"Rəsmi qurumlar mənəviyyatımızı dağıdan musiqilərin müəlliflərini mütləq cəzalandırmalıdır"-Kulturoloqdan AÇIQLAMA

"Rəsmi qurumlar mənəviyyatımızı dağıdan musiqilərin müəlliflərini mütləq cəzalandırmalıdır"-Kulturoloqdan AÇIQLAMAMusiqi möcüzələrlə dolu ilahi bir nemətdir"-deyiblər. İnsanın hər anında musiqi ona məlhəm olur, dərdini, sevincini, kədərini məhz musiqi ilə ovuda bilir. Lakin söhbət əsl musiqidən gedirsə. Təəssüf ki, bu gün dinlədiyimiz musiqilərdə bayağılıq, bəsitlik, söz kasatlığı açıq-aydın hiss olunur.

Mövzu ilə bağlı BİG.-AZ-a açılama verən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının rəhbəri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, son illər musiqi sənətimizdə çox maraqlı proseslər müşahidə olunur. Bu proseslərin böyük əksəriyyəti həm beynəlxalq aləmdə, həm də ölkə daxilində qazandığımız uğurlar, yeni estetik sənət dəyərləri ilə bağlıdırsa, digər tərəfdən musiqi zövqümüzün korlanması, mahnılarımızın söz və musiqisinin bayağılaşması, eyni zamanda vaxtilə ayıb sayılan mövzulardan şərqilərdə istifadə olunması kimi hallarla da rastlaşırıq:
"Rəsmi qurumlar mənəviyyatımızı dağıdan musiqilərin müəlliflərini mütləq cəzalandırmalıdır"-Kulturoloqdan AÇIQLAMA"Əgər şair zəif yazırsa və ya mətn müəllifi ədəbsiz sözlərdən istifadə edirsə, bəstəkar da kütlənin səviyyəsinə enib pul xatirinə tələsik, səviyyəsiz mahnılar yazırsa, buna görə TikTok-u və video platformaları günahlandırmaq olmaz. Günah sosial şəbəkələrdə deyil, Azərbaycan dilində ifa edilən aşağı səviyyəli mahnıları yaradanlardadır.

Bir çox mənəvi dəyərlərimizə zidd olan mahnılar, xüsusilə meyxana, pop və yumoristik janrlarda yaranan "dırnaqarası" musiqi nümunələri getdikcə Azərbaycan musiqi sənətində "qara yara"ya çevrilməkdədir. Biz başa düşürük ki, musiqi müxtəlif janr və istiqamətlərdə inkişaf edir: bəstəkar musiqisi, xalq musiqisi, el mahnıları, aşıq şərqiləri və s. Bütün bunların müəllifləri çalışırlar ki, irəliləyərək yaratdıqları estetik məhsullardan qazanc əldə etsinlər. Amma hər şeyi pula qurban vermək olmaz.

Dünyanın aparıcı ölkələrində akademik musiqi daha elitar sayılır. İnsanlar çalışırlar ki, məhz akademik musiqidən, peşəkar bəstəkarların əsərlərindən bəhrələnərək estetik zövqlərini formalaşdırsınlar və gələcək nəslin sənət dünyagörüşünü zənginləşdirsinlər. Ümumilikdə, mədəniyyət, incəsənət və musiqi xəzinəmizi daha da sanballı etmək lazımdır.

Bizdə isə proses əksinə gedir: bayağı musiqiyə daha çox maraq göstərilir, şit mahnılara üstünlük verilir. Məhz bunun nəticəsində musiqi artıq insanları arxasınca aparmaq gücünü itirib, əksinə, qara kütlənin arxasınca getməyə başlayıb. Yaradıcı insanlar aldıkları sifarişlər və pul qarşılığında Azərbaycan musiqisini məhvə sürükləyirlər.

Bununla bağlı Mədəniyyət Nazirliyi və digər aidiyyəti qurumlar birgə mübarizə aparmalıdır. Mən bir dəfə təklif etmişdim ki, incəsənətimizdə, mədəniyyətimizdə və mənəviyyatımızda baş verən proseslərə cavabdeh olacaq, konkret addımlar ata biləcək mənəvi-əxlaqi birlik yaradılmalıdır.

İndi kim necə istəyir, film çəkir, bloqerlik edir, çılpaq və mənasız canlı yayımlar edir, musiqi sədaları altında cəmiyyətə və yeni nəslin əxlaqına, psixologiyasına zərər verəcək davranışlar sərgiləyir. Beləliklə, həm özlərini, həm də cəmiyyətimizi biabır edirlər. Artıq Azərbaycanda sosial şəbəkələrdə yayımlanan istənilən video dünya üzrə tanınmaq imkanı əldə edir.

Bilirsiniz ki, süni intellekt və avtomatik tərcümə proqramları sayəsində istənilən video altyazı səviyyəsində və ya müxtəlif dillərə tərcümə edilə bilir. Bu da Azərbaycanda yaranan musiqilərin qısa müddətdə dünya miqyasında yayımlanmasına səbəb olur. Təəssüf ki, bu imkanlar estetik musiqi zövqümüzün korlanmasına da xidmət edir.

İstər istedadı olsun, istərsə də olmasın, kompüter texnologiyasından istifadə edən hər kəs ağlına və ağzına gələn sözləri musiqi səviyyəsinə çatdırmağa çalışır. Xüsusi proqramlar vasitəsilə istənilən sözə musiqi qoşmaq mümkün olur və bunu bizə yaradıcı insan zəkasının məhsulu kimi təqdim edirlər.

