Süni gözəlliyin "ÖLÜM MƏBƏDİ": Səhiyyə Nazirliyi "ağxalatlı qəssablar"a "niyə" göz yumur? - FOTO

Süni gözəlliyin "ÖLÜM MƏBƏDİ": Səhiyyə Nazirliyi "ağxalatlı qəssablar"a "niyə" göz yumur? - FOTO"Bacım, liposaksiya əməliyyatı üçün getdiyi klinikada həyatını itirdi", "Burun əməliyyatdından sonra burnum çürüməyə başladı", "Üzümə vurulan dolğudan sonra gözlərim o qədər kiçilib ki, dünya işığına həsrət qalmışam", "Bədənşəkilləndirmə əməliyyatından sonra şikəst olmuşam, əlil arabasında gəzirəm"…

Estetik cərrahiyyə əməliyyatları zamanı ölüm hadisələrinin baş verməsi, insanların bədəninin müxtəlif nahiyələrinin sıradan çıxması, şikəst olub ömürlük əlil arabasına məhkum olunması artıq günümüzdə adi hala çevrilib. Uğursuz plastik və estetik əməliyyat qurbanlarının sayının durmadan artması ilə bağlı sosial media və mətbuatda dəfələrlə həyəcan təbili çalınsa da, səhiyyə sahəsində təcrübəsi olmadığı halda öncə kosmetoloq, az sonra isə estetik cərrah kimi rahatlıqla fəaliyyət göstərən "tibb uzmanları"nın sayı getdikcə artmaqdadır. Sosial şəbəkələrdə müxtəlif hesablar açaraq etdikləri reklam paylaşımlarının şərh bölümündə özlərini tərifləyib göylərə qaldıran, "peşəkar" olduqlarını hər vasitə ilə isbatlamağa çalışan və buna nail də olan, nəticədə isə becəriksizlikləri ilə insanları zəlil etməyə davam edən "ağxalatlı qəssablar"ın ipini təəssüflər olsun ki, hələ də yığan tapılmır ki, tapılmır.

Parıltılı vədlərlə insanları aldadaraq toruna salan, onları mənəvi və fiziki şikəstliyə məhkum edən klinikalardan biri də Bakı şəhərində 5 filialı mövcud olan "Laser Beauty Clinic" dir. Sloqanları "Məhz yüksək ixtisaslı tibbi personal, uğurlu işin əsasıdır, hər bir pasientə fərdi yanaşma əsas fərqimiz və üstünlüyümüzdür" olan bu klinikanın tibbi personalını təəssüflər olsun ki, nə pasiyentlərin sonrakı taleyi maraqlandırır, nə də uğurlu iş. Hər halda klinika ilə bağlı müxtəlif vaxtlarda mətbuatda və sosial mediada yayılan xoş olmayan məlumatlar belə deməyə əsas verir.

Süni gözəlliyin "ÖLÜM MƏBƏDİ": Səhiyyə Nazirliyi "ağxalatlı qəssablar"a "niyə" göz yumur? - FOTOBu klinikanın "uğurlu işlərindən" hər kəs xəbərdardır. Amma nədənsə, "dayağı möhkəm" olan bu "gözəllik uzman"larının əməllərinə hələ də göz yumulur.

Bər-bəzəkli reklam çarxları ilə insanları "gözəlləşdirən" bu "uzmanlar" hətta cəmiyyətdə ciddi nüfuz sahibi olan məşhurları belə qurbanlarına çevirməklə "fəaliyyət" çevrələrini daha da genişləndiririr.

Xatırlayırsınızsa , ötən il yerli mediada ("Qaynarinfo") Azərbaycanın Xalq artistlərindən birinin gəlininin səhhətində ciddi problem yaranması barədə məlumat yayıldı. Adının çəkilməsini istəməyən xəstənin "Laser Beauty" Klinikasının (LB Clinik) "Neapol" filialında estetik əməliyyat olunaraq evə buraxıldıqdan sonra – gecə saatlarında səhhətinin qəfil pisləşərək komaya düşdüyü bildirildi. Yaxınlarının dəstəyi ilə təcili Mərkəzi Gömrük Hospitalına aparılan xəstə 10 gün koma vəziyyətində qalandan sonra həkimlərin səyi nəticəsində ölümün caynağından qurtula bildi.
Amma məlumatda diqqət çəkən məqam həm də xəstənin ilkin əməliyyat olunduğu "Laser Beauty" Klinikasının "Neapol" filialının estetik əməliyyatların aparılması üçün uyğun lisenziyaya malik olmaması idi.

Maraqlıdır ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də bu məlumatı təsdiq edib. Nazirlikdən sözügedən sayta verilən açıqlamaya görə, "Neapol" filialına yalnız ambulator cərrahiyyə əməliyyatlarının aparılması üçün lisenziya verilib:

"Klinikada ancaq kiçik cərrahi, o cümlədən estetik müdaxilələrə icazə verilir. Amma böyük plastik cərrahiyyə və yaxud ümumi cərrahiyyə işləri görülə, estetik əməliyyatlar da oluna bilməz. Bir də ki, baxır əməliyyatın növünə. Hansısa yüngül işlər görülə bilər, amma məsələn, burun əməliyyatı, üzdə müəyyən dəyişikliklər və s. bunlar oluna bilməz. Bunların hər biri stasionar xidmət tələb edir, filialda isə ancaq ambulator cərrahiyyə var".

