Daşınmaz əmlakın icbari sığortası – zərər, hüquq və qorunma mexanizmi
"Daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın yanğın, təbii fəlakət və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması və ya itkisi səbəbindən dəyən zərərin ödənilməsini təmin etmək məqsədilə tətbiq edilir. Bu sığorta həm hüquqi, həm də fiziki şəxslərə məxsus tikililəri, yaşayış və qeyri-yaşayış sahələrini, mənzilləri və dövlət əmlakını əhatə edir".
Bunu BiG.AZ-a açıqlamasında vəkil Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, sığorta hadisəsi sayılan hallara aşağıdakılar daxildir: yanğın, ildırım düşməsi; məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; elektrik naqillərində qısa qapanma; buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların partlayışı; su, istilik, kanalizasiya kəmərləri və yanğınsöndürmə sistemlərinin qəzası; qonşu tikililərdən və mənzillərdən daxil olan su nəticəsində subasma; hər hansı predmetin düşməsi, atılması, dəyməsi, dağılması və ya digər oxşar təsirlər; yerüstü nəqliyyat vasitələrinin dəyməsi; təbii fəlakətlər – zəlzələ, vulkan püskürməsi, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi; həmçinin üçüncü şəxslərin hərəkətləri nəticəsində zərər:
"Hadisə baş verdikdə müvafiq dövlət qurumları və hüquq-mühafizə orqanları araşdırma aparır. Zərər çəkmiş şəxslər cinayət işi üzrə zərərçəkmiş qismində tanınır və ədalət mühakiməsində iştirak etmək, vurulmuş zərərin ödənilməsini tələb etmək hüququna malikdir.
Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinə əsasən, cinayət və hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxslərin hüquqları qanunla qorunur. Həmçinin 60-cı maddəyə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi təmin edilir.
Beləliklə, daşınmaz əmlakın icbari sığortası yalnız əmlakın qorunmasını deyil, həm də vətəndaşların hüquqlarının qorunmasını təmin edən hüquqi mexanizmdir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 990 Tarix: 25 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:
22:07 113 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
22:15 102 Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto
Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite
17:14 322 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
18:30 174 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma
Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli
23:00 0 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi
22:26 98 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il
22:24 97 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları
22:28 96 Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb
Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd
17:20 187