"Valideynlər elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər" - Ekspert

"Valideynlər elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər" - EkspertMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər. Bu gün ölkə üzrə təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var. Müraciət edənlərin sayı isə 10 minə çatıb.

Mövzu ilə bağlı BiG.AZ-a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur.Lakin valideynlərin rus bölməsini seçməsi də başadüşüləndir.Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var:

"İlk növbədə qeyd edim ki, rus bölməsinə olan əgər artım tendensiyasının Azərbaycan dili bölmələrinin xeyrinə olmasını istəyiriksə,bu sferada tədrisin səviyyəsi yüksəldilməlidir.
Düzdür, indi rus dilində təhsilə dəb kimi yanaşanlar da var. Onların çoxu elə bilir ki, rus dilində oxumaqla uşaqlar öz intellektləri ilə seçiləcəklər. Ancaq bu belə deyil. Əvvəla, indi əvvəlki intellektli müəllim nəsli azalıb. Məncə uşaqların rus dilində təhsil almalarındansa, ingilis dilinə üstünlük vermələri daha məqsədəuyğundur. Rus dilini əlavə dil bilmək xətrinə öyrənmək olar. Amma ümumi tədrisi rus dilində almağa can atmaq düzgün deyil. Xüsusən əgər uşaq Azərbaycanda yaşayıb işləyəcəksə, öz dilində təhsil almalıdır. Ancaq əlavə dilləri mənimsəsə, gələcəyi üçün perspektivli olar.
Bir faktı deyim ki, hal hazırda ümumilikdə orta məktəblərin 7,6%-də təhsil rus dilindədir. 4472 orta məktəbin 340-ı rus məktəbidir. Bu məktəblərdə 90 min şagird oxuyur. Bu isə o deməkdir ki, ümumilikdə təhsil alan uşaqların 6,3%-i rus dilində oxuyur. Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32%-i deməkdir.
Bunlarla yanaşı ölkə üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bölmələr üzrə sayı: Azərbaycan bölməsi üzrə respublika üzrə 1.428.608 nəfər şagird, rus bölməsində 131.412 nəfər, gürcü dili bölməsi üzrə 1.114 nəfər, ingilis dili bölməsi üzrə 5.457, fransız dili bölməsi üzrə 130, türk dili bölməsi üzrə isə 295 nəfər şagird təhsil alır. Ümumilikdə respublika ümumtəhsil məktəblərində 1.567.016 nəfər şagird qeydə alınmışdır. Sinif sıxlığına görə ən böyük göstərici hər sinifdə ortalama 27 şagirdlə türk dili bölməsindədir. Ölkədə şagird sayının çoxluğu müşahidə olunan azərbaycan və rus dili bölmələrində sinifdə şagird sıxlığı müvafiq olaraq 18 və 24 nəfər təşkil edir.
Rus dilində təhsilə meyli hər bir valideynin övladını layiqli mühitdə oxutdurmaq istəyi ilə əlaqəlidir.Əgər dərsliklərin keyfiyyəti düzəlməyibsə, müəllimlərin şagirdə primitiv münasibəti qalırsa, onda valideyn uşağını hansı bölməyə versin? Valideyn elə bir mühit axtarır ki, uşağı bu cür mənfi hallarla qarşılaşmasın. Valideynlər istəmir ki, onların uşaqları keyfiyyətsiz kitablardan dərs alsın. Ruslarda həm illüstrasiya, həm də məna baxımından kitab məsələsinə daha ciddi yanaşma var. Məsələn, yaxşı yazılmayan tarix kitabını kim oxuyar? Tarix kitabı peşəkar yazılmalıdır ki, bədii ədəbiyyatdan aldığın zövqü ondan alasan. Təsadüfi insanlar, qohum-əqrəba kitab yazmamalıdır. Bu amillər tədrisin keyfiyyətinə mənfi təsir edir".

Ekspert bildirib ki, biz Azərbaycan dilinin tədrisinin keyfiyyətini yüksəltməliyik. Həmçinin rus sektorunda Azərbaycan dilinin tədrisinə fikir verməliyik. Yəni rus bölməsində oxuyan şagirdlər də Azərbaycan dilini mükəmməl bilməlidirlər. Rus bölməsinin sayının artmasını faciəyə çevirməyə ehtiyac yoxdur:

