"Oyuncağın rəngi və qiyməti yox, uşağın inkişafına təsiri əsas seçim meyarı olmalıdır" - Psixoloq
"Düzgün seçilməyən oyuncaqlar uşağın həm psixoloji, həm də emosional inkişafına mənfi təsir göstərə bilər. Oyuncaqlar təkcə əyləncə vasitəsi deyil, həm də uşağın şəxsiyyət formalaşmasına təsir edən mühüm elementdir. Buna görə seçim zamanı bir sıra məqamlara xüsusi diqqət yetirilməlidir".
Bu sözləri psixoloq Aytəkin Əliyeva BiG.AZ-a bildirib.
O qeyd edib ki, real görünüşlü silahlar, zorakı səhnələri təqlid edən fiqurlar və ya döyüş oyuncaqları uşaqlarda aqressiv davranışı normallaşa və emosional həssaslığı azalda bilər:
"Uşağın beynində güc = zorakılıq modeli formalaşırsa, bu gələcək davranışlarına təsir göstərə bilər. Bu cür oyuncaqlar xüsusilə 3–7 yaş qrupunda problem yaradır.
Uşağın yaşı və psixoloji hazırlığı oyuncağın çətinlik dərəcəsi ilə uyğun olmalıdır. Əks halda, oyuncağın faydası yox, ziyanı daha çox olur.
Həddindən artıq işıq, səs və rəqəmsal stimul verən cihazlar uşağın diqqətini yorur, real sosial oyun bacarıqlarını zəiflədir. Elektron oyuncaqlar uşaq üçün passivləşdirici təsir yaradır. Uşaq öz təxəyyülünü işə salmır, sadəcə izləyir və düyməyə basır.
Valideynlər oyuncağı seçərkən onun uşağın emosional, sosial və yaradıcı inkişafına nə qatacağını düşünməlidirlər. Uşaq üçün ən sağlam oyuncaqlar sadə, təhlükəsiz, yaradıcılığı stimullaşdıran və sosial oyunu təşviq edənlərdir.
Oyuncağın rəngi və qiyməti yox, uşağın inkişafına təsiri əsas seçim meyarı olmalıdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 723 Tarix: 25 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:
22:07 113 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
22:15 102 Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto
Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite
17:14 322 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
18:30 174 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli
23:00 0 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi
22:26 98 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il
22:24 97 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları
22:28 96 Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd
17:20 187