"Azərbaycan xaotik Qərbin tövsiyələrinə ehtiyac duymur"
Avropa Parlamentin dünən Ermənistanla bağlı qəbul etdiyi qətnamədə Azərbaycanı bir sıra məsələlərdə günahlandırması ciddi təəssüf doğurur. Avropa Parlamentinin Azərbaycan əleyhinə mövqe tutması artıq təəccüb doğurmur. Avropanın bu ali orqanı hər bir fürsətdə rəsmi Bakının əleyhinə bəyanatla çıxış etmək, qətnamə qəbul etmək imkanını qaçırmır. Bu hallarda məsələnin nə dərəcədə ədalətli olması, adətən, ikinci planda qalır.
Bəs Avroparlament 30 il ərzində Ermənıstanı niyə işğalçı adlandırmırdı? Ermənistan ordusu sərhədyanı ərazilərdə azərbaycanlı uşaqları öldürəndə niyə İrəvanda oturan baş komandanın adını çəkmirdi? Niyə bircə dəfə də olsun Unesconu Qarabağa getməyə səsləmirdi? Niyə 1 milyondan artıq qaçqın və məcburi köçkünün çadırlarda yaşayan həyatları haqqında maraqlanmırdı? Siyahını uzatmaq olar. Ona görə, bu strukturun son 3 ildə bölgədəki proseslərlə bağlı açıqlamaları Azərbaycanda ciddi qarşılanmır. Azərbaycan öz ərazisində öz dövlət və milli maraqlarını qoruyacaq və xaotik Qərbin tövsiyələrinə ehtiyac duymur.
Mövzu ilə bağlı BiG.AZ-a politoloq Zaur Məmmədov açıqlama verib.
O bildirib ki, Prezident İlham Əliyev inaqurasiya günü baş verəcək hadisələri qabaqlayaraq dünyadakı nizamsızlıq və ikili standartlarla bağlı bunları demişdir: "İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ancaq müharibə olmaya bilərdi, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa əməl etsəydilər, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı".
"Beləcə Avropa Parlament başa düşməlidir ki, onun rəyinin heç bir hüquqi əsası yoxdur və üzvü olmadığı dövlətin daxili işlərinə qarışmaq onun imicinə ucalıq gətirməyəcək. İkincisi, əgər Fransa və okeanın o tayındakı bəzi mərkəzlər fürsətdən istifadə edərək geosiyasi rəqiblərinə qarşı mübarizədə Cənubi Qafqazı "sizinkilərə və bizimkilərə" bölmək istəyirlərsə, Azərbaycana müntəzəm edilən qarayaxmalarla öz məqsədlərinə çata bilməyəcəklər. Ermənistanın beynəlxalq platformalarda manevr imkanlarının həcminin dairəsi rəsmi Bakının addımlarının nədən ibarət olacağı ilə hüdudlaşır. Avroparlamentin timsalında son atılan addımlar, səsləndirilən bəyanatlar isə, nə Qərbin, nə də Paşinyan hakimiyyətinin məqsədlərinə çatmaları ilə nəticələnəcək. Əksinə, bu cür davranış konstitusiyasında və hüquqi - normativ aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiası olan Ermənistanın hansı ərazilər çərçivəsində mövcud olacağı məsələsini aktuallaşdırır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 760 Tarix: 14 mart 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMarko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı
ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi
19:10 166 Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş
Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd
20:48 218 R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə
17:40 182 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat+FOTOLAR-VİDEO
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. "Qafqazinfo" xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub. Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfində
20:53 244 Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış
Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi deyilən qətl hadisə ilə bağlı yeni təfərrüat məlum olub. Bu barədə -a qətlə yetirilən Ceyhun Mirağayevin yaxın qohumu məlumat verib. O qeyd edib ki, C.Mirağayevin kriminal aləmin üzvü olması ilə bağlı məlumatı yoxdur:. "Kriminal şəxsin ailəsi olmur
14:47 307 Hərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir
Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların
23.10.2026 395 Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək
Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynal
19:30 165 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb
Azərbaycanda oktyabrın 23-də axtarışda olan 127 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdə
15:30 177 Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır
Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini
20:15 166