlənməsi və regional infrastruktur layihələrində aparıcı rol oynaması bu müstəqilliyin təzahürləridir.

Dövlət təhlükəsizliyi orqanlarının apardığı araşdırmalar çərçivəsində ortaya çıxan məlumatlar bir sıra narahatlıq doğuran məqamları üzə çıxarır. Ramiz Mehdiyevlə bağlı qüvvələrin potensial aktivləşməsi və bu prosesdə müxalif strukturların rolu təhlükəsizlik xidmətlərinin diqqət mərkəzindədir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbəri və digər üzvü ilə əlaqədar araşdırmalar da bu qəbildəndir".

Deputat hesab edir ki, AXCP-nin son onilliklərdə nümayiş etdirdiyi siyasi xətt radikal ritorikanın əsasında qurulub:

"Partiyanın bəzi addımları və bəyanatlarının ölkənin dövlət maraqları ilə ziddiyyət təşkil etdiyi iddiası dəfələrlə səsləndirilib. Belə hallara misal olaraq beynəlxalq platformalarda Azərbaycanın mövqeyinə qarşı çıxışları, regional əməkdaşlıq layihələrinə münasibətdə konstruktiv olmayan mövqe sərgilənməsi, daxili sabitliyin pozulmasına yönəlmiş addımları söyləmək olar. Azərbaycanın taleyüklü məsələləri, ümummilli maraqlara xidmət edən bir sıra məqamlarda ölkədəki siyasi partiyalar vahid bəyanatla çıxış edərək, dəstək nümayiş etdirdiyi halda AXCP bu birliyə heç zaman qoşulmayıb.

Müasir təhlükəsizlik konsepsiyaları təhdidlərin qarşısının vaxtında alınmasının əhəmiyyətini vurğulayır. Dövlət strukturlarının potensial riskləri erkən mərhələdə müəyyənləşdirməsi və lazımi tədbirlər görməsi ölkənin suverenliyinin qorunması üçün vacibdir".

Regionda geosiyasi rəqabətin artdığı bir dövrün yaşandığını vurğulayan N.Həmzəyevin sözlərinə görə, bu məqamda xarici güc mərkəzlərinin daxili qüvvələrdən istifadə etməsi riski daim mövcuddur:

"Bu baxımdan daxili sabitliyin təmin edilməsi və qanunun aliliyi prinsipinin bərqərar olması strateji əhəmiyyət daşıyır.

Dünya təcrübəsi göstərir ki, dövlətlər öz milli təhlükəsizliyinə yönələn təhdidlərə qarşı müxtəlif mexanizmlərdən istifadə edirlər. Avropa ölkələrində və ABŞ-da xarici təsir cəhdlərinə qarşı hüquqi tədbirlər sistemli şəkildə tətbiq olunur. Bu təcrübə göstərir ki, dövlət suverenliyinin müdafiəsi həm hüquqi, həm də institusional tədbirlər tələb edir".

O əlavə edib ki, Azərbaycanın qarşılaşdığı geosiyasi çağırışlar kompleks yanaşma tələb edir:

"Ölkənin regional və qlobal arenada mövqelərinin möhkəmlənməsi, eyni zamanda daxili sabitliyin qorunması strategiyanın əsas komponentləridir.

Aparılan araşdırmalar və hüquqi proseslər Azərbaycanın hüquqi dövlət prinsiplərinə sadiqliyi və təhlükəsizlik mexanizmlərinin effektivliyini nümayiş etdirir. Beynəlxalq hüquq normalarına uyğun olaraq aparılan bu tədbirlər ölkənin uzunmüddətli sabitliyinin təmin olunmasına xidmət edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 651   Tarix: 29 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 207
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 194
.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

17:09 213
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

20:00 175
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

18:50 182
.

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa

22:18 104
.

Qazaxıstanda yeni kəpənək növü aşkar edilib

Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi

19:20 177
.

Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd

17:20 187
.

"Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı

ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu

21:15 123
.