Azərbaycan polad və dəmir məftil idxalını niyə kəskin artırıb? - ARAŞDIRMA

Azərbaycan polad və dəmir məftil idxalını niyə kəskin artırıb? - ARAŞDIRMAAzərbaycan Gürcüstandan dəmir və polad məftil alışını 100 dəfəyə yaxın artırıb. Ötən il Azərbaycana 15,4 milyon ABŞ dolları dəyərində 15 518 ton dəmirdən və ya aşkarlanmamış poladdan məftil idxal edilib. Bu rəqəmin birdən-birə bu qədər artması müəyyən suallar doğurur.

Daxili polad və dəmir istehsalı fonunda bu artım hansı səbəblərlə bağlıdır?

"Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarmağa çalışıb:

Xammal xaricdən gətirilir

İqtisadçı Fuad İbrahimov açıqlamasında bildirib ki, əksər hallarda bu məhsul ölkəmizə hazır şəkildə gəlmir. Onu özümüz istehsal edirik:

"Məftil də dəmir və poladdan hazırlanır. Polad məftillər tikintidə istifadə olunur, armatur və beton işlərinin görülməsində ən vacib detallardan biridir. Poladəritmə zavodumuz var. Bu məhsulları istehsal etmək iqtidarındadır. Hazır məhsullar buraxırıq. Xammal formasında məhsulu alırıq və istehsalı ölkəmizdə edirik. Ukraynadan da alırıq. Əsas xammal bazası kimi həmişə Rusiya və Ukrayna daha öndə olub. Bizdə həmin ölkələrdən xammaldan hazırlanmış "balvanka" deyilən materiallar gətirilir və onların əsasında armaturlar, məftillərin hazırlanması həyata keçirilir".

Daxili istehsal ehtiyacı qarşılaya bilmir

F.İbrahimovun sözlərinə görə, hazırda Qarabağ iqtisadi zonasında tikinti prosesləri davam etdiyi üçün yerli müəssisələrimizin istehsal gücü zəifləmiş ola bilər:

"Hazır məhsul da almağımız mümkündür. Çünki torpaqlarımız işğaldan azad olunduqdan sonra əsaslı tikinti, yenidənqurma və abadlıq işləri gedir. Böyük tunellər tikilir. Hansı ki, onların tikintisində xeyli miqdarda poladdan və dəmirdən, həmçinin onlardan hazırlanmış ləvazimatlardan istifadə olunur. Çox güman daxili istehsalın bu ehtiyacı qarşılayacaq gücü yoxdur, əhatə edə bilmir. Bu halda təbii ki, idxala ehtiyac yarana bilər. Bizim dəmir və filiz yataqlarımız olsa da, onları hələ də qlobal şəkildə iqtisadi dövriyyəyə cəlb edə bilməmişik".

"Bu sahədə idxaldan asılıyıq"

O qeyd edib ki, burada qiymət faktorunun da rolu böyükdür:

"Bəzən hazır məhsulu qiymətinə görə xaricdən gətirmək daha sərfəlidir. Yəqin ki, indiki vəziyyətdə Gürcüstandan gətirilən məhsulların kəmiyyət artımı da bununla bağlıdır. Amma bu da daimi olan proses deyil. Müəyyən dövrdən sonra qiymətlər yenidən yüksəldikdə başqa tendensiyanı müşahidə edə bilərik".

Ekspertin fikrincə, xammal bazamız olmadığı üçün idxaldan asılıyıq:

"İstehsalın artırılması üçün xammal bazamız olmalıdır. Hər bir halda "balvanka" formasında polad həcmlərini idxal etməliyik. Çünki məftil də, armatur da və digər tikinti məhsulları da ondan hazırlanır. Yəni, idxaldan asılıyıq".

Çox böyük investisiya tələb edir

İqtisadçı Rəşad Həsənov da düşünür ki, birdən-birə kütləvi şəkildə tələb artdıqda daxili istehsalçılar yeni vəziyyətə uyğunlaşa bilmirlər. Bu sahə ağır sənaye növü hesab olunduğu üçün çox böyük investisiya tələb edir.

Ekspertin sözlərinə görə, ola bilər ki, bizim istehsal etdiyimiz növ məftillər alıcıları qane etmir. Bu halda xaricdən fərqli növlərin idxal edilməsi normal haldır:

"Bazarda seçim məsələsini də unutmamalıyıq. Bütün zəruri məhsulları daxildə istehsal etsək də bu, o demək deyil ki, artıq xarici ölkələrdən idxal olmayacaq. Bəzi hallarda keyfiyyətinə və qiymətinə görə fərqli alıcılar müxtəlif mənbələrdən əldə edilən məhsullara üstünlük verirlər. İstənilən halda, bu sahədə idxal hər zaman mövcud olacaq. Böyük ehtimalla, artan tələb dövlət sifarişi hesabına formalaşır. Dövlət sifarişi hesabına yaranan tələbi qanunvericiliklə hansısa formada yerli istehsala yönəltmək mümkündür".