Bəs bunun qarşısını kim almalıdır? Bununla kim mübarizə aparmalıdır? Bəli, sosial şəbəkələrin özünün belə bir funksiyası yoxdur. Amma necə olur ki, kartdan pul oğurlananda aidiyyəti qurumlar dərhal hərəkətə keçir, oğrunu tapır, cəmiyyətə maarifləndirici mesajlar verir, amma mənəviyyatımız oğurlandıqda, estetik zövqümüzə hücum olduqda susulur?

Musiqi, şeir, ədəbiyyat və digər yaradıcı təfəkkür növləri millətin intellektual və mədəni şifrələrini özündə ehtiva edir. Onlar mənəviyyatımıza təhlükə yaradırsa, bununla kim mübarizə aparmalıdır? Bu sahədə ictimai qınaq olmalıdır. Eyni zamanda rəsmi qurumlar mənəviyyatımızı dağıdan belə musiqilərin müəlliflərini mütləq cəzalandırmalıdır. Bu cəza inzibati xarakterli olsa daha yaxşı olar. Çünki bizim insanlarımız pul cəzasından daha çox qorxurlar, nəinki həbsdən.

Əgər cəmiyyətin özü akademik musiqiyə, professional bəstəkar yaradıcılığına maraq göstərirsə, estetik zövqü yüksəkdirsə, onu korlamaq əlbəttə çətin olar. Bunu da nəzərə almalıyıq. Eyni zamanda ictimai düşüncəmizdə estetik dəyərlərə qarşı olan sayğısızlıq və soyuqqanlılıq aradan qaldırılmalıdır. Musiqimizi və mədəniyyətimizi bu cür mənfi hallarla korlamağa imkan verilməməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 884   Tarix: 06 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanın milli maraqları hər şeydən üstündür: qanunsuz şəbəkələrə güzəşt olmamalıdır

Ölkənin suverenliyinə, dövlətçiliyinə və milli maraqlarına qarşı qanunsuz fəaliyyət göstərən dini-siyasi şəbəkələrin fəaliyyəti qanun çərçivəsində araşdırılmalıdır. Azərbaycanı hədəfə alan təşkilatların hüquqazidd əməlləri müəyyən edilməli, ölkə daxilindəki əlaqələri və mümkün maliyyə mənbələri hüquq

11:14 208
.

Bu Anlaşma Memorandumu təsdiq edildi

"Azərbaycan Respublikasının Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin katibliyi arasında İqlim Həftəsi-4 və Adaptasiya Komitəsinin 30-cu iclası barədə Anlaşma Memorandumu" təsdiq edilib. "Qafqazinfo"

17:29 43
.

Deputatdan Türkiyəyə çağırış: "Qardaşlığımızı pozmaq istəyənlər yanılır"

Müəyyən qüvvələrin, ideoloji qrupların və informasiya kampaniyalarının gündəlik maraqlarından daha üstün strateji əhəmiyyət daşıyan münasibətlər iki dövlətin siyasi iradəsinə, xalqların tarixi qardaşlığına, qarşılıqlı etimada və ortaq təhlükəsizlik maraqlarına əsaslanır. Məhz buna görə də Türkiyədək

11:18 229
.

Seysmologiya elminin inkişafına həsr olunan respublika elmi konfransı keçirilib

Oktyabrın 20-də "Azərbaycanda seysmologiya elminin inkişafı: proqnozlaşdırmadan akademik tədqiqatlaradək" mövzusunda respublika elmi konfransı keçirilib. xəbər verir ki, konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini

17:21 49
.

1500 illik məzardan qızıl ayaqqabılar çıxdı: Alimləri təəccübləndirən tapıntı

Qazaxıstanın qərbində, Aktau şəhəri yaxınlığındakı qədim məzarlıqda təxminən 1500 il əvvələ aid gənc qadının məzarı aşkarlanıb. Məzarda qızıl örtüklü ayaqqabılar, qızıl bəzəkli baş geyimi və kəmər də tapılıb. Alimlər ayaqqabıların gündəlik istifadə üçün deyil, dəfn mərasimi üçün hazırlandığını ehtima

19.10.2026 454
.

Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı mərhumun yaxınları məlumat paylaşıb. Bildirilib ki, V.İbrahimovun meyiti Şamaxıda yaşadığı evdə aşkar edilib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb

11:42 283
.

Astronomlar Yerinkinə bənzər suyu və havası olan planet aşkar etdi

Alimlər Günəş sistemindən kənarda çoxlu suyun olduğu və hava şəraiti Yer kürəsindəkilərə müəyyən qədər bənzəyən bir kosmik obyekt aşkar ediblər. Qaynarinfo xəbər verir ki, yeni tədqiqatın nəticələri barədə BGR nəşri məlumat yayıb. Məlumata görə, "James Webb" kosmik teleskopu WISE 0855 qəhvəy

19.10.2026 411
.

Fransada etirazlar və siyasi gərginlik: Makron hakimiyyəti sınaq qarşısında

Fransada son dövrlər müşahidə olunan hadisələr prezident Emmanuel Makronun rəhbərlik etdiyi hakimiyyət üçün ciddi siyasi problem yaradıb. Küçələrdə keçirilən etiraz aksiyaları, çoxsaylı saxlanılmalar və miqrasiya siyasəti ətrafında kəskinləşən müzakirələr ölkədə ictimai-siyasi gərginliyin artdığını göstərir

12:00 224
.

Rusiya-ABŞ əlaqələri Ukrayna münaqişəsinin həllinə təkan verə bilər

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, Rusiya ilə ABŞ arasında ikitərəfli münasibətlərin inkişafı Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlara zəmin yarada bilər. xəbər verir ki, Miroşnik bu barədə "İzvestiya" nəşrinə müsahibəsind

11:03 202
.