Ukrayna Ordusu Rusiyanın aviatəmir zavoduna hücum edib
Ukrayna Müdafiə Qüvvələri noyabrın 29-na keçən gecə Rusiya ərazisindəki Afipski neft emalı zavoduna, aviatəmir zavoduna və dəniz neft terminalına zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
"Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması çərçivəsində noyabrın 29-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri bir neçə mühüm obyektə uğurlu zərbələr endirib", - məlumatda bildirilib.
Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində yerləşən, "Tu-95" strateji bombardmançı təyyarələrinin və "A-50" təyyarələrinin modernləşdirildiyi aviatəmir zavoduna zərbələr endirilib.
İlkin məlumata görə, "Tu-95" təyyarələrinin təmir sexində yanğın baş verib.
Bundan başqa, Ukrayna Müdafiə Qüvvələri Krasnodar diyarındakı "Afipski" neft emalı zavoduna növbəti dəfə zərbə endirib. "Hədəf zonasında partlayışlar qeydə alınıb, daha sonra obyektdə yanğın baş verib. Dəymiş ziyanın dərəcəsi dəqiqləşdirilir", - məlumatda qeyd olunur.
Rusiya həmçinin noyabrın 25-də Krasnodar diyarındakı "Tuapse" limanının dəniz neft terminalı infrastrukturuna zərbələr nəticəsində RO-5000 şaquli rezervuarının məhv edildiyini təsdiqləyib.
"Müdafiə qüvvələrinin bütün tərkib hissələrinin Rusiya silahlı qüvvələrinin mühüm hədəflərinə qarşı birgə fəaliyyəti RF-nin Ukraynaya qarşı təcavüzü tamamilə dayandırılana qədər davam edəcək", - Baş Qərargadan bildirilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 576 Tarix: 29 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Azərbaycan əlverişli, lakin eyni zamanda geosiyasi baxımdan olduqca mürəkkəb bir coğrafi mövqedə yerləşir" - MÜŞFİQ CƏFƏROV
"Azərbaycan əlverişli, lakin eyni zamanda geosiyasi baxımdan olduqca mürəkkəb bir coğrafi mövqedə yerləşir. Ölkənin həm şimal, həm də cənub qonşuları hazırda aktiv hərbi münaqişələr və ya müharibə şəraitində olan dövlətlərdir. Rusiya 2022-ci ilin fevral ayından bəri Ukrayna ilə genişmiqyaslı müharib
10:49 170 Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video
Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:
10:45 169 Mobil danışıq tarifləri niyə artır? - Operatorların səs gəlirləri azalır, qiymətlər isə yüksəlir - İQTİSADÇIDAN AÇIQLAMA
Mobil rabitə bazarında istehlakçıların istifadə vərdişləri dəyişdikcə operatorların gəlir mənbələri də transformasiya olunur. İnsanlar əvvəlki illərlə müqayisədə səsli zənglərdən daha az istifadə edir, messencer və internet üzərindən ünsiyyətə üstünlük verirlər. Buna baxmayaraq, mobil danışıq tariflərind
14:43 160 El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Qışa hələ xeyli vaxt qalmasına baxmayaraq, 2026/2027-ci illərin qış mövsümü ilə bağlı ilk uzunmüddətli proqnozlar açıqlanıb. Mövcud hesablamalara görə, Avropanın bir çox bölgəsində qarın əvvəlki illərlə müqayisədə daha az yağacağı ehtimal olunur. Lakin bu, qar yağmasının tamamilə olmayacağı demək deyil
17.09.2026 268 Qızıl və gümüş ucuzlaşdı
Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.43% azalaraq 4.325 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.23% ucuzlaşaraq 64.12 ABŞ dolları təşkil edib
17.09.2026 234 TDT yeni mərhələdə: Azərbaycanın təşəbbüskarlığı hansı imkanları yaradır?
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Vikto
12:28 174 Paşinyandan rus dili ilə bağlı gözlənilməz açıqlama
Ermənistanın Baş naziri Nikol Paşinyan əlavə olaraq rus dili kurslarına qatılır. xəbər verir ki, Sputnik Armenia-nın məlumatına görə, o, bunu hökumətin iclasında ixtisaslarını artıran məmurlar üçün bonusların müzakirəsi zamanı açıqlayıb. "Niyə yalnız ingilis dili? Məsələn, mən hazırda Dövlət İdarəçili
11:48 178 AYNA sərnişinlərə müraciət etdi
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə müraciət edib. xəbər verir ki, AYNA-nın məlumatına görə, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir. Qeyd olunub ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarl
17.09.2026 259 Rusiyadan neft alan Hindistana ABŞ-dan SƏRT XƏBƏRDARLIQ
ABŞ Nümayəndələr Palatası Rusiyadan enerji asılılığını azaltmaq məqsədilə Çin, Hindistan və digər ölkələrə qarşı sərt rüsumların (100%-dək) tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib. Nyu-Dehli isə mövzu ilə bağlı Vaşinqtona sərt xəbərdarlıq edib. Bizim.Media xəbər verir ki, bu barədə informasiyan
17.09.2026 224