"Bu sahədə potensialımız böyükdür"

R.Həsənov qeyd edib ki, xammalı özümüz də əldə edə bilərik. Amma bunun üçün müəyyən addımların atılmasına ehtiyac var:

"İstehsalımızı artırmaqla bağlı imkanlar mövcuddur. Hazırda mövcud müəssisələr tam gücü ilə işləyə bilmir. Həm infrastrukturun təkmilləşdirilməsi, həm məhsuldarlığın artırılması lazımdır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizin filiz və mədən yataqlarının da potensialı böyükdür. Həmin ərazilərdə olan potensialın qısa müddət ərzində istifadəsi üçün infrastruktur formalaşdırılarsa, bu sahəyə investorlar təşviq edilərsə, tələbin əhəmiyyətli hissəsini yerli resurslar hesabına da kompensasiya etmək mümkün olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 809   Tarix: 31 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mona Lizanın hansı xəstəlikdən əziyyət çəkdiyi ehtimal olunur

İtaliyalı dermatoloq Luici Layno məşhur rəssam Leonardo da Vinçinin əsərində təsvir olunan qadının saç tökülməsinə səbəb olan autoimmun xəstəlikdən - ocaqlı alopesiyadan əziyyət çəkə biləcəyini ehtimal edib. Qaynarinfo xəbər verir ki, bu barədə onun "Clinics in Dermatology" jurnalında dər

23.10.2026 297
.

Azərbaycan-Hindistan münasibətləri: siyasi dialoq, iqtisadi əməkdaşlıq və yeni ixrac perspektivləri

"Azərbaycan Prezidenti İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli hadisədir. Bu görüşü Azərbaycanın xarici siyasətində milli maraqlara əsaslanan, bütün istiqamətlər üzr

23.10.2026 284
.

Rayonlara ayrılan milyonlar dayanır - SƏBƏB

2027-ci ildə Azərbaycanın 67 şəhər və rayonunun heç birinə yerli xərclərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılması nəzərdə tutulmur. Bu barədə "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub. Layihəyə əsasən, gələn il Azərbaycan Respublikasını

23.10.2026 340
.

Azərbaycanda daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı necə aparılır?

Azərbaycan Respublikasında daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı mülkiyyət hüququnun müdafiəsi, mülki dövriyyənin təhlükəsizliyinin təmin edilməsi, hüquqi müəyyənliyin yaradılması və daşınmaz əmlak bazarında şəffaflığın artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu qeydiyyat daşınma

23.10.2026 245
.

İlham Əliyevdən Fərhad Xəlilova təbrik məktubu

Azərbaycan Prezidenti İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilova təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli Fərhad Xəlilov!. Sizi - müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbri

23.10.2026 250
.

Dünyəvi təhsil və dini inanclar: hüquqi sərhəd haradan keçir?

Hər bir cəmiyyətdə dini inanc məsələsi həssas mövzulardan biridir. Bu həssaslıq uşaqlara, müəllimlərə və məktəb mühitinə aid olduqda məsələ daha da ciddiləşir. Çünki söhbət təkcə geyimdən, baş örtüyündən və ya şəxsi seçimdən getmir. Söhbət dövlətin dünyəvi xarakterindən, təhsilin mahiyyətindən, qanunları

23.10.2026 257
.

Lamin Yamal "Qızıl top" mükafatına getmək üçün təyyarə icarəyə götürdü

"Barselona"nın 19 yaşlı qanad oyunçusu Lamin Yamal ailəsi ilə birlikdə İngiltərənin London şəhərində keçiriləcək "Qızıl top" mərasiminə getmək üçün şəxsi təyyarə icarəyə götürüb. -ın xarici mediaya istinadən məlumatına görə, ispaniyalı oyunçunun əsas namizəd olduğu mükafat oktyabrı

23.10.2026 326
.

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb. APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə məlumat partiyanın "X" sosial şəbəkə hesabında paylaşılıb

23.10.2026 300
.

Hindistanla iqtisadi əməkdaşlıq: Azərbaycanın qeyri-neft sektorunun inkişafı və ixrac imkanları

Hindistanla iqtisadi əlaqələrin güclənməsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli imkanlar yarada bilər. Hindistan böyük bazara və güclü sənaye potensialına malik ölkədir. Azərbaycan isə əlverişl

23.10.2026 332
.