"Son 70 ildə Rus dilinin önəmliyi olduqca yüksək idi, bu danılmazdır. Mütəxəssislərimizin bir qismi rusca daha rahatdır nəinki Azərbaycan dilində.
Təhsil sistemimizdə Rus dilinin oynadıǧı rol böyük idi. Nəyə isə nail olmaq üçün gərək rusca səlis danışasan, varlı qohumun yaxud da qabiliyyətin yoxdursa.
Hər bir insan nə qədər cox dil bilirsə bir o qədər de onun ucun yaxşıdır.O ki,qaldi rus dilinə,gəlin yaddan çixartmayaq ki,dünyanin quru erazisinin 6/1 hissəsinin insanlari bu dildə danişırlar.Bu dildə həddindən artiq informsiyalar vardir.Bu bizim üçün böyük bir informasiya məkanidir ve bunun nəyi pisdir ki?
Düzdür, 2017- ci ildə Kiyevdə hələ ötən il rus dilində baza təhsilini qadağan etdilər, baxmayaraq ki, əhalinin 17%-i rusdur. Qazaxıstan da qazax dilində tam təhsilə keçdi. Gürcüstan və Baltikyanı ölkələr çoxdan rus dilini təhsil sistemindən çıxarıblar.
Amma qeyd edim ki, rus dilini bilmək şagirdə böyük imkanlarından istifadə etməyə imkan verir, yarıboş və heç bir xarici dil bilməyən isə sadəcə hansısa yarımçıq bilgilər üçün yarayır.Ona görə də tam vətəndaş yetişdirmək üçün rus bölməsinə, bu bölmədə təhsilə ehtiyac var.
Son ildə ali təhsil müəssisələrinə müsabiqədə iştirak etmək hüququ qazananların 91.25%-i Azərbaycan, 8.75%-i isə rus bölməsinin abituriyentləri olmuşdur. Qeyd edim ki, hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlərin hesabına Azərbaycan bölməsinin abituriyentləri qəbul planının minimum 71.23, maksimum 92.57%-ni, rus bölməsinin abituriyentləri isə minimum 7.43, maksimum 28.77%-ni tuta bilərdilər. Göründüyü kimi, minimum və maksimum imkanlar arasında fərq kiçikdir. Bu isə Azərbaycan bölməsindədaha hazırlıqlı gənclərin ali təhsil müəssisələrinə qəbul olmaq imkanlarında süni maneələr yaradır.
Plan yerlərinin təhsil formaları üzrə bölgüsünün müqayisəsi göstərir ki, son illərdə Azərbaycan və rus bölmələrinin birgə müsabiqəsi üçün ayrılan yerlər 5.24% artmışdır. Bununla belə qeyd etmək lazımdır ki, cari ildə hər iki bölmənin birgə müsabiqəsi üçün ayrılan yerlər ümumi plan yerlərinin cəmi 21.25%-ni təşkil etmişdir. Bu göstərici 2023-ci ildə 21.44%, 2022-ci ildə 14.80%, 2016-cı ildə 18.73%, 2020-ci ildə 13.95%, 2014-cü ildə 13.87% olduğu halda, 2013-cü ildə 56.18% olmuşdu. 2018-cü illə müqayisədə son altı ildə həyata keçirilən bu cür dəyişiklik arzuolunmaz haldır. Çünki bəzən Azərbaycan və rus bölmələrinin abituriyentləri eyni test suallarına cavab verdikləri halda, plan yerlərinin ciddi bölgüsü və müsabiqə vəziyyətinin fərqli olması nəticəsində bu bölmələrin eyni ixtisasları üzrə tam fərqli keçid balları yaranır. Plan yerləri birgə müsabiqə üçün ayrıldıqda isə həmin yerlərə bölməsindən asılı olmayaraq daha hazırlıqlı gənclər qəbul olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1211   Tarix: 15 may 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabunçu Tibb Mərkəzinin direktoru işdən çıxarıldı

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova da vəzifəsindən azad edilib. Axşam.az xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını -a təsdiqləyib. "Bundan sonrakı qərarı TƏBİB verəcək", - 2023-cü ildən bu vəzifədə çalışmış N.Bəşirova bildirib. Xatırladaq ki, bu gün Klini

16:56 221
.

Qar yağacaq, sel keçəcək - Xəbərdarlıq

Aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dol

16:19 274
.

Metropoliten rəhbərliyi dünən xəsarət alanları ziyarət etdi - Fotolar

Bakı Metropolitenin rəisi Vüsal Aslanov ötən gün metroda baş vermiş texniki insident nəticəsində xəsarət alan sərnişinləri evlərində ziyarət edərək səhhətləri ilə maraqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Bakı Metropoliteni" QSC yayıb. Həmçinin bildirilib ki, texnik

14:52 356
.

Broyler toyuqlarında xoşagəlməz dad: səbəblər nədir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son vaxtlar broyler toyuqlarının keyfiyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə bəzi hallarda bu ətin bişirildikdən sonra ağızda xoşagəlməz, "leş dadı"na bənzər bir dad buraxdığı qeyd olunur. Bu kimi hallar isə həm istehsal prosesində tətbiq olunan üsullar, həm də məhsulu

10:21 412
.

Azərbaycanda 7 növü satılan məhsulda təhlükəli maddə var? - Rəsmi açıqlama

Mediada Belarusun "Savuşkin Produkt" və "Smoleviçi Moloko" müəssisəsinin istehsalı olan süd məhsullarında aşkar edilmiş uyğunsuzluq barədə yayılan məlumatlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq AQTA-dan məluma

11:04 276
.

Zaxarovadan Netanyahunun açıqlamasına sərt reaksiya

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, İsrailin Baş naziri Binyamin Netanyahunun İranda "nüvə soyqırımı təhlükəsinin aradan qaldırılması" ilə bağlı açıqlamaları tamamilə qəbuledilməzdir. xəbər verir ki, Zaxarova bu fikirləri Sputnik Radiosuna verdiyi müsahibəd

12:00 237
.

Bu ərazilərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi bölgələrində aprelin 23-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Culfa, Ordubad, Quba, Qusar, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Lerik, Yardımlı, Daşkəsən

17:35 195
.

Kiyev Zelenski-Putin görüşü üçün yenidən Türkiyəyə müraciət etdi

Ukraynanın xarici işlər naziri Andrey Sibiha bildirib ki, Kiyev prezidentlər Volodymyr Zelenskyy və Vladimir Putin arasında görüşün təşkili üçün Türkiyə və digər ölkələrə müraciət edib. xarici mediaya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi xüsusilə Türkiyədən bu məsələdə dəstək istəyib və bəz

11:49 215
.

Şirkətdən oğurladıqlarını "metallom"a satdılar

Bakının Xətai rayonunda şirkətdən oğurluq edilib. DİN mətbuat xidmətindən -a verilən xəbərə görə, naməlum şəxslər rayon ərazisində yerləşən şirkətlərdən birinin həyətindən ümumilikdə 11 min manat dəyəri olan 6 ədəd su və elektrik mühərriyi oğurlayıblar. Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəs

19:00 117
.

TOP MP3