Yer üzündəki bütün səhralar yox olsa, nə baş verər?

Yer üzündəki bütün səhralar yox olsa, nə baş verər?Hazırda səhralar Yer səthinin təxminən 20 faizini təşkil edir. Mütəxəssislər bildirirlər ki, vaxtilə nəhəng Sahara səhrasında geniş yaşıllıqlar mövcud olub və son 8 milyon ildə bu ərazi dəfələrlə yaşıllaşma dövrlərindən keçib. Bu proseslərin yenidən təkrarlanması və digər səhralara da təsir etməsi ehtimalı istisna edilmir.

Bu sualı gündəmə gətirir: Yer kürəsindəki bütün səhralar bir anda yaşıllaşsa, nə baş verər?

Qaynarinfo xəbər verir ki, "Grunge" nəşri bu ssenarinin mümkün nəticələrini araşdırıb.

Planetdə hava dövriyyəsi kəskin şəkildə dəyişər

Səhraların əksəriyyəti 30–50 dərəcə enliklərdə yerləşir. Ekvator bölgəsində Günəş şüaları birbaşa düşərək havanı qızdırır və o, yuxarı qalxır. Ardınca hava soyuyur, su buxarını saxlamaq qabiliyyətini itirir və nəticədə yağıntılar əmələ gəlir.

Daha sonra soyumuş və qurumuş hava axınları səhralara doğru hərəkət edir və bu ərazilərə çatdıqda yenidən qızır. Səhralarda bitki örtüyünün çox olduğu vaxtlarda mövsümi musson yağışları həm daha geniş yayılsa da, həm də daha güclü olurdu. Buna görə bir sıra bölgələr yenidən belə təsirlərlə üzləşə bilər.

Bundan başqa, Saharadan atmosferə qalxan toz hissəciklərinin bəzi Atlantik fırtınalarını zəiflətməsi məlumdur. Bu tozun yoxluğu daha intensiv və ya daha sıx baş verən fırtınalara səbəb ola bilər.

Bütöv ekosistemlər yoxa çıxar

Səhralar sərt mühit olsa da, özünəməxsus, başqa yerdə təkrar olunması mümkün olmayan ekosistemlərə malikdir. Səhraların yaşıllaşması bu unikal sistemlərə ciddi təsir göstərə bilər.

Qədim dövrlərdə Saharada mövcud olan fauna bu günkindən tamamilə fərqli olub. Niger ərazisində aparılan arxeoloji araşdırmalar göstərir ki, Sharanın Qobero bölgəsində bir vaxtlar timsahlar, suayğıları, zürafələr, fillər və insanlar yaşayıb. Bu gün insan məskənləri qalsa da, təbii şəkildə dolaşan suayğılarını burada görmək mümkün deyil.

Böyük səhralar həmçinin iqlimə uyğunlaşmamış bir çox növ üçün təbii baryer rolunu oynayır.

Heyvan populyasiyaları dəyişəcək

"Yaşıl səhralar" meydana gəldikdə bəzi növlər yaşamaq üçün kəskin uyğunlaşma prosesindən keçməli olacaq. Məsələn, Şimali Afrika və Sina–Ərəbistan yarımadası səhralarında yaşayan fenek tülküsünün iri qulaqları bədən istiliyini azaltmağa kömək edir, tüklü pəncələri isə isti və hərəkətli quma uyğunlaşıb. Araşdırmalara görə səhraların yaşıllaşması bu növün mütləq məhv olmasına səbəb olmayacaq, lakin yaşayış mühitini dəyişəcək.

Saharaya yaxın ərazilərdə yaşayan varanların isə savanaya bənzər "yaşıl Saharaya" asanlıqla uyğunlaşa biləcəyi ehtimal olunur.

Səhralar iqlim dəyişiklikləri ilə sıx bağlıdır

Araşdırmalar göstərir ki, bəzi böyük səhralar karbon qazını saxlayan təbii "uducular" kimi çıxış edə bilər. Bu qaz atmosferdə qalıb planetin istiləşməsinə səbəb olardı. Bununla belə, qədim "yaşıl Saharaya" bənzər savannaların da böyük miqdarda karbon saxlaya biləcəyi bildirilir.

Həm Arktika, həm də Antarktida az yağıntı düşdüyü üçün səhrə hesab olunur. Lakin bu regionlar atmosfer dövriyyəsinə və qlobal hava proseslərinə ciddi təsir edən nəhəng buz qatları və axınlarla zəngindir. Arktikanın tunda bölgəsində əbədi donmuş torpağın əriməsi nəticəsində sərbəst qalan CO₂ qlobal temperaturun daha da yüksəlməsinə gətirib çıxara bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 587   Tarix: 29 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

12:20 207
.

Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb

Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to

13:20 194
.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

17:09 213
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

20:00 175
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

18:50 182
.

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa

22:18 104
.

Qazaxıstanda yeni kəpənək növü aşkar edilib

Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi

19:20 177
.

Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd

17:20 187
.

"Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı

ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu

21:15 123
.