Samir Abasov istefadan imtina etdi - "Neftçi" yolları ayırdı
"Neftçi" baş məşqçi Samir Abasovu istefaya göndərib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb:
"Bu gün "Neftçi" rəhbərliyi və baş məşqçi Samir Abasovun iştirakı ilə görüş keçirilib. Görüşdə komandanın cari mövsümdəki çıxışı müzakirə edilib.
Bildirilib ki, Samir Abasova ötən ilin oktyabrında müqavilə bağlanandan indiyədək rəhbərlik tərəfindən hər cür dəstək göstərilib, o cümlədən transfer fəaliyyəti və komanda quruculuğunda ona tam səlahiyyət verilib.
Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə baş tutub, o cümlədən komandanı tərk edən oyunçularla bağlı bütün qərarları baş məşqçi verib.
Müqavilə bağlanarkən Samir Abasovun qarşısına hədəf kimi yaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub.
Bununla belə, keçən 12 tur ərzində nə komandanın inkişaf dinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer qənaətbəxş deyil. Baş məşqçi tərəfindən mövsüm ərzində komandanın oyundan oyuna yüksələn xətlə gedəcəyi, noyabr ayında futbolçuların formasının ən yüksək pilləsinə çıxacağı vəd edilsə də, son qarşılaşmalarda oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib. 12 oyunda qazanılan cəmi 3 qələbə arzuolunan sayılmayıb, "İmişli" ilə görüşdəki məğlubiyyət isə enişin kulminasiya nöqtəsi olub.
Samir Abasovun "Neftçi"də həm oyunçu, həm də məşqçi kimi xidmətlərini, həmçinin bumövsümkü fəaliyyətində göstərdiyi çalışqanlığı nəzərə alaraq, peşəkar etika naminə özünün istefa verməsi klub tərəfindən ona təklif edilib.
Öz növbəsində Samir Abasov gətirilən arqumentlərlə razılaşmayaraq, cari nəticələrin elə də pis olmadığını, hazırkı uğursuzluqların bilavasitə onun məşqçi fəaliyyəti ilə deyil, təsadüfi faktorlarla bağlı olduğunu iddia edib, mövsümün sonunda komandanın ilk 3-lüyə düşəcəyini söyləyib.
İstefa verməkdən imtina edərək bildirib ki, klub onunla müqaviləyə birtərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb etmək fikrindədir.
Qeyd olunanları nəzərə alaraq, "Neftçi" PFK Samir Abasovu istefaya göndərib. Klubda çalışdığı müddətdə yüksək əzmkarlıq göstərmiş və iş etikasına sadiq qalmış Samir Abasova xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.
Hazırda yeni baş məşqçi axtarışları davam edir. Komandanı "Turan Tovuz"la noyabrın 28-də keçiriləcək qarşılaşmaya hazırlamaq Sənan Qurbanova həvalə edilib".
Xatırladaq ki, "İmişli"yə 2:3 hesablı məğlubiyyətdən sonra Samir Abasov haqda istefa xəbərləri yayılmışdı.
Özü isə bu səhər iddialarla bağlı saytımıza belə cavab vermişdi:
"Rəhbərlik də məni istefaya göndərməyib. Hər halda belə bir şey olsa, klub rəsmi açıqlama verər. Hazırda komandamın başındayam".

BiG.Az
Telegramda izləyin
İdman Baxılıb: 1104 Tarix: 24 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAzərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub
Azərbaycan kikboksçusu Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında iki qızıl medal qazanıb. AZƏRTAC xəbər verir ki, noyabrın 7-dən 14-dək təşkil olunan WAKO versiyası üzrə qitə birinciliyində Azərbaycan təmsilçisi "Master Class" kateqoriyasında, 6
13.11.2026 272 UEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. BİG.AZ report-a istinadən xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-d
04.11.2026 583 Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir"
Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı son 120 ildə həyata keçirilən ən uğurlu layihədir. "Report" xəbər verir ki, bunu Canni İnfantino prezidenti olduğu FIFA-nın mətbuat xidmətinə açıqlamasında deyib. O, 189 ölkənin qatıldığı turnirin unudulmaz təcrübə olduğunu bildirib:. "Bütü
31.10.2026 661 "Bavariya"nın baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq
Almaniyanın "Bavariya" komandasının baş məşqçisi Vensan Kompani bir neçə gün xəstəxanada qalacaq. "Report" xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Belçikalı mütəxəssis cümə günü klubun məşq bazasında huşunu itirib. O, daha sonra xəstəxanaya çatdırılıb
25.10.2026 765 Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - VİDEO
UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda keçirilən "Seltik" - "Beşiktaş" matçından (3:2) sonra maraqlı hadisə yaşanıb. BİG.AZ -a istinadla xəbər verir ki, Şotlandiya klubunun kolumbiyalı hücumçusu Kamilo Duran azərbaycanlı azarkeşə jest edib. O, qarşılaşma başa çatdıqda
07.11.2026 444 Aziz Yıldırım: "Bir daha bu klubun qapısından içəri girməyəcəyəm!"
"Fənərbağça"nın prezidenti Aziz Yıldırım klubun maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən açıqlamalar verib. xəbər verir ki, o, may ayından sonra klubun qapısından bir daha içəri girməyəcəyini bildirib. "May ayından sonra mən olmayacağam, bir daha bu klubun qapısından içəri girməyəcəyəm
25.10.2026 795 "Neftçi" Premyer Liqada liderliyə yüksəldi
"Neftçi" Misli Premyer Liqasının 10-cu turunda "Şamaxı"ya qalib gəlib. xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matçda qonaqlar 2:3 hesab ilə qələbə qazanıblar. "Ağ-qaralar"ın heyətində Qustavo Klisman (14), Breno Almeyda (49) və Adeleke Akinyemi (75) fərqləniblər
01.11.2026 656 Pyerluici Kollina da Bakıya gəldi - Video
Sabiq futbol hakimi, hazırda FIFA Hakimlər Komitəsinin sədri olan Pyerluici Kollina Azərbaycana gəlib. "CBC Sport"a istinadən xəbər verir ki, Kollina Bakıda keçirilən FIFA U-15 dünya çempionatını və festivalını izləmək üçün paytaxtımıza səfər edib. Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrı
26.10.2026 888 "Fənərbaxça"dan möhtəşəm geridönüş
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is
04.11.2026 649