Azərbaycandan meyvə-tərəvəz ixrac edən biznesmenlər HƏBS OLUNDU – Yarım milyardlıq MƏNİMSƏMƏ

Azərbaycandan meyvə-tərəvəz ixrac edən biznesmenlər HƏBS OLUNDU – Yarım milyardlıq MƏNİMSƏMƏXaricə ixrac etdikləri 578 milyon manat dəyərində kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmayan vəzifəli şəxslər ifşa edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, xəbər verildiyi kimi xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitlərinin Azərbaycan Respublikasına qaytarılmamasına dair Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

İstintaqla Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri "Xaçmaz Aqro", "Natural Fruit", "Fresh Fruits Group", "Global Trade Group", "Garden Store" və digər məhdud məsuliyyətli cəmiyyətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 340 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 578 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmamalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında həmin şəxslərə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib.

Tərlan Məmmədov, Gündüz Hüseynov və Hafiz Rezzahnicat barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs, Röyal İmanov, Elşən Əmrahov, İntiqam Nəsirov, Nicat Əlimərdanov barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycan Respublikasının müvəkkil bank hesablarına qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1566   Tarix: 24 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pensiyalar gələn il KƏSKİN ARTACAQ: Məbləğ açıqlandı - BÖYÜK MÜJDƏ

Yeni ilin ilk ayında pensiyaçılara veriləcək artımla bağlı gözləntilər artıq indidən formalaşmağa başlayıb. Hazırkı göstəricilər və əməkhaqqı dinamikası 2027-ci ilin yanvarında əmək pensiyalarının nəzərəçarpacaq dərəcədə artırıla biləcəyini deməyə əsas verir. Hətta ilkin hesablamalarda indeksasiyanı

00:07 220
.

Nazir müavini ilə bağlı şayiələr yayıldı - Pentaqon rəhbərliyində nə baş verir?

Pentaqonun rəhbərliyində hərb naziri Pit Heqsetin dövründə başlayan istefalar dalğasının ardınca yeni kadr islahatlarının gözlənildiyi bildirilir. xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç fərqli mənbəyə əsaslanaraq məlumat yayıb. Bildirilib ki, qurum artıq nazir müavini Stiv Feynberqi

05.09.2026 185
.

Akadzava: Yaponiya və ABŞ 550 milyard dollarlıq investisiya proqramının reallaşdırılmasında irəliləyiş əldə edib

Yaponiya və ABŞ iki ölkə arasındakı ticarət sazişi çərçivəsində 550 milyard dollar həcmində investisiya proqramının həyata keçirilməsində irəliləyiş əldə edib. "Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Ryosey Akadzav

05.09.2026 181
.

DİQQƏT! 9 gün İŞ OLMAYACAQ - TARİXLƏR

2026-cı ilin oktyabr ayında ümumilikdə 9 qeyri-iş günü olacaq. Oktyabr ayının 4, 11, 18 və 25-i bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur. Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər. Beləliklə, 2026-cı ilin sentyabr ayında altıgünlü

05.09.2026 538
.

Bakıda mal əti bahalaşdı - YENİ QİYMƏT

Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər

05.09.2026 330
.

Uruqvayda quş qripi xəbərdarlığı - Fövqəladə vəziyyət elan edildi

Uruqvayda ev quşlarında quş qripi virusunun aşkar edilməsindən sonra ölkə miqyasında fövqəladə vəziyyət elan olunub. BİG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Uruqvayın Heyvandarlıq, Kənd Təsərrüfatı və Balıqçılıq Nazirliyi məlumat yayıb. Məlumatda ölkənin cənub-qərbində yerləşən Koloniy

12:50 0
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Yasamal Rayonu İ.Talıblı küçəsinin sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. BİG.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə rayon polis idarəsinin 29-cu Polis Şöbəsinə şikayət daxil olub. Ş.Məmmədovun həyat yoldaşı və qayınatas

05.09.2026 235
.

Ailələrin gəliri niyə ayın sonuna çatmır? - Qazancı ən çox "yeyən" xərclər

Azərbaycanda ailələrin aylıq gəlirlərinin əhəmiyyətli hissəsi gündəlik və zəruri xərclərə yönəlir. Xüsusilə kirayə haqqı, ərzaq və kommunal ödənişlər ailə büdcəsinə ciddi yük yaradır. Bəs bu xərclərin ailələrin aylıq gəlirində payı nə qədərdir və hansı xərc növü büdcəyə daha çox təsir edir?. Mövzu il

00:15 231
.

Milyonlarla mobil telefon İŞLƏMƏYƏCƏK: Cəmi bir neçə gün qaldı

Türkiyədə qeydiyyatdan keçirilməyən telefonların istifadə müddəti başa çatır və bu cihazlar hər an rabitəyə bağlana bilər. xəbər verir ki, ölkədəki yüksək qiymətlərə görə telefon almaq istəməyənlər xaricdən gətirdikləri cihazlardan bir təqvim ili ərzində 4 ay boyunca istifadə edə bilirlər. Lakin telefond

00:14 242
.