Klinikanın qurbanlarının sayı bununla kifayətlənmir. Ötən il klinikadan şikayətçi olan Gülya Məmmədova adlı pasiyent yerli media orqanlarının birinə ("Unikal") müraciət edərək probleminin işıqlandırılması üçün kömək istəyib. "Laser Beauty Clinic"in kosmetoloqu Rəna Soltanova tərəfindən burun dolğusu edildikdən sonra burnu çirk etməyə başlayan pasiyent burun dolğusu üçün 350 manat pul ödədiyini, lakin bu uğursuz əməliyyatdan sonra burnunda yaranmış ağır fəsadın aradan qaldırılmadığını bildirdi. Başına gətirilən "oyundan" şok yaşayan pasiyent klinikada özbaşınalığa son qoyulması üçün aidiyyəti qurumları tədbir görməyə çağırıb:

"Prosedurdan əvvəl assistentləri mənə bir neçə sənəd imzalatdılar. Prosedura 350 manat pul ödədim. Evə gəldikdən iki saat sonra burnumda dəhşətli ağrılar başladı. Həkimə zəng etdim ki, ağrım var. Amma asistenti mənə dedi ki, damara düşəndə elə ağrı olur, ağrı kəsici için, keçib-gedəcək. Sabahı gün Rəna Soltanova özü görüntülü yığıb baxdı və panik vəziyyətdə təcili məni klinikaya çağırdı. Klinikada məni ən sonuncu kabinetə saldılar, qapını da bağladılar. Dedilər çıxmayım, həkim özü gələcək, başqa pasiyentlər görməsin. Rəna Soltanova gəldi başladı burnumu sıxmağa çirk çıxartdı. Sonra yenidən burnuma iynə vurdu. Soruşduqda isə dedi ki, vurduğu dolğunu əritmək məqsədilə iynə vurub. Bundan sonra dəfələrlə burnumda ağrı olduğunu desəm də, mənə inanmadıqlarını söylədilər. Burnuma vurduğu geli əritdiyindən, dolğunun pulunu, ödədiyim məbləği geri istəsəm də, mənə dəymiş ziyanı ödəmədilər. Mən Rəna Soltanovadan şikayətçiyəm. Klinikada özbaşınalığa son qoyulması üçün aidiyyəti qurumlar tədbir görməlidirlər".

Zərərçəkən məsələ barəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət etsə də, sözügedən qurum onun şikayətini araşdırmayıb: "Səhiyyə Nazirliyinin bu qurumu mənə məktub yazdı ki, guya, şikayəti araşdırmaq istəsələr də, onunla əlaqə yarada bilməyiblər. Halbuki, mən şikayət məktubuna işləyən əlaqə nömrəmi qeyd etmişdim. Buna baxmayaraq, onlar mənə təkrar müraciət etməyi, yaxud da məhkəməyə müraciət etməyi tövsiyə etdilər".

Qeyd edək ki, pasiyent sübut olaraq redaksiyaya ünvanladığı şikayət məktubunda burnunda yaranmış fəsadı əks etdirən foto və videoları da təqdim edib.

Sözügedən klinika ilə bağlı şikayətlər bununla da bitmir. Sosial şəbəkələrdə insanlar dəfələrlə bu klinikanın "uzmanları" tərəfindən aldadılaraq özlərinin və doğmalarının başlarına gətirilən "oyun"larla bağlı narazılıqlarını ifadə ediblər.

Estetik əməliyyatların xəstənin öz arzusu ilə həyata keçirildiyini bəhanə gətirənlər çox vaxt pasiyenti günahlandırır, məsuliyyəti onların öz üzərində qoymağa çalışırlar. Amma qanun belə demir.

Səhiyyə Nazirliyi bəhs olunan bu kimi hallarla bağlı qəti ölçü götürməlidir. Artıq dövlət səviyyəsində həyəcan təbili çalmağın vaxtıdır. Əks halda, insanları zəlil edən bu ağxalatlı "qəssabların" qurbanlarının sayı durmadan artacaq. Belə "uzman doktor"ların "əl işi" hələ çoxlarının ömrünə balta çalıb, o dünyaya göndərəcək, ya da ömürlük əlil arabasına məhkum edəcək.(Yenicag.az)

Süni gözəlliyin "ÖLÜM MƏBƏDİ": Səhiyyə Nazirliyi "ağxalatlı qəssablar"a "niyə" göz yumur? - FOTOSüni gözəlliyin "ÖLÜM MƏBƏDİ": Səhiyyə Nazirliyi "ağxalatlı qəssablar"a "niyə" göz yumur? - FOTOSüni gözəlliyin "ÖLÜM MƏBƏDİ": Səhiyyə Nazirliyi "ağxalatlı qəssablar"a "niyə" göz yumur? - FOTOSüni gözəlliyin "ÖLÜM MƏBƏDİ": Səhiyyə Nazirliyi "ağxalatlı qəssablar"a "niyə" göz yumur? - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 161   Tarix: 21 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
TOP MP3