Hilmi Demir: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünə üzv qəbul edilməsi tarixi hadisədir

Hilmi Demir: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşünə üzv qəbul edilməsi tarixi hadisədirAzərbaycanın liderliyi və türk dünyası geosiyasəti ilə Türküstan bölgəsinin Anadoluya bağlanması böyük tarixi hadisədir.

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Türkiyə Yaxın Şərq və Mərkəzi Asiya Tədqiqat İnstitutunun (TEPAV OAS) direktoru, İqtisadiyyat və Texnologiya Universitetinin (TOBB ETÜ) professoru Hilmi Demir bildirib.

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 7-ci Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu üzv qəbul olunmasını "tarixi addım" olaraq dəyərləndirən mütəxəssisin fikrincə, bu məsələ həm də Rusiyanın Avrasiyaçılıq, Çinin "Bir Kəmər, Bir Yol" layihəsinə və Qərb hegemonluğuna qarşı öz regional inteqrasiyasını təmin etməklə "Yeni Turan" dünyasının qurulmasına təkan ola bilər:

"Bu, həmçinin Qərb və Şərq, Çin və ABŞ arasında yeni bir tarazlıq, bazar və aktyor formalaşması üçün yol açacaq".

Professor hesab edir ki, Azərbaycanın bu zirvədə iştirakı mövcud əməkdaşlıq münasibətlərinə yeni dinamika qatacaq və strateji tərəfdaşlığı möhkəmləndirəcək: "Siyasi dialoq, iqtisadi əməkdaşlıq və mədəni qarşılıqlı əlaqəni gücləndirən məsləhət platformalı bu format coğrafi əhatə dairəsini Qafqaza genişləndirir. İştirakın institusional əhəmiyyəti 2026-cı ildə keçiriləcək Məşvərət Görüşünün adının "Mərkəzi Asiya və Azərbaycan" olaraq dəyişdirilməsi təklifi ilə daha da gücləndirildi".

Hilmi Dəmir Azərbaycanın bu formatda iştirakını üç əsas istiqamət üzrə regiona əhəmiyyətli təsirlər yaratmaq potensialı olaraq dəyərləndirib: "Cənubi Qafqaz-Mərkəzi Asiya inteqrasiyası, Türk Dünyasının inkişafı və ümumi regional geosiyasət".

O deyib ki, birinci istiqamət üzrə Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında institusional körpü rolunu oynayır və strateji əlaqələri dərinləşdirir: "Bu kontekst də nəqliyyat və logistika inteqrasiyasına müsbət təsir edəcək: Azərbaycanın iştirakı Orta Dəhliz (TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu) və Zəngəzur Dəhlizi kimi layihələri regionun iqtisadi əsasına çevirmək məqsədini gücləndirir. Orta Dəhlizin inkişafı Rusiya və İranı keçmək üçün yeganə mümkün yol kimi qəbul edilir və regional ölkələrin Avrasiya ticarətində siyasi müstəqilliyini gücləndirir.

Enerji və rəqəmsal rabitə üzrə Azərbaycan Xəzər hövzəsindəki zəngin karbohidrogen ehtiyatları ilə təkcə körpü ölkəsi deyil, həm də enerji geosiyasətinin dayağıdır.

Daha geniş Avrasiya nizamı baxımından isə Xəzər enerjisini enerji boru kəmərləri (BTC, TANAP, TAP) vasitəsilə qlobal bazarlara (Rusiyanı keçməklə) çıxarmaqla, Azərbaycan daha geniş Avrasiya enerji nizamında mərkəzi yerini sübut edib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 524   Tarix: 29 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 207
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 194
.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

17:09 213
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

20:00 175
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

18:50 182
.

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa

22:18 104
.

Qazaxıstanda yeni kəpənək növü aşkar edilib

Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi

19:20 177
.

Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd

17:20 187
.

"Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı

ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu

21:15 123
.