Əhməd Əhmədovun məhkəməsində qalmaqal, növbəti iclasın vaxtı bilindi

Əhməd Əhmədovun məhkəməsində qalmaqal, növbəti iclasın vaxtı bilindiBakı Ağır Cinayətlər Məhkəməsində Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Oxu.Az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilərkən qarışıqlıq yaranıb.

Əhməd Əhmədovun xalası, zərərçəkmiş Bikə Əhmədovanın bacısı Şəfaqət Bədəlova etiraz edib. O, prosesdə adının şahid kimi deyil, hüquqi varis kimi tanınmasını istəyib.

Hakim məsələnin iş məhkəmə baxışına veriləndən sonra araşdırılacağını desə də, şahid etiraz edib.

Nəticədə qalmaqal yaranıb və şahid məhkəmə zalından çıxarılıb. Bundan sonra proses davam etdirilib.

Sonra hakim Əhməd Əhmədovdan cinayət işinin məhkəmə baxışına göndərilməsinə etiraz edib-etmədiyini soruşub. Əhməd Əhmədov isə cavabında: "Vallah, nə bilim, bilmirəm ki", - deyə cavab verib.

Məhkəmənin baxış iclası iyulun 4-ü saat 12:20-yə təyin edilib.
Əhməd Əhmədovun məhkəməsində qalmaqal, növbəti iclasın vaxtı bilindiQeyd edək ki, Ə.Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

12:07

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başladı.

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilir.


Əhməd Əhmədovun məhkəməsində qalmaqal, növbəti iclasın vaxtı bilindiƏhməd Əhmədovun məhkəməsində qalmaqal, növbəti iclasın vaxtı bilindi09:57

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun bu gün cinayət işi üzrə məhkəmə prosesi başlayır.

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəmənin hazırlıq iclası baş tutacaq.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək.

Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsinə yerləşdirilib.

İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Xətai Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1659   Tarix: 25 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Avtoşluq" edib videosunu yayan şəxs saxlanıldı

Tərtərdə VAZ markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edən 26 yaşlı Kənan Tağızadə saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, o, etdiyi avtoxuliqanlıq hərəkətlərinin görüntülərini sosial şəbəkələrdə yayıb. Nəqliyyat vasitəs

20:20 139
.

Azərbaycan XİN TƏCİLİ bəyanat yaydı

Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun Ermənistanın "Armenpress" xəbər agentliyinin sualına cavabında Avropa İttifaqının Ermənistandakı Missiyasının mandatı və Ermənistanın militarizasiyası barədə səsləndirdiyi fikirlər tamamil

20:17 240
.

Toyuna az qalmış faciəli şəkildə ölən Arzu tələbə imiş

Tərtərdə faciəli şəkildə ölən 21 yaşlı Arzu Niftalıyeva tələbə imiş. Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, mərhum Bakı Dövlət Universitetinin (BDU) IV kurs tələbəsi olub. O, Ekologiya və torpaqşünaslıq fakültəsinin "Torpaqşünaslıq və aqrokimya" ixtisası üzrə təhsil alırmış

20:46 277
.

14 yaşında yeniyetmənin mədəsinden 3 kq saç teli çıxdı

Türkiyənin Kayseri şəhərində mədə ağrısından şikayət edən 14 yaşlı yeniyetmə əməliyyat edilib. türk mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı mədəsindən 3 kq-ya yaxın saç teli çıxarılıb. Qeyd edilib ki, yetiyetmə artıq bir neçə ildir əsəbləşdiyi zaman öz saçlarını yeyirmiş. Lakin valideyinlə

12:59 282
.

BDU-nun tələbəsi qəzada öldü

Bakı Dövlət Universitetinin (BDU) IIl kurs tələbəsi Kənan Abıyev avtoqəza nəticəsində həlak olub. "Qafqazinfo" xəbər verir ki, bu haqda universitetin sosial şəbəkə hesabında məlumat verilib. Qeyd olunur ki, K. Abıyev Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Politologiya ixtisas

11:13 379
.

Dövlət Departamenti seçkiyə təsir etməyə cəhd edən iranlılarla bağlı məlumat üçün mükafat vəd etdi

ABŞ Dövlət Departamenti ABŞ-də seçkiyə təsir göstərməyə çalışan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olan üç iranlı haqqında məlumat üçün 10 milyon dollar (17 milyon manat) mükafat elan edib. TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər

20:10 107
.

SEPAH generalı Beyrutda öldürülüb?

İsrail Hərbi Hava Qüvvələrinin dünən Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələrindən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanının əməliyyat üzrə müavini general Abbas Nilfuruşanın ölümü ilə bağlı xəbərlər yayılıb. "Azad İran" "Telegram"

14:59 171
.

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

"Şəmkir", "Xudat" və "Zaqatala" sərhəd dəstələrinin xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər sərhəd pozucusu saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, sentyabr ayının 24-də saa

17:11 152
.

1 saylı Uşaq Evində VƏHŞİLİK: "Müəllimə cəza vermək üçün uşağa şampun içizdirdi"

4 saylı Uşaq Evində uşaqları döyür, səhərə qədər ayaqyolunda saxlayırlar. -a xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və bir müddət 4 saylı Uşaq Evində qalan 11 yaşlı uşaq bildirib. O, qeyd edib ki, orada uşaqları milçək öldürənlə döyürlər:. "

11:15 411
TOP MP3