Rusiya-Finlandiya münaqişəsi başlayır?

Rusiya-Finlandiya münaqişəsi başlayır?Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına və "RİA Novosti" agentliyinə müsahibəsində deyib ki,Rusiya qoşunları Finlandiya ilə sərhəddə yerləşdiriləcək.O, Finlandiyanın NATO-ya daxil olmasını mənasız hesab etdiyini bildirib.V.Putin Alyansın Helsinkiyə niyə lazım olduğunu başa düşmədiyini qeyd edib.

Politoloq Tural İsmayılov BiG.AZ-a bildirib ki, Rusiya və Finlandiya arasında hərbi eskalasiya gözlənilmir. Rusiyanın İsveç və yaxud Finlandiya ilə hərbi toqquşma ehtimalı birbaşa NATO-ya savaş açmaqdır:
"Tarixin müxtəlif dövrlərində Rusiya-Finlandiya münasibətləri gərginləşən dövrlərə daxil olub,amma sonra bu gərginləşmə səngiyib. Rusiya-Finlandiya münasibətlərinin hər hansı hərbi və eskalasiya həddinə daxil olmayacağını düşünürəm. Çünki bunun üçün birincisi potensial mövcud deyil. İkincisi, Rusiya başa düşür ki, Şimali Avropa ölkələri ilə hansısa qarşıdurma tamamilə ağ etmək olar. Rusiyanın İsveç və yaxud Finlandiya ilə hərbi toqquşma ehtimalı birbaşa NATO-ya savaş açmaqdır. Bu zaman vəziyyət Rusiyanın özünün gözlədiyindən pis bir məcraya daxil ola bilər. Ona görə də düşünmürəm ki, Rusiya ilə Finlandiya arasındakı münaqişə Rusiya ilə Ukrayna münaqişəsi kimi dərinləşsin. Məsələ odur ki, Rusiya Finlandiyanın NATO-ya üzv edilməyini qısqanır. Eyni zamanda İsveçin üzv edilməyindən də narahatdır. Çünki Şimali Avropa ölkələrinin NATO-ya üzv olmamağı Rusiyanın Şimali Avropa ölkələri ilə ikitərəfli danışıqlar fonunda əldə edilmiş razılaşma deyildi. NATO ilə Rusiya arasında bir növ centlmen anlaşması mövcud idi. Rusiyanın Ukrayna ilə müharibəyə başlamasından sonra NATO və Qərb bu standart danışıqları tamamilə pozmaq qərarına gəldilər. Bu baxımdan İsveçrə və Finlandiyanın sürətli şəkildə NATO-ya daxil edilməsi prosesinə başladılar. Rusiya Finlandiya ilə sərhəddə hərbi təlimlər keçirə bilər, qoşun yerləşdirə bilər, amma hərbi eskalasiya riskini gözləmirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 823   Tarix: 13 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Marko Rubio kubalıları Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa çağırdı

ABŞ-nin Dövlət katibi Marko Rubio Kuba əhalisinə müraciət edərək, adada siyasi dəyişikliklərin həyata keçirilməsi məqsədilə onları Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əməkdaşlığa çağırıb. xəbər verir ki, bu barədə Marko Rubio özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. "Yerinə yetirilməmi

19:10 166
.

Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş

Bakıda ölümlə nəticələnən kütləvi davada Ceyhun adlı şəxsi qətlə yetirib hadisə yerindən qaçan MMA idman ustası Elmar Cəfərov haqqında bəzi detallar məlum olub. "Qafqazinfo"nun məlumatına görə, o, 2015-ci ildə Antalya şəhərində Kempo əlbəyaxa döyüş növü üzrə dünya çempionu, 2018-ci ildə Bakıd

20:48 218
.

R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb

Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər. "Report" Almaniya XİN-ə istinadə

17:40 182
.

Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat+FOTOLAR-VİDEO

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. "Qafqazinfo" xəbər verir ki, qətli törədənlərin "Sabunçu Emin" ləqəbli Emin Rəhimov və MMA döyüş növü üzrə idmançı Elmar Cəfərov olduğu bəlli olub. Hadisə yerindən qaçaraq gizlənən həmin şəxslər DTX tərəfində

20:53 244
.

Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış

Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi deyilən qətl hadisə ilə bağlı yeni təfərrüat məlum olub. Bu barədə -a qətlə yetirilən Ceyhun Mirağayevin yaxın qohumu məlumat verib. O qeyd edib ki, C.Mirağayevin kriminal aləmin üzvü olması ilə bağlı məlumatı yoxdur:. "Kriminal şəxsin ailəsi olmur

14:47 307
.

Hərəkətdə olan iki nəhəng aysberq təhlükə yaratmaqda davam edir

Antarktidadan qopan A81 və D32 aysberqləri minlərlə kilometrlik yol qət etdikdən sonra Cənubi Corciya adasına doğru hərəkət edir. Yeni peyk görüntüləri onların marşrutunu göstərir. Mütəxəssislər aysberqlərin dayazlıqlarda ilişib qalması ehtimalına və gəmilər üçün təhlükə yaradan kiçik buz parçaların

23.10.2026 395
.

Rumıniya pilotsuz texnologiyalar sahəsində Ukrayna ilə əməkdaşlığı gücləndirəcək

Rumıniya Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin kəskinləşməsi fonunda pilotsuz texnologiyalar, infrastruktur, logistika və energetika sahələrində Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın Baş naziri Luka Nikulesku ukraynal

19:30 165
.

Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb

Azərbaycanda oktyabrın 23-də axtarışda olan 127 nəfər saxlanılıb. Bu barədə BİG.AZ-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ötən gün ölkə ərazisində qeydə alınan 36, əvvəlki dövrlərdə

15:30 177
.

Ölüm xəbəri yayılan Kim Çen In dünyanın ən qüdrətli ordusunu yaradır

Şimali Koreyanın (KXDR) lideri Kim Çen In ölkədə dünyanın ən güclü silahlı qüvvələrinin formalaşdırılmasını ən vacib prioritetlərdən biri kimi qiymətləndirib. -ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi oktyabrın 22-23-də Pxenyanda baş tutan Koreya Xalq Ordusu (KXO) bölük komandirlərini

20:15 166
.