"Bayağı musiqilərin yayılmasına səbəb musiqiçilər yox, cəmiyyətdir"- Aydın Xan Əbilov

"Bayağı musiqilərin yayılmasına səbəb musiqiçilər yox, cəmiyyətdir"- Aydın Xan ƏbilovArtıq neçə ildir ki, cəmiyyətimizi "bayağı mahnılar" problemi narahat edir. Bu barədə müzakirələr şəxsi söhbətlər səviyyəsindən tutmuş mətbuatın bütün növlərinə – qəzetlər, televiziyalar, radiolar və nəhayət sosial şəbəkələrə qədər geniş bir müstəvidə davam etməkdədir. Doğrudanmı bayağı musiqi göründüyü qədər böyük problemdir? Ümumiyyətlə, bayağı musiqi problemdirmi? Problemdirsə, həlli varmı? Varsa, nədir?

Mövzu ilə bağlı BiG.AZ-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının rəhbəri, prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib ki, musiqi mədəniyyəti ümumiyyətlə incəsənət çox böyük sahələri əhatə edir. Bir sahəni digəri ilə müqaisə etmək olmaz. Hər bir musiqi janrının, hər bir incəsənət növünün özünün yaradanları, dinləyiciləri və həvəskarları vardır. Biz bütövlükdə götürəndə bu həqiqəti dərk etməliyik ki, hər kəs estetik zövqünə görə musiqinin qollarına dəyər verir:

"Bayağı musiqilərin yayılmasına səbəb musiqiçilər yox, cəmiyyətdir"- Aydın Xan Əbilov"Tutalım bizim xalq musiqi növlərimizə, şərqilərimizə baxanda onlardan fəlsəfi mövzular gözləyə bilmərik. Vaxtı ilə Müslüm Maqamayevin, Üzeyir Hacıbəyovun, Xan Şuşinskinin tənqid etdiyi bir tendensiya vardı. Bu tendensiyanın sovet ideologiyasından qaynaqlandığını deməliyəm. Biz 80-ci illərdə çadırlarda yazılan mahnılara bayağı deyə bilərik. Lakin həmin dövrü gözlərimizin qarşısına gətirdikdə televiziyada Avropa və Rusiya bəstəkarlıq musiqiləri səslənirdi. Caz və digər akademik musiqi janrlarından mahnılar oxunurdu. Lakin bizim saf ana dilimizdə, musiqimizə aid olan mahnılar, şərqilər səslənəndə "bayağıdır" deyilirdi. Bu düşüncə tərzi əlbəttə ki, yanlışdır.
Xalq artisti və yaxud tanınmış sənətçi el havaları, yüngül, əyləncəli musiqilər oxumamalıdır. Toyda pul qazanmaq üçün qeyri-akademik musiqilərdən istifadə etməməlidir. Yaradıcılığın müəyyən bir mərhələsində özünü inkişaf etdirməli, daha akademik, ciddi, insanların estetik zövqünü qaldıra biləcək əsərlərə müraciət etməlidir.

Bəs gəlin görək həmin əsərlərin Azərbaycanın musiqi bazarında yeri varmı? Musiqi əsərinin dinlənilməsi üçün müğənni əvvəl bəstəkarla, sonra şairlə, fanaqramçılarla , yazılan əsəri redakdə edən musiqişünaslarla danışmalıdır. Adi bir musiqiyə külli miqdarda pul xərclənir. Əvvəllər mahnılar üçün dövlət tərəfindən pul verilirdi. Bu gün isə o dövr deyil. Musiqi qarşılığında heç bir ödəniş edilmir. Toylarda belə musiqilər demək olar ki, dinlənilmir. Akademik musiqilərə tələbat yoxdur. Deməli burada problem müğənnilərdən çox dinləyicilərdə və cəmiyyətdədir. Biz cəmiyyətimizin, insanlarımızın estetik zövqünü məktəbdən formalaşdırmağa başlamalıyıq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1027   Tarix: 04 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Mançester Siti"nin futbolçusu iki ay yaşıl meydanlardan uzaq qala bilər

İngiltərə təmsilçisi "Mançester Siti"nin futbolçusu Antuan Semenyo zədə səbəbindən iki aya qədər yaşıl meydanlardan kənarda qala bilər. Teleqraf xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Enzo Mareska məlumat verib. Onun sözlərinə görə, Qana millisinin üzvünün təxminən səkkiz həftə meydan

19.10.2026 349
.

