Qanunsuz mərc saytı "Betbuta" ermənilərinmiş

Qanunsuz mərc saytı "Betbuta" ermənilərinmişSon zamanlar Azərbaycanda qanunsuz mərc və lotereya platformaları ilə bağlı şikayətlər artmaqdadır. Bu dəfə mövzu "Betbuta" adlı platformadır. Məlumata görə, bu şirkət yalnız qanunsuz fəaliyyətlə məşğul olmaqla qalmır, həm də istifadəçilərin şəxsi məlumatlarını təhlükə altına ataraq erməni diasporuna maliyyə dəstəyi göstərir.

Ermənilərə maliyyə dəstəyi

"Betbuta" platformasının CEO-su və yaradıcısı Vigen Badalyan erməni mənşəli şəxsdir və qlobal erməni diasporasında məşhur biridir. Bu şirkətə yatırılan vəsaitlərin dolayısı ilə erməni diasporuna dəstək kimi istifadə olunduğu bildirilir. Belə bir məlumatın ortaya çıxmasından sonra "Betbuta"nın Azərbaycandakı işçi heyəti şirkətdən ayrılıb.

Qanunsuz mərc saytı "Betbuta" ermənilərinmişFırıldaqçılıq və itirilən pullar

Sosial şəbəkələrdə bu platformanın necə işlədiyini və insanları aldatdığını sübut edən çoxlu şikayətlər var. Bir istifadəçi paylaşımında son bir il ərzində 50 min manat itirdiyini qeyd edib. Bununla yanaşı, bu kimi platformalarda oynamaqla istifadəçilər öz şəxsi məlumatlarını könüllü şəkildə təhlükəyə atırlar.

Qanunsuz mərc saytı "Betbuta" ermənilərinmişQanunsuz şans oyun platformaları

"Betbuta" ilə yanaşı, "1Xbet", "Mostbet", "Pin-up", "10lineloto" kimi digər qanunsuz platformaların da fəaliyyət göstərdiyi məlumdur. Bu platformalar istifadəçiləri böyük qazanc vədləri ilə aldadaraq həm onların pulunu mənimsəyir, həm də qanunları pozmağa təşviq edirlər.
Belə qanunsuz şans oyunlarının ən təhlükəli tərəflərindən biri də bunun hər kəs üçün əlçatan olması, xüsusilə azyaşlıları cəlb etməsidir.
Bu cür oyunların digər neqativ tərəfi ondan ibarətdir ki, burada dövriyyə gizlədilir, dövlətə hər hansı bir vergi verilmir, belə oyunların şərtləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılmır, oyunlarda iştirak edən şəxslərin hüquqları pozulur, uduşların ödənilməsinə zəmanət verilmir, iştirakçıların pozulmuş hüquqlarının bərpa edilməsi mexanizmləri mövcud deyil. İstənilən halda bu cür oyunların keçirilməsi nə dövlət, nə cəmiyyət, nə də oyunda iştirak edənlər üçün faydalıdır.

Qanunsuz mərc saytı "Betbuta" ermənilərinmişMəşhurların qanunsuz reklamları

Bəs, belə qanunsuz şans oyunlarını təbliğ edənlərə nə ad vermək olar? Sosial şəbəkələrdə, xüsusilə "TikTok", "Instagram", "Telegram"da onlayn qumar və digər zərərli oyunların sürətlə təbliğatı aparılır. Xeyr, bu təbliğatı aparanlar başqaları deyil, məhz bu ölkədə tanınan, bir çoxu incəsənət, kino, teatr aləminin sayılıb-seçilən şəxsləri, bir çoxu sosial şəbəkədə tanınan, bir çoxu da idmançıdır. Məsələn, aktyor Azər Aydəmir, idmançı Şükran Soltanov, müğənnilər Damla, Elgün Hüseynov, Qumral, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, Nurlan, Nagehan və Fərid Abdullayev cütlüyü, Çinarə Əliyeva, Aygün Məstiyeva (@amasti_one), Nurlan da (@11urlan), Cənab Uli, rəqqaslar Nuranə və Kamil Bayramovlar, eləcə də digərləri belə qanunsuz oyunların aktiv təbliğatçılarıdır.
Özlərinə aktyor, müğənni, influenser deyənlər bütün bu qanunsuzluğu açıq şəkildə təbliğ edirlər. Sonra da utanmadan ya etdiklərindən "xəbərsiz olduqlarını" deyir, ya da ümumiyyətlə etmədiklərini iddia edirlər. Bu kimi şəxslər qanunun ən sərt üzü ilə qarşılaşmalıdır, əks təqdirdə, qanunu tanımayacaq və pozmağa davam edəcəklər.

