"Uşağın istedadını aşkarlamağın ən doğru yolu ona fərqli fəaliyyətlər təqdim etməkdir" - Psixoloq

"Uşağın istedadını aşkarlamağın ən doğru yolu ona fərqli fəaliyyətlər təqdim etməkdir" - Psixoloq"Hər bir uşağın təbii meyilləri və potensial qabiliyyətləri erkən yaşlardan özünü göstərsə də, valideynlər bəzən bunları düzgün oxuya bilmədikləri üçün istedad gec üzə çıxır.İstedadın aşkarlanması müşahidə, düzgün yönləndirmə və uşağın maraqlarına hörmətlə yanaşmaqdan keçir".

Bu sözləri psixoloq Aytəkin Əliyeva BiG.AZ-a bildirib.

O qeyd edib ki, valideynlər ilk növbədə uşağın davranışında təkrarlanan meyillərə diqqət etməlidirlər. Məsələn, musiqi səslərinə həssaslıq, rəsm çəkməyə xüsusi maraq, riyazi tapmacalara meyillilik və ya yüksək hərəkət aktivliyi müəyyən sahələrdə potensialın göstəricisi ola bilər. Uşaq hər dəfə eyni fəaliyyətə qayıdırsa, bu, təsadüf deyil. Bu davranış onun daxili motivasiyasını göstərir:

"Uşağın istedadını aşkarlamağın ən doğru yolu ona fərqli fəaliyyətlər təqdim etməkdir. Uşaq nə qədər çox sahə ilə tanış olarsa, öz güclü tərəflərini o qədər tez kəşf edir. Uşağı yalnız valideynin maraqlarına uyğun sahəyə yönləndirmək olmaz. Onun öz seçimlərinə şərait yaratmaq vacibdir.

İstedad təkcə nəticə ilə ölçülmür. Uşağın fəaliyyətdən aldığı həzz də həlledici göstəricidir. Uşaq yorulmadan eyni işi görməyə davam edirsə, çətinliklərlə qarşılaşdıqda əsəbiləşmədən çözüm axtarırsa, bu, həmin sahəyə xüsusi marağın işarəsidir.

Valideynin yüksək gözləntiləri uşağın təbii istedadını kölgədə qoya bilər. Bəzi valideynlər uşağın hər şeyi mükəmməl etməsini istəyir. Halbuki istedad inkişaf üçün azadlıq tələb edir. Uşağı müqayisə etmək, sıxmaq və ya məcbur etmək istedadı öldürə bilər.

Uşağın istedadını dəstəkləməyin ən doğru yolu onu müşahidə etmək, motivasiya etmək və imkan yaratmaqdır. Əgər valideyn şübhə edirsə, psixoloji testlər və müvafiq inkişaf müayinələri də əlavə dəstək ola bilər.

Uşağın potensialını görmək üçün ilk addım onu dinləmək və seçimlərinə hörmətlə yanaşmaqdır. İstedad məhz bu mühitdə çiçəklənir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 743   Tarix: 26 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

2027-ci ildə Bakının İslam Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Görüşünə ev sahibliyi etməsi əhəmiyyətli hadisə olacaq

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın tarixi-mədəni irsi ilə müasir dünyada həyat

11:45 206
.

TDT yeni mərhələdə: Azərbaycanın təşəbbüskarlığı hansı imkanları yaradır?

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Vikto

12:28 146
.

Almaniya qırıcılarını Rusiya sərhədinə göndərdi

Almaniya Latviyanın hava məkanının qorunmasına dəstək məqsədilə ölkəyə 4 ədəd Eurofighter qırıcısı göndərəcək. xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, Latviyanın hökuməti Baltikyanı ölkələrin hava məkanında son aylarda pilotsuz uçuş aparatları ilə bağlı baş verən insidentlər fonund

17.09.2026 243
.

Bu ölkə kitab oxuyanlara pul verəcək

Sinqapur hakimiyyəti vətəndaşlara kitab oxuduqları üçün ödəniş etmək qərarına gəlib. "Qafqazinfo" xəbər verir ki, bu haqda "The Independent" nəşri məlumat yayıb. Ölkə "doomscrolling" (bədbin xəbərləri fasiləsiz izləmə vərdişi) ilə mübarizə aparmaq və ölkə daxilində mütali

17.09.2026 238
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

10:45 160
.

Lukaşenko: Ukraynada baş verənlər Belarusda da yaşana bilərdi

Belarus Prezidenti Aleksandr Lukaşenkonun sözlərinə görə, Ukraynada baş verən hadisələr Belarusda da yaşana bilərdi. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Lukaşenkonun sözlərinə görə, Qərb tərəfdaşları hazırda Belarus liderinə respublikanı Rusiyadan "qoparmaq" niyyətləri barədə məluma

10:44 120
.

Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO

Bakıda yol nişanlanmasına müəmmalı müdaxilə edilib. Hərəkətin intensiv olduğu paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qoşa xəttin bir hissəsi qara boya ilə qırıq xəttə çevrilib. Nəticədə sürücülər buradan dönməyə başlayıblar. Məqsəd də ərazidəki müşahidə kameralarının sürücülərə cərimə yazmamasın

15:30 60
.

Enli cins şalvar geyinənlərin DİQQƏTİNƏ - Bu model hər kəsə yaraşmır

Sərbəst kəsimli şalvarlar əsas moda trendlərindən biri olaraq qalır və maksimum rahatlıq təmin edir. Lakin oversayz şalvarlar heç də hər zaman yaxşı görünmür. xəbər verir ki, bel hissəsinin düzgün seçilməməsi, həddindən artıq genişlik və ya uyğun olmayan uzunluq bədən proporsiyalarını asanlıqla poz

17.09.2026 297
.

Elariz oğlu və nəvəsi ilə - Foto

Müğənni Elariz Məmmədoğlunun oğlu və nəvəsi ilə fotosu yayılıb. Axşam.az xəbər verir ki, şəkli sənətçinin oğlu paylaşıb. Qeyd edək ki, Elariz uzun illərdir ABŞ-yə köçüb və orada yaşayır. Onun oğlu isə Türkiyədə yaşayır

11:20 231
.