Elm və Təhsil Nazirliyi valideynlərdən pul yığılmasına qarşı prinsipial mövqedədir
"Məktəblərin maliyyələşməsi dövlət büdcəsi hesabına həyata keçirilir. "Təhsil haqqında" Qanun valideynlərdən məcburi pul yığılmasının qanunsuz olduğunu açıq göstərir. Lakin bəzi məktəb rəhbərləri və valideyn komitələri sinif təmiri, pərdə və işıqlandırma üçün valideynlərdən pul toplamağa meyllənirlər ki, bu, həm qanunsuzdur, həm də təhsil sisteminə etimadı zəiflədir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, Dövlət hər il təhsilin infrastrukturuna böyük vəsait ayırır. Məsələn, 2024-cü ildə təhsil sektoruna 4,4 milyard manat nəzərdə tutulub, bunun 200 milyon manatı məktəblərin tikintisi və təmiri üçün ayrılıb. Son on ildə 400-dən artıq yeni məktəb istifadəyə verilib, yüzlərlə məktəb əsaslı təmir olunub. Prezident sərəncamları regionlarda məktəblərin bərpasına əlavə vəsait təmin edib:
"Elm və Təhsil Nazirliyi valideynlərdən pul yığılmasına qarşı prinsipial mövqedədir, monitorinq aparır və ictimaiyyətə açıqlamalar verir. Bu, şəffaflıq və hesabatlılıq prinsipinin möhkəmləndirilməsinə xidmət edir.
Problemlər əsasən büdcə vəsaitlərinin vaxtında məktəblərə çatmaması və regionlarda cari xırda işlər üçün fondun olmamasından yaranır. Daha çevik maliyyə mexanizmləri və hər məktəb üçün illik kiçik fondun ayrılması valideynlərin üzərinə qoyulan qeyri-qanuni yükü aradan qaldıra bilər.
Dövlətin investisiyaları artdıqca məktəblərdə şərait yaxşılaşacaq, valideynlərdən pul yığımı halları isə azalacaq. Elm və Təhsil Nazirliyinin bu sahədəki fəaliyyəti təhsilin inkişafı üçün əsaslı addımdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 744 Tarix: 28 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycanın gənclər siyasəti: Milli dövlətçiliyin davamlılığını təmin edən strateji xətt
"Azərbaycanın dövlət gənclər siyasəti bu gün yalnız sosial siyasətin bir istiqaməti deyil, həm də milli dövlətçiliyin davamlılığını təmin edən strateji amillərdən biridir. Bu siyasətin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə ardıcı
12:36 160 "Orta Dəhlizin ötürücülük qabiliyyəti və logistik rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə artırmışdır" - BƏHRUZ MƏHƏRRƏMOV
"Türk Dövlətləri Təşkilatının təkamül dinamikası müasir beynəlxalq münasibətlər sistemində regional inteqrasiya modellərinin yenidən formalaşmasının və güclənməsinin bariz nümayişidir. Təşkilatın bugünkü geostrateji çəkisi və beynəlxalq arenadakı mövqeyi bilavasitə Azərbaycan Respublikasının Prezident
10:26 232 Qızıl və gümüş ucuzlaşdı
Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.43% azalaraq 4.325 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.23% ucuzlaşaraq 64.12 ABŞ dolları təşkil edib
17.09.2026 231 Sağlam qidalanmanın əsas qaydası: Mövsümi məhsullar niyə vacibdir?
"Mövsümi qidalanma orqanizmin ilin müxtəlif dövrlərində dəyişən ehtiyaclarına uyğun qida seçimlərini nəzərdə tutur. Əsas prinsip mümkün qədər mövsümündə yetişən, təzə və müxtəlif məhsullara üstünlük verməkdir. Belə qidalanma rasionun çeşidliliyini artırmaqla yanaşı, təzə meyvə və tərəvəzlərin dah
11:59 162 Almaniya qırıcılarını Rusiya sərhədinə göndərdi
Almaniya Latviyanın hava məkanının qorunmasına dəstək məqsədilə ölkəyə 4 ədəd Eurofighter qırıcısı göndərəcək. xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Latviyanın hökuməti Baltikyanı ölkələrin hava məkanında son aylarda pilotsuz uçuş aparatları ilə bağlı baş verən insidentlər fonund
17.09.2026 244 Atatürk Universitetində Ərzurumspor ruhu: Kampusda "Göy mavi, yerlər ağ" toxunuşu
Atatürk Universitetinin yeməkxanasının həyətində aparılan mavi-ağ yenilənmə Ərzurumun simvolik rənglərini kampusun sosial məkanlarına daşıyaraq isti və xoş görüntü yaradıb. Atatürk Universitetinin tələbə və əməkdaş yeməkxanasının həyətində son günlər diqqətçəkən dəyişiklik yaşanır. Kamelyalardan skamyalara
10:01 154 Elariz oğlu və nəvəsi ilə - Foto
Müğənni Elariz Məmmədoğlunun oğlu və nəvəsi ilə fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli sənətçinin oğlu paylaşıb. Qeyd edək ki, Elariz uzun illərdir ABŞ-yə köçüb və orada yaşayır. Onun oğlu isə Türkiyədə yaşayır
11:20 245 Nəzakət Teymurova qızının çalışdığı işdən danışdı
Xalq artisti Nəzakət Teymurova qızı Nigarla bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" proqramına açıqlamasında övladının musiqi ilə həvəskar şəkildə məşğul olduğunu, əsas fəaliyyətinin isə başqa sahə ilə bağlı olduğunu bildirib. "Qızımın səsi var, şeir
16:16 32 Bakının təhlükəsizlik gündəliyi: TDT-nin regional çəkisi və Azərbaycanın artan rolu
Sentyabrın 17-də Bakıda keçirilən görüş Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlıq gündəliyində təhlükəsizlik məsələlərinin getdikcə daha mühüm yer tutduğunu nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyənin Milli Təhlükəsizli
11:04 162