Dələduzluq faktları

Bu, təkcə zərərli vərdişlərin yayılması, azyaşlılar da daxil olmaqla onlara belə vərdişləri aşılamaq deyil, həm də böyük qanun pozuntusudur. Hüquq-mühafizə orqanları dəfələrlə bununla bağlı xəbərdarlıq edib. Üstəlik belə qanunsuz şans oyunlarına aid çox sayda dələduzluq faktları var. Onlardan qanunsuz şans paltforması "Mostbet"in istifadəçi Ayaz İkramoğlunun qazandığı 156 461 manatını ödəməyib, həmçinin hesabını bloklaması, eləcə də Pin-UP saytının "Jude Bellingham" adlı istifadəçinin içində 3500 manat olan hesabını heç bir xəbərdarlıq etmədən bağlaması kimi faktları bir daha xatırlamaq lazımdır.

Qanunsuz mərc saytı "Betbuta" ermənilərinmişQanunsuz mərc saytı "Betbuta" ermənilərinmişCəza tədbirləri

Qanunsuz şans oyunlarının təşkili və ya keçirilməsinə, həmçinin, belə oyunlarda iştirak üçün imkanların yaradılması, o cümlədən bu cür oyunların oynanıldığı virtual mühitə çıxışın təmin edilməsinə qarşı mübarizə tədbirləri Daxili İşlər Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu sahədə aşkar olunan faktlar və həyata keçirilən əməliyyatlarla bağlı məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunur.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də rəsmi məlumat yayıb. Bəyan edilib ki, bu cür qanunsuz mərc oyunlarının təşkil və təbliğ olunması qanunla qadağandır.

Qanunsuz rahat fəaliyyət

Lakin qanuni tənzimləmələrə, cinayət məcəlləsindəki cəzalara baxmayaraq, idman mərc və lotereya oyunları sahəsində "qara bazar"ın formalaşması, eləcə də aktiv şəkildə bazarı və oyunçuları manipulyasiya etmək üçün ciddi mənada cəhd müşahidə edilir.
Belə ki, hazırda müxtəlif xarici mərc və lotereya şirkətləri qanunsuz olaraq ölkə ərazisində və eləcə də virtual məkanda fəaliyyət göstərərək ölkə qanunvericiliyini ciddi şəkildə pozurlar. Xüsusilə sosial şəbəkələrdə belə platformaların oyunçularının müzakirələri paylaşılır. İnsanlar qanunsuz fəaliyyətlərinə dair açıq-aşkar söhbətlər aparırlar. Bu fəaliyyət yalnızca şans oyunları həvəskarlarına yox, eləcə də dövlətə ciddi zərər verir. Qanunsuz mərc və lotereya şirkətləri qeyri-qanuni fəaliyyət göstərdiyi üçün azərbaycanlı vətəndaşlardan qazandıqları gəlirdən ölkəyə heç bir vergi, sosial ödəmə, dövlət büdcəsinə ödəniş etmirlər. Bu isə milyonlarla manat vəsaitin ölkə xaricinə çıxarılması və hətta Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrə və onların qara niyyətlərinə xidmət etmək üçün istifadə edilir deməkdir.
Dövlət tənzimləməsindən kənarda qalan bu şirkətlər qeyri-qanuni internet saytları, sosial şəbəkələrdə açılan hesablar və zirzəmilərdə gizlədilmiş obyektlər vasitəsilə idarə edilir. Qanun icazə vermədiyi halda, media və sosial şəbəkələr vasitəsilə onların reklamı təşkil edilir, oyunçuların ödədikləri vəsaitlər ölkə xaricinə çıxarılır, dövlətimizin iqtisadiyyatına külli miqdarda ziyan vurulur.
Amma görülən tədbirlərin fonunda təəssüf ki, qanunsuz şans oyun platformaları fəaliyyətlərini rahat şəkildə davam etdirir. Saytlarına daxil olub, oyunlara qoşulmağın mümkünlüyü səbəbi ilə insanların aldadılması bir an məsələsinə çevrilir. Xüsusilə sosial şəbəkələrdə oyunçuların qanunsuz fəaliyyətinə dair açıq-aşkar söhbətlər aparılır. Qazandıqları məbləğləri necə hansı yollarla əldə etmələri isə ciddi sual doğurur.

Qanunsuz mərc saytı "Betbuta" ermənilərinmişQanunsuz mərc saytı "Betbuta" ermənilərinmişQanunsuz mərc saytı "Betbuta" ermənilərinmişHüquqi məsuliyyət

