Azərbaycanda ata araq almayan oğlunun burnunu qırdı

Azərbaycanda ata araq almayan oğlunun burnunu qırdıAstarada ata spirtli içkiyə görə oğlunu döyüb.

Lent.az xəbər verir ki, hadisə rayonun Siyaku kəndində qeydə alınıb.

41 yaşlı İsmayıl Xudaverdiyev (ad və soyad şərtidir) yaşadıqları evdə baş verən mübahisə zamanı başı ilə oğlunun burnuna zərbə vurub. Nəticədə yeniyetmənin burnu əzilib və güclü qanaxma yaranıb. Faktla bağlı İsmayılın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.

Zərərçəkən şəxs ifadəsində bildirib ki, anası ilə birgə sitrus bağlarında fəhləlik edirlər. Atası isə işləmir, spirtli içki aludəçisidir və tez-tez evdə mübahisə yaradır:

"Həmişəki kimi axşam işdən evə qayıtdıq. Atam bizə siqaret və spirtli içki (araq) almağı tapşırmışdı. Siqaret alsaq da, spirtli içki almadıq ki, içib yenə dava salacaq. Atam niyə araq almadığımızı soruşanda dedim ki, mağazada içki yox idi. O, yalan danışdığımı və qəsdən almadığımızı deyib bizdən pul istədi. Özümüzə pul lazım olduğu üçün ona vermək istəmirdik. Buna görə atam mənimlə dalaşdı və dava zamanı başı ilə sifətimə zərbə vurdu. Burnumdan qan axırdı. Qan kəsmədiyi üçün gecə taksi ilə xəstəxanaya getdim".

O, həmçinin atası ilə barışmadığını və islah olunması üçün bir müddət həbsdə yatmasını məhkəmədən xahiş edib.

Təqsirləndirilən şəxs isə əməlindən peşman olduğunu bildirib.

Astara rayon Məhkəməsinin qərarı ilə İsmayıl Xudaverdiyev barəsində 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 828   Tarix: 26 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

22:07 113
.

HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı

22:15 102
.

Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto

Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite

17:14 322
.

Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək

"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i

18:30 174
.

Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma

Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli

23:00 0
.

Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"

"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi

22:26 98
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

22:24 97
.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

22:28 96
.

Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd

17:20 187
.