"Çayı yeməkdən dərhal əvvəl və ya sonra içmək əvəzinə, 1 saat ara ilə içmək daha sağlamdır" - Qida eksperti

"Çayı yeməkdən dərhal əvvəl və ya sonra içmək əvəzinə, 1 saat ara ilə içmək daha sağlamdır" - Qida eksperti"Çayın ən böyük üstünlüyü antioksidantlarla zəngin olmasıdır. Bu maddələr hüceyrələri qoruyur, yaşlanmanı ləngidir və immun sistemini gücləndirir. Qara və yaşıl çayda olan polifenollar bədəndə oksidləşmə proseslərini azaldır. Gündə 2–3 fincan çay içmək ürək-damar sağlamlığına müsbət təsir göstərir".

Bu sözləri qida eksperti Aygün Məmmədova BiG.AZ-a bildirib.

O qeyd edib ki, çayın zərərsiz olması üçün içilmə miqdarı və vaxtı da diqqətə alınmalıdır. Çayı həddindən artıq içmək mədə turşuluğunu artıra, yuxusuzluq yarada və dəmirin mənimsənilməsini azalda bilər:

"Çayın həm xeyirli, həm də zərəri var. Antioksidant təsir qocalmanı ləngidir, immuniteti gücləndirir. Metabolizmi aktivləşdirir, xüsusən yaşıl çay yağ yandırma prosesinə kömək edir. Ürək-damar sistemini qoruyur, nizamlı içildikdə qan dövranını yaxşılaşdırır.Stressi azaldır, isti çay sinir sisteminə sakitləşdirici təsir göstərir.

Çayın zərərləri də var. Yeməklə birlikdə içilsə, dəmirin sorulmasını azaldır. Axşam saatlarında çox içilən çay kofeinə görə yuxunu qaçıra bilər. Ac qarına və ya çox qatı çay mədə turşuluğunu yüksəldə bilər. Uzun müddət çox çay içmək dişlərdə saralma yaradır.

Çay bizim mədəniyyətimizin bir parçasıdır. Amma hər içkidə olduğu kimi, burada da balans vacibdir. Gündə 2–3 fincan kifayətdir. Çayı yeməkdən dərhal əvvəl və ya sonra içmək əvəzinə, 1 saat ara ilə içmək daha sağlamdır.

Sadə qaydalara əməl etməklə çay həm dad, həm də sağlamlıq baxımından faydalı bir vərdiş olaraq qalır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 668   Tarix: 26 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

22:07 113
.

HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı

22:15 102
.

Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto

Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite

17:14 322
.

Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək

"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i

18:30 174
.

Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma

Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli

23:00 0
.

Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi

22:26 98
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

22:24 97
.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

22:28 96
.

Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd

17:20 187
.