Azərbaycanda qanunsuz mərc və lotereya oyunlarının təşkili və iştirak etmək inzibati və cinayət məsuliyyəti daşıyır, həmçinin qanunu pozanları 3 000 manat məbləğində cərimə gözləyir.
Fırıldaqçılardan qorunmaq üçün rəsmi lisenziyası olmayan mərc və lotereya platformalarından uzaq durun. Şəxsi məlumatlarınızın təhlükəsizliyi üçün yalnız etibarlı mənbələr olan qanuni şans oyunlarına müraciət edin. Hər hansı bir şübhəli fəaliyyətlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verin.
Dünya təcrübəsində də qanuni əsaslarla fəaliyyət göstərən idman mərc və lotereya oyunları sektorunun əyləncə, iqtisadiyyat, məşğulluq və idmana dəstək sahəsində böyük rol oynadığı müşahidə olunur. Qanunlar çərçivəsində fəaliyyət göstərən mərc operatorları oyunçular üçün güvənli olmaqla yanaşı, həm də dövlət büdcəsinə daha çox verginin daxil olması baxımından xüsusi önəm daşıyır. Ona görə də bəxtinizi yalnız qanuni şans oyunlarında sınayın ki, sonradan həm pulunuzdan olmayın, həm də qanunu pozmayın.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 532   Tarix: 17 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident onlara ali hərbi və ali xüsusi rütbələr verdi - Adlar

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, FHN-in aşağıdakı əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib:. "general-leytenant"

16:06 134
.

Vəkil açıqladı: Təhqir və böhtan zamanı hüquqi addımlar

"İnsanlara qarşı təhqir və böhtan hallarını tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələri mövcuddur". Bunu -a açıqlamasında vəkil Ruslan Mustafayev bildirib. O qeyd edib ki, bu maddələrə əsasən, təhqir və ya böhtana məruz qalan şəxs xüsusi ittiham qaydasınd

12:58 154
.

İqlim könüllüləri istintaqa cəlb edildi

Finlandiyada isveçli iqlim fəalı Qreta Tunberq barəsində cinayət işi başlanılıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli "Helsingin Sanomat" qəzeti məlumat yayıb. Tunberq hüquq-mühafizə orqanlarının fəaliyyətinə mane olmaqda şübhəli bilinir. Hadisə 25 iyun 2024-cü ildə Helsinkini

11:24 351
.

Qəzada həlak olan Ramaldanova və yaxınının FOTOSU

Xəbər verdiyimiz kimi, Qusarda tanınmış hərbi ekspert Şair Ramaldanovun ailə üzvləri qəzaya düşüblər. xəbər verir ki, qəzada Şair Ramaldanovun qardaşı, polkovnik İlham Ramaldanovun qızı 36 yaşlı Tamilla Ramaldanova və ailənin yaxını 43 yaşlı Cəmilə Bağırova həlak olublar. Qəzada yaralanan şəxslər d

12:49 388
.

Xalq artisti yeni doğulan nəvəsi ilə foto paylaşdı

Xalq artisti Simarə İmanova ilk dəfə nəvəsi ilə foto paylaşıb. Axşam.az xəbər verir ki, müğənni yeni doğulan nəvəsinin fotosuna "Bəzən elə anlar olur ki, onu sözlə ifadə etmək olmur. Bax, bu, o anların ən gözəlidir" sözlərini yazıb. Qeyd edək ki, ifaçının oğlu Məhəmməd Fatimə adlı xanımla ail

12:16 306
.

Yaşar Nurinin xanımı qızının vəfatından danışdı

Mərhum Xalq artisti yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızı Ülviyyənin vəfatından danışıb. Axşam.az xəbər verir ki, "Bir gün" verilişinə qonaq olan R.Nuriyeva övladını itirdikdən sonra insanlardan uzaqlaşdığını bildirib:. "Şərhlər yazırlar, başına gəlməyən ağzına gələni yazır

10:42 538
.

Bloomberg: "2026-cı ildə qızılın qiyməti sürətlə bahalaşacaq"

Bloomberg-in analitiklərinə istinadən yayılan məlumatda bildirilir ki, 2026-cı ildə qlobal qeyri-müəyyənliklər və geosiyasi risklərin artması fonunda qızılın qiyməti kəskin şəkildə yüksələcək. BİG.AZ Bloomberg-ə istinadən xəbər verir ki, hesabata görə, mərkəzi bankların dollar ehtiyatlarını azaltmas

16:37 129
.

Mərakeşin Safi əyalətində baş verən daşqınlar nəticəsində 40 nəfər ölüb

Mərakeş hakimiyyəti bildirib ki, Mərakeşin Atlantik sahilindəki Safi əyalətində leysan yağışlarının yaratdığı daşqınlarda 40 nəfər ölüb. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, hökümət rəsmilərinin bildirdiyinə görə, reanimasiyada olan iki nəfər də daxil olmaqla, on dörd nəfər hələ də tibbi yardı

15:48 114
.

72 yaşlı kişi təmir etdiyi avtomobilin altında qalıb öldü

Gəncədə 72 yaşlı kişinin üzərinə təmir etdiyi avtomobili düşməsi nəticəsində ölüb. xəbər verir ki, hadisə şəhərin S.Qazıyev küçəsində baş verib. 1953-cü il təvəllüdlü Həbib Həsən oğlu Hüseynov evinin qarşısında VAZ-21011 markalı avtomobilini təmir edən zaman qaldırıcı qırılıb, nəticəsində onun avtomobi

14.12.2025 517
.

TOP MP3