Şəhərsalma Forumu: Azərbaycanın diplomatik çəkisini artıran strateji addım

Şəhərsalma Forumu: Azərbaycanın diplomatik çəkisini artıran strateji addım"Azərbaycanın BMT-nin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi ölkənin beynəlxalq imicinin güclənməsinə və diplomatik çəkisinin artmasına mühüm töhfə verir. Belə bir qlobal tədbir paytaxt Bakı və ümumilikdə Azərbaycanı müasir şəhərsalma, infrastruktur və urban inkişaf sahəsində regional lider kimi təqdim edir".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

O qeyd edib ki, Forum həmçinin yerli və xarici ekspertlərin bir araya gəlməsi ilə bilik mübadiləsi və təcrübə paylaşımı üçün geniş imkanlar yaradır. Azərbaycan şirkətləri, texnologiya və tikinti sektoru nümayəndələri potensial tərəfdaşlarla birbaşa əlaqə quraraq əməkdaşlıq perspektivlərini genişləndirə bilir:

"Bu proses ölkənin iqtisadi inkişafına əlavə təkan verməklə yanaşı, xarici investisiyaların cəlb olunması üçün də münbit şərait formalaşdırır. Tədbir çərçivəsində şəhərplanlaşdırma və infrastruktur layihələrində innovativ yanaşmaların tətbiqi təşviq olunur.
Şəhərsalma Forumu: Azərbaycanın diplomatik çəkisini artıran strateji addımForumun Azərbaycanda keçirilməsi beynəlxalq təşkilatların diqqətini ölkəyə yönəldərək diplomatik əlaqələrin genişlənməsinə və Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına xidmət edir. Bununla yanaşı, turizm və mədəniyyət sektorları üçün də yeni imkanlar yaranır, çünki tədbir iştirakçıları ölkənin müxtəlif bölgələrini ziyarət edə bilirlər.

Nəticə etibarilə, Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi Azərbaycan üçün iqtisadi, diplomatik və strateji baxımdan əhəmiyyətli üstünlüklər təmin edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 662   Tarix: 27 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın gənclər siyasəti: Milli dövlətçiliyin davamlılığını təmin edən strateji xətt

"Azərbaycanın dövlət gənclər siyasəti bu gün yalnız sosial siyasətin bir istiqaməti deyil, həm də milli dövlətçiliyin davamlılığını təmin edən strateji amillərdən biridir. Bu siyasətin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə ardıcı

12:36 160
.

"Orta Dəhlizin ötürücülük qabiliyyəti və logistik rəqabət qabiliyyəti əhəmiyyətli dərəcədə artırmışdır" - BƏHRUZ MƏHƏRRƏMOV

"Türk Dövlətləri Təşkilatının təkamül dinamikası müasir beynəlxalq münasibətlər sistemində regional inteqrasiya modellərinin yenidən formalaşmasının və güclənməsinin bariz nümayişidir. Təşkilatın bugünkü geostrateji çəkisi və beynəlxalq arenadakı mövqeyi bilavasitə Azərbaycan Respublikasının Prezident

10:26 232
.

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.43% azalaraq 4.325 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.23% ucuzlaşaraq 64.12 ABŞ dolları təşkil edib

17.09.2026 231
.

Sağlam qidalanmanın əsas qaydası: Mövsümi məhsullar niyə vacibdir?

"Mövsümi qidalanma orqanizmin ilin müxtəlif dövrlərində dəyişən ehtiyaclarına uyğun qida seçimlərini nəzərdə tutur. Əsas prinsip mümkün qədər mövsümündə yetişən, təzə və müxtəlif məhsullara üstünlük verməkdir. Belə qidalanma rasionun çeşidliliyini artırmaqla yanaşı, təzə meyvə və tərəvəzlərin dah

11:59 162
.

Almaniya qırıcılarını Rusiya sərhədinə göndərdi

Almaniya Latviyanın hava məkanının qorunmasına dəstək məqsədilə ölkəyə 4 ədəd Eurofighter qırıcısı göndərəcək. xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Latviyanın hökuməti Baltikyanı ölkələrin hava məkanında son aylarda pilotsuz uçuş aparatları ilə bağlı baş verən insidentlər fonund

17.09.2026 244
.

Atatürk Universitetində Ərzurumspor ruhu: Kampusda "Göy mavi, yerlər ağ" toxunuşu

Atatürk Universitetinin yeməkxanasının həyətində aparılan mavi-ağ yenilənmə Ərzurumun simvolik rənglərini kampusun sosial məkanlarına daşıyaraq isti və xoş görüntü yaradıb. Atatürk Universitetinin tələbə və əməkdaş yeməkxanasının həyətində son günlər diqqətçəkən dəyişiklik yaşanır. Kamelyalardan skamyalara

10:01 154
.

Elariz oğlu və nəvəsi ilə - Foto

Müğənni Elariz Məmmədoğlunun oğlu və nəvəsi ilə fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli sənətçinin oğlu paylaşıb. Qeyd edək ki, Elariz uzun illərdir ABŞ-yə köçüb və orada yaşayır. Onun oğlu isə Türkiyədə yaşayır

11:20 245
.

Nəzakət Teymurova qızının çalışdığı işdən danışdı

Xalq artisti Nəzakət Teymurova qızı Nigarla bağlı sualları cavablandırıb. Axşam.az xəbər verir ki, xanəndə "Qonaqcanlı" proqramına açıqlamasında övladının musiqi ilə həvəskar şəkildə məşğul olduğunu, əsas fəaliyyətinin isə başqa sahə ilə bağlı olduğunu bildirib. "Qızımın səsi var, şeir

16:16 32
.

Bakının təhlükəsizlik gündəliyi: TDT-nin regional çəkisi və Azərbaycanın artan rolu

Sentyabrın 17-də Bakıda keçirilən görüş Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlıq gündəliyində təhlükəsizlik məsələlərinin getdikcə daha mühüm yer tutduğunu nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyənin Milli Təhlükəsizli

11:04 162
.