Yatan "əjdaha" oyandı: 11.700 ildir püskürməyən vulkan niyə indi püskürdü?
Efiopiyada yerləşən bir vulkan çox uzun davam edən sükutun ardından ilk dəfə püskürərək Qırmızı dənizin şimal-şərqinə doğru nəhəng kül və tüstü buludu göndərib.
Qaynarinfo xəbər verir ki, Efiopiyanın şimalındakı Afar bölgəsində yerləşən Hayli Qubbi vulkanı 23 noyabr bazar günü, Bakı vaxtı ilə təxminən 10:30 radələrində püskürməyə başlayıb. Püskürmənin şiddətli mərhələsi Fransadakı Toulouse Vulkanik Kül Müşavərə Mərkəzinin məlumatına görə, həmin gün saat 22:00-dək davam edib.
Bu püskürmə Hayli Qubbinin Holosen dövründə - təxminən 11.700 il əvvəl son buzlaq dövrünün bitməsi ilə başlayan indiki geoloji dövrdə - məlum olan ilk püskürməsi kimi qeydə alınıb. Ümumi qəbul edilən bir qaydaya əsasən, bir vulkan Holosendə heç vaxt püskürməyibsə, sönmüş hesab edilir. Lakin vulkanın yerləşdiyi bölgə kifayət qədər araşdırılmadığından keçmiş püskürmələr diqqətdən qaça bilər.
Hayli Qubbi adını daşıdığı Erta Ale sıradağlarının ən cənub hissəsindəki vulkandır. Bu sıradağlar Afrikanın böyük hissəsini təşkil edən iri tektonik lövhənin iki yerə ayrıldığı Şərqi Afrika Rift Sisteminin bir hissəsidir. Hayli Qubbi minlərlə ildir "yatmış" vəziyyətdə qalsa da, sıradağlara ad verən Erta Ale vulkanı 1967-ci ildən bəri fasiləsiz şəkildə aktivdir.
Şimali Karolina Dövlət Universitetindən vulkanoloq Arianna Soldati "Maqma əmələgəlməsi üçün şərait mövcud olduğu müddətcə, bir vulkan 1.000 və ya 10.000 il ərzində püskürməsə belə, yenidən püskürə bilər" deyərək belə uzun yuxuların sona çata biləcəyini vurğulayır.
Püskürmədən çıxan kül buludu təxminən 13.700 metr yüksəklikdə müşahidə olunub və əvvəlcə Yəmən və Oman üzərindən şimal-şərq istiqamətində irəliləyib. 24 noyabr bazar ertəsi boyunca kül buludu hərəkətini davam etdirərək Şimali Hindistanın və Çinin bəzi bölgələrinin üzərindən keçib.
"Toulouse VAAC" vulkanik buludu peyk vasitəsilə müəyyən edib və onun hərəkəti barədə bir neçə məlumat yayıb. Daha sonra məsləhətçi rolu bazar ertəsi axşamı "Tokyo VAAC"a təhvil verilib. Peyklər püskürmənin kosmosdan çəkilmiş görüntülərini də qeydə alıb.
Hazırda hər hansı insan itkisi bildirilmir, lakin yerli rəsmilər püskürmənin bölgədəki fermerlərə və heyvanlara təsirindən narahat olduqlarını bildirirlər. Yerli rəhbər Məhəmməd Seid "İndiyədək insan və heyvan itkisi olmasa da, bir çox kənd kül altında qalıb və bunun nəticəsində heyvanların yem tapması çətinləşib" deyib.
Yaxınlıqdakı Afdera kəndinin sakini Əhməd Abdela isə püskürmənin sanki qəfil tüstü və kül ilə birlikdə bir bomba atılmış kimi hiss etdirərək baş verdiyini bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 706 Tarix: 27 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb
Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl
18.09.2021 914 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Tanınmış mədəniyyət xadimləri Şuşada
Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund
18.09.2021 814 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788