Gülənin dəfnindən qeyri-adi görüntülər: Qonaqlar maskada gəldi, təkbir yasaq edildi, "İncil" oxundu
Türkiyədə terror təşkilatı kimi tanınan FETÖ lideri Fətullah Gülən üçün ABŞ-nin Nyu-Cersi ştatında "Skylands Stadion" idman kompleksində vida mərasimi təşkil edilib. Tədbirə qatılanlar üzlərini gizlətmək üçün papaq, eynək və maskadan istifadə ediblər.
Oxu.Az bu barədə "Haber Global"a istinadla xəbər verib.
Məlum olub ki, mərasim yeri son ana qədər gizli saxlanılıb: Təşkilat üzvlərinə yalnız tədbirə bir neçə saat qalmış "WhatsApp" vasitəsilə məlumat verilib.
Bildirilir ki, dəvət olunanlardan üzlərini gizlətmək tələb olunub:
"Maska, papaq və eynək taxın. Türkiyə mətbuatı olacaq. Təhlükəsizlik orqanlarının əməkdaşları da olacaq. Stadiona giriş QR-kodladır", - deyə ismarışda bildirilib.
Tədbirlə bağlı yayımlanan kadrlardan aydın olur ki, FETÖ üzvləri deyilənləri ediblər. Sarı gödəkçə geyinmiş bəzi təşkilat üzvləri isə mətbuat nümayəndələrini görəndə üzlərini əlləri ilə gizlədiblər.
Daha bir maraqlı detal mərasimdə təkbir gətirilməsinin ("Allahu Əkbər" deyilməsi) qadağan edilməsi olub. Bunun əvəzində kardinal Gülənin tabutu başında "İncil"dən hissə oxuyub.
İngilis dilində oxunan ayələrin tərcüməsi belədir: "Biz hamımız onun uşaqlarıyıq. O, özünü bizim üçün fəda etdi. Rəbbimiz bu irsin davam etməsini və bütün dünyaya yayılmasını təmin etməyimizi istəyir".
Bununla bağlı kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb.
Bundan başqa mərasimin gizliliyini qorumaq üçün stadionun yerləşdiyi "Essex" bölgəsində yerli vaxtla 10:00-14:00 arası dron uçurmaq qadağan edilib. Həmçinin ABŞ polisləri türkiyəli jurnalistlərin oradan görüntü çəkməsinə mane olub.
Xatırladaq ki, FETÖ lideri oktyabrın 20-də Pensilvaniyada vəfat edib. 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb. O, təşkilatın ABŞ-də qərargah kimi istifadə etdiyi Pensilvaniya ştatındakı malikanənin həyətində dəfn edilib.







BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1315 Tarix: 25 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇİN PUTİNİ "YOLA SALMAĞA" HAZIRLAŞIR - "Pekin Rusiya elitasının üzvləri ilə əlaqələrini gücləndirir"
Qərblə əlaqələrini kəsən Vladimir Putinin dövründə Rusiya Çinin kiçik tərəfdaşına çevrilib və Çin, ehtiyatla da olsa onu öz maraqları üçün manipulyasiya edir. Eyni zamanda, Pekin, Putin və onun yaxın ətrafı ilə məhdudlaşmayaraq, Rusiyanın hakim sinfi ilə sakitcə münasibətlər qurur. "AzPolitika"
14.07.2026 283 Alimlər suyun beyin və psixologiyaya təsirini araşdırırlar
Su hövzələrinin yaxınlığında olmağın beyin fəaliyyətinə təsiri ilə bağlı aparılan son araşdırmalar dünyada "mavi məkan" (Blue Space) terapiyasına marağı artırıb. Mütəxəssislər bildirirlər ki, okean, dəniz, göl və çay kənarında keçirilən terapiyalar narahatlıq, psixoloji travmalar və müxtəli
14.07.2026 299 1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində izdiham yaşanıb. "Qafqazinfo"nun məlumatına görə, vətəndaşlar bildirib ki, istənilən vaxt xəstəxanaya rentgenə gəldikdə növbədə gözləməli olurlar. Xəstəxana işçiləri buna səbəb kimi sistemin işləmədiyini, dayandığın
14.07.2026 329 Türkiyədə vaxtilə 20 min nəfərin yaşaya bildiyi gizli yeraltı şəhər necə inşa edilib?
Kapadokiyadakı Derinkuyu yeraltı şəhəri insan zəkasının yerin altında yaratdığı nəhəng bir "kölgə səltənəti"ni xatırladır. Qaranlığın dərinliklərinə oyulmuş dəhlizlər, havalandırma şaxtaları və iri daş qapılar bu gün də öz incə mühəndislik həlli ilə dünyanın diqqətini cəlb edir. Qayanrinf
14.07.2026 306 Çin-Tayvan müharibəsi yalnız regionu deyil, bütün dünyanı sarsıdacaq
"Hazırda Çin və Tayvan arasında müşahidə olunan gərginliyin artması beynəlxalq təhlükəsizlik sistemi üçün yeni və son dərəcə ciddi risklər yaradır. Son illərdə Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə İsrail-HƏMAS qarşıdurması, İsrail-İran və ABŞ-İran xəttində yaşanan böhranlar göstərdi ki, düny
14.07.2026 246 İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,. 2016-cı ilin 15 iyul tarixində Türkiyə Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınmas
11:02 125 Keçmiş futbolçu saxlanıldı
Türkiyə millisinin keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci saxlanılıb. yerli KİV-ə istinadla xəbər verir ki, o, həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə polis bölməsinə aparılıb. Məlumata görə, hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birind
14.07.2026 312 Üçüncü Dünya müharibəsində təhlükə altında qalacaq 6 ölkə - Biri qonşumuzdur
Üçüncü Dünya müharibəsi zamanı ən böyük risk altında ola biləcək ölkələrin siyahısı açıqlanıb. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə əsasən, ABŞ, Rusiya, İsrail, İran, Şimali Koreya və Tayvan hərbi əməliyyatların əsas hədəflərinə çevrilə biləcək ərazilər sırasındadır
14.07.2026 328 Donald Trampın İran strategiyası tənqid edildi
ABŞ prezidenti Donald Trampın İrana qarşı siyasəti qeyri-müəyyən hesab olunur və qarşıdan gələn aralıq seçkilər ərəfəsində ciddi iqtisadi və siyasi risklər yarada bilər. xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb. "Ortada konkret strategiya yoxdur. O, qərarların
11:26 76