Fərid Cəfərov: "Azərbaycan xarici prodüserlər üçün daha cəlbedici kinolokasiyaya çevrilib"
"Mədəniyyət Nazirliyinin yanında Azərbaycan Respublikasının Kino Agentliyi son üç ildə dövlət sifarişi ilə ümumilikdə 70-dən çox film layihəsinin istehsalına maliyyə dəstəyi göstərib".
Oxu.Az-ın Laçına ezam olunan əməkdaşının verdiyi məlumata görə, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov nazirliyin və Azərbaycan Prezidentinin Laçın şəhərindəki Xüsusi nümayəndəliyin təşkilatçılığı ilə keçirilən "MDB ölkələrində müasir kino istehsalının inkişafı" adlı dəyirmi masada çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, Azərbaycan kino sənayesinin və kinematoqrafiyanın inkişafını uzunmüddətli strateji prioritet kimi müəyyən edib:
"Bu layihələrin 50-dən çoxu artıq tamamlanıb və nümayişə çıxarılıb. Ümumilikdə isə 34 yerli istehsal şirkətinə 20 milyon manatdan çox dövlət dəstəyi ayrılıb. Bu dəstək Azərbaycanda kino sənayesinin gələcək inkişafına kapital qoyuluşudur".
Fərid Cəfərov dövlət başçısının sərəncamına əsasən tətbiq olunan və "rebate" (geri ödəmə) adlanan filmçəkmə xərclərinin qismən ödənilməsi mexanizminin kino sənayesinin inkişafına çox böyük təkan verdiyini vurğulayıb:
"Bu mexanizm ölkəmizdə film çəkilişi üçün əlverişli şərait yaradır və artıq Azərbaycanı xarici prodüserlər üçün daha cəlbedici kinolokasiyaya çevirib".
Nazir müavini Azərbaycanda Qazaxıstan, Tacikistan, Qırğızıstan və Rusiya kino günlərinin keçirildiyinə diqqət çəkərək bildirib ki, bu, ölkələr arasında mədəni mübadiləni gücləndirir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 575 Tarix: 29 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
12:20 207 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
13:20 194 Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video
Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i
17:09 213 Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
20:00 175 Balıq bazarında bahalaşma var - Video
Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard
18:50 182 Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa
22:18 104 Qazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
19:20 177 Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd
17:20 187 "Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı
ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu
21:15 123