Almaniya kansleri Trampı Avropanın əhəmiyyətinə inandırmağa çalışır

Almaniya kansleri Fridrix Merts bildirib ki, hər görüşdə ABŞ prezidenti Donald Trampı sabit Avropanın Vaşinqtonun maraqlarına uyğun olduğuna inandırmağa çalışır. xəbər verir ki, Merts bu barədə "Der Spiegel" jurnalına verdiyi müsahibədə danışıb. "Bu, amerikalıların da öz maraqlarına xidmə

10:55 187
.

Dağ-mədən və metallurgiya sektorunda süni intellektin tətbiqi genişlənə bilər

Azərbaycanın dağ-mədən və metallurgiya sektorunun inkişafı üçün hazırlanmış yeni dövlət proqramı sənayenin gələcəyini rəqəmsal transformasiya və süni intellekt (Sİ) texnologiyalarının tətbiqi ilə əlaqələndirməyi hədəfləyir. İstehsal proseslərinin daha səmərəli, təhlükəsiz və ekoloji baxımdan dayanıql

12:07 198
.

Hər gün bir ovuc çərəz yemək orqanizmdə nəyi dəyişə bilər?

Qoz, badam, fındıq və püstə gündəlik qidalanmada sadəcə qəlyanaltı deyil, həm də orqanizm üçün faydalı yağlar, zülal, lif, vitamin və minerallar mənbəyidir. Araşdırmalar göstərir ki, çərəzlərin müntəzəm istehlakı ürək-damar sağlamlığına müsbət təsir göstərə və bəzi xəstəliklərin yaranma riski ilə əlaqəl

15:17 183
.

Azərbaycan-Türkiyə münasibətlərinə kimlər zərbə vurmağa çalışır? - Politoloqdan İDDİA

"Azərbaycan-Türkiyə münasibətləri nə Türkiyədəki islamçı və ya hökumətə yaxın trolların, Azərbaycandakı uzantılarının poza biləcəyi münasibətlərdir. Bəli, hazırda bir böhran var. Lakin bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması kimi qiymətləndirmək düzgün yanaşma deyil". Bu sözlər

13:15 189
.

Hərbçilərin, deputatların və dövlət qulluqçularının pensiyası dəyişir - YENİ QAYDA

"Əmək pensiyaları haqqında" Qanununa əsasən, xüsusi kateqoriyaya aid edilən şəxslərin pensiya təminatı və qulluq stajına görə pensiyaya edilən əlavələr onların vəzifə maaşı və ya təminat xərcliyinin 80 və 100 faizi həcmində müəyyən olunur. Bu qayda əsasən dövlət qulluqçularına, hərbi və hüquq-mühafiz

13:01 278
.

Netanyahunun siyasi taleyi sual altında: ABŞ də ondan üz döndərdi?

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens gələn həftə İsrail parlamentinə (Knesset) keçiriləcək seçkilərdə Baş nazir Benyamin Netanyahuya dəstək verməkdən imtina edib. Bu barədə o, 2WAY portalına müsahibəsində deyib. Netanyahuya dəstək məsələsi ilə bağlı sualı cavablandıran Vens bildirib:. "ABŞ-d

13:43 185
.

Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR

Azərbaycanın daşınmaz əmlak və avtomobil bazarlarında lüks seqmentə olan maraq hər zaman öz unikallığı ilə seçilir. Ölkənin əsas elan platformalarında satışa çıxarılan ən bahalı nəqliyyat vasitələrinin siyahısı yenilənib. "Yeni Sabah"ın araşdırmasına əsasən, təqdim olunan siyahıda Britaniy

19.10.2026 518
.

Meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi

Azərbaycan meyxana sənəti daha bir nümayəndəsini itirib. BİG.AZ -a istinadən xəbər verir ki, tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat edib. İ. Çərkəzoğlu uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında yolda olarkən qəfil dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